Mingəçevir sakinlərinin qaz təchizatına dair müraciətləri qeydə alınıb
Bakı, 5 noyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin bölgələrdə keçirtdiyi “Açıq mikrofon” aksiyasının məqsədi sakinlərin qaz təchizatında üzləşdiyi problemlərin həlli və digər məsələlərlə bağlı müraciətlərinin qeydə alınmasıdır. İndi isə bu fürsət Mingəçevir sakinlərinə verilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, bunu “Azəriqaz”ın Tərtər Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov müraciətçilər önündə çıxışı zamanı deyib.
Mingəçevirdə baş tutan aksiyada ümumilikdə 15 müraciət ünvanlanıb. Mikrofon önünə keçən müraciətçi həyətyanı sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Sakinlərdən biri küçə qaz xəttinin çəkilməsini xahiş etdiyi halda, digərinin müraciəti qaz sayğacının yerinin dəyişdirilməsindən ibarət olub. Səslənən digər müraciətlər arasında debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi və sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi ilə bağlı çıxışlar yer alıb.
Hər bir müraciət Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıqlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [18:43]
Füzuliyə dolu yağıb
- 16.05.2025 [16:20]
Energetika naziri Ağstafada vətəndaşlarla görüşüb
- 16.05.2025 [15:54]
Naxçıvanda ÜDM istehsalı 1,3 faiz artıb
- 16.05.2025 [15:20]
Naxçıvanda son 2 ildə 3500-ə yaxın yeni iş yeri açılıb VİDEO
- 16.05.2025 [15:14]