CƏMİYYƏT
Mingəçevir şəhərində dəyirmi masa təşkil olunub





Bakı, 28 oktyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclas qərarına müvafiq olaraq təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirlərin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədilə Mingəçevir şəhərində dəyirmi masa təşkil olunub.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə müvafiq dövrdə qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilib, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığını təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərinin görülməsi və bu sahədə fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı ilə koordinasiya işlərinin təşkili istiqamətində müzakirələr aparılıb, lazımi metodiki tövsiyələr və köməklər göstərilib.
Eyni zamanda Dövlət Komissiyasının işçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçalar, həmçinin elektron daşıyıcılarda təbliğat materialları təqdim edilib.