MİR CƏLAL PAŞAYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ İNŞA MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 26-da Azərbaycanda Atatürk Mərkəzinin Mahmud Kaşqari adına Beynəlxalq Fondun və Bakı Şəhəri Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtın orta məktəbləri arasında “Mir Cəlal yaradıcılığında gənclik” mövzusunda keçirdiyi inşa müsabiqəsinə yekun vurulmuşdur.
Mərkəzin rəhbəri, AMEA-nın müxbir üzvü, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov qalibləri təbrik etmişdir.
M.C.Paşayevin ədəbiyyatımıza, elmimizə verdiyi dəyərli töhfələrdən danışan N.Cəfərov demişdir ki, böyük yazıçı və alimin yaradıcılıq fəaliyyətinin tədqiqi yalnız indiki dövrlə məhdudlaşmamalı, gələcək nəsillərə də ötürülməlidir.
Yarışın nəticələrini Bakının orta məktəblərində klassik irsimizin yüksək səviyyədə tədrisinin sübutu kimi dəyərləndirən Mahmud Kaşqari adına Beynəlxalq Fondun icraçı direktoru Elxan Zal Qaraxanlı bildirmişdir ki, müsabiqənin məqsədi Azərbaycan gəncliyinin Mir Cəlal Paşayev yaradıcılığı barədə bilgilərini nümayiş etdirməsinə bir daha imkan yaratmaq idi.
Münsiflər heyətinə təqdim olunmuş 58 inşa yazısından 10-u ən yaxşı nümunə olaraq seçilmişdir.
Qaliblərə diplom və kitablar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]