Misirdə “Müsəlman qardaşları”nın yeddi üzvü ömürlük həbs cəzasına məhkum olunub
Qahirə, 30 aprel, AZƏRTAC
Qahirənin cinayət məhkəməsi “Müsəlman qardaşları” hərəkatının rəhbərlərindən biri, biznesmen Həsən Maliki, onun oğlunu və daha beş nəfəri ölkə iqtisadiyyatına zərər verdikləri ittihamı ilə ömürlük həbs cəzasına məhkum edib.
AZƏRTAC xəbər verir ki, müttəhimlərin daha üç nəfərinin hər biri on il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmənin qərarı ilə onların hamısının adları terrorçuların siyahısına əlavə olunub.
Müttəhimlərə qarşı Misir funtunun dəyərdən düşməsi və ölkə iqtisadiyyatına ciddi zərbə vurulmasına yönəlmiş əməllərin planlaşdırılması ittihamları irəli sürülüb. Onlar, həmçinin polis və hərbçilərə, əcnəbi turistlərə qarşı terror aktları hazırlamaqda və yerinə yetirməkdə təqsirli biliniblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]