Misirdə yanlış hava proqnozu yayanlar məsuliyyətə cəlb edilə bilərlər
Qahirə, 2 may, AZƏRTAC
Misirdə yanlış hava proqnozunu yayanların məsuliyyətə cəlb edilməsi barədə qanun layihəsi hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Dövlət Meteorologiya agentliyinin sədri Əhməd Abd al-Aal yerli “Əş-Şuruk” qəzetinə müsahibəsində məlumat verib. Bildirib ki, hazırlanan qanun layihəsinə əsasən hava proqnozu barədə məlumat yalnız Agentlik tərəfindən veriləcək. Onun sözlərinə görə, bu qanun layihəsi hər bir əsassız proqnozla çıxış edən, Agentliyin icazəsi olmadan xüsusi meteoroloji avadanlıq istifadə edərək hava haqqında uydurma fikirləri sərgiləyən hər kəs üçün cəza tətbiq edilməsini nəzərdə tutur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]