Misirin güc qurumları Qırmızı dənizdə içərisində 2 ton heroin olan gəmini saxlayıblar
Qahirə, 5 aprel, AZƏRTAC
Misirin güc qurumları tərəfindən göyərtəsində 2 ton heroinin olduğu gəmi həbs edilib.
AZƏRTAC xəbər verir ki, Misirin Daxili İşlər Nazirliyi və Hərbi Dəniz Qüvvələrinin Qırmızı dənizin ərazi sularında apardıqları birgə genişmiqyaslı əməliyyat nəticəsində xarici dövlətin bayrağı altında üzən ticarət gəmisi həbs edilib və gəminin göyərtəsindəki 2 tondan artıq heroini və 99 kiloqram metamfetamini ölkəyə keçirməyə cəhd göstərən qaçaqmalçılar saxlanılıb. Bayrağın hansı ölkəyə aid olması barədə məlumat verilmir.
Həbs edilən heyət üzvlərindən biri Misir vətəndaşı, digər 7 nəfər isə müxtəlif dövlətlərin vətəndaşlarıdır. Onların məhz hansı ölkənin vətəndaşları olması barədə məlumat verilmir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]