Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mixail Finkel: İsrail Azərbaycana minalanmış ərazilərin xəritəsini ani şəkildə bərpa edən unikal texnologiya verəcək

Mixail Finkel: İsrail Azərbaycana minalanmış ərazilərin xəritəsini ani şəkildə bərpa edən unikal texnologiya verəcək

Bakı, 10 iyun, Nadiyə Qafarova, AZƏRTAC

Ermənilər minalanmış sahələrin xəritəsini verməyiblər və verməyəcəklər, çünki onların məqsədi Azərbaycanın mülki əhalisinin həyatına və sağlamlığına maksimum ziyan vurmaqdır. Bu, əsl terrorizmdir, bütün beynəlxalq konvensiyalara ziddir.

İsrailli məşhur politoloq, beynəlxalq hüquq sahəsində ekspert Mixail Finkel bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

AZƏRTAC həmin müsahibəni təqdim edir.

X X X

-İlk növbədə, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunun Susuzluq kəndində baş vermiş faciə barədə sizin fikrinizi eşitmək istərdik. Həmin rayonda tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycanın üç dinc sakini - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, dörd nəfər ağır yaralanıb. Görəsən, daha neçə insan həlak olmalıdır ki, dünya birliyi və beynəlxalq təşkilatlar Ermənistanı bu əməllərinə görə cavab verməyə çağırsınlar, ondan minalanmış ərazilərin xəritəsini verməsini tələb etsinlər? Sizin fikrinizcə erməni təxribatları ilə bağlı aşkar faktlar barədə susmağı nə ilə izah etmək olar?

-Bir neçə gün bundan əvvəl iki azərbaycanlı jurnalistin və bir nəfər yerli hakimiyyət nümayəndəsinin həlak olması xəbərini eşidəndə hamımız sarsıldıq. Bu hadisə nəticəsində daha bir neçə nəfər yaralanıb. Bütün bunlar Qarabağın tamamilə minalanmasının nəticəsidir. Təəssüf ki, yollar, qəbiristanlıqlar, mülki obyektlər minalanıb. Deməli, erməni tərəfi döyüş əməliyyatları dayandırılandan sonra faktiki olaraq müharibəni davam etdirir. Minalar partlayır, dinc vətəndaşlar həlak olur. Bunun bir adı var: terror. Ermənilər minalanmış sahələrin xəritəsini verməyiblər və verməyəcəklər, çünki onların məqsədi Azərbaycanın mülki əhalisinin həyatına və sağlamlığına maksimum ziyan vurmaqdır. Bu, əsl terrorizmdir, bütün beynəlxalq konvensiyalara ziddir. Azərbaycan həmin əraziləri müstəqil olaraq minalardan təmizləməlidir, onun başqa yolu yoxdur. Məndə olan məlumata görə, İsrail Azərbaycan tərəfinə Qarabağın minalardan təmizlənməsi üçün ən müasir texnologiyaların verilməsi üzərində işləyir. Bu texnologiyaların mahiyyəti - dronlardan istifadə etməklə torpağı dərindən skanlamaq, minanın olduğu yeri aşkar etmək və müvafiq informasiyanı operatora göndərməkdir. Yəni, minalanmış ərazilərin xəritəsi ani olaraq yaradılacaq. Hazırda son sınaqlar keçirilir və lap yaxın vaxtlarda bu unikal İsrail texnologiyası Azərbaycana təqdim ediləcək.

-Məlum olduğu kimi, erməni kilsəsi tarixən regional münaqişələrin mərkəzində olub, ayrı-seçkilik yaradıb və fitnə-fəsadlar təşkil edib. Bunlar tarixi faktlardır. Ermənilər indi də sosial şəbəkələrdə qürurla bəyan edirlər ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində terror aktları törədilməsində erməni keşişlərin əli var. Bu, nə deməkdir - varislik ənənələri? Bu barədə sizin fikrinizi eşitmək istərdik...

-Təəssüf ki, erməni kilsəsi düzgün siyasət yürütmür. İsa Peyğəmbər öyrədirdi ki, insanlar hətta öz əleyhdarlarını və düşmənlərini də sevməlidirlər. Erməni kilsəsinin siyasəti İsa Məsihin siyasəti deyil. Bu siyasət ermənilərin münaqişə vəziyyətində olduğu insanlara qarşı döyüşkənlik və nifrət siyasətidir. Əslində, bütün konfessiyaları təmsil edən din xadimləri insanlara sevgi hissi, sülh təbliğ etməyə, ümumbəşəri dəyərlər aşılamağa borcludurlar. Burada isə, təəssüf ki, tamam başqa vəziyyətdir. Özünün hamıdan üstün olması barədə sayıqlamalar, ifrat millətçilik, özündən başqa hamını alçaltmaq siyasəti yürüdülür. Təəssüf ki, diaqnoz belədir.

-Siz Ermənistanda indiki siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Bu ölkədə, ermənilərin şüurunda və dünya baxışında nələr dəyişməlidir ki, onlar qonşularla sülh şəraitində yaşamağı öyrənsinlər?! Axı, aşkardır ki, bu cür açıq düşmənçilik ovqatında və vəziyyəti daim gərginləşdirməyə cəhd göstəriləndə, hətta bizim tərəfin xoşməramlı və loyal mövqeyini nəzərə alsaq belə, dinc yanaşı yaşamaq mümkün deyil. Daim bizim millətin nümayəndələrini qətlə yetirmək, onları qılıncdan keçirmək arzusu ilə yaşayan və bu manyak arzusunu kütləvi informasiya vasitələrində, mətbuatda və yüksək hakimiyyət eşelonlarında tirajlayan adamlarla sülh şəraitində yaşamaq mümkündürmü?

-Mənim fikrimcə, Ermənistanda siyasi vəziyyət tamamilə ümidsizdir. Mən bu ölkədə hadisələrin inkişafında hər hansı müsbət dinamika görmürəm. Əgər uşaqlara lap körpə yaşından öz millətinin müstəsnalığı və başqa millətlərdən üstünlüyü fikrini aşılayırlarsa, onların beyinlərinə nifrət, təkcə Qarabağı deyil, bütün Azərbaycanı, Türkiyəni işğal etmək fikrini, erməni tanklarının Bakıya daxil olması ideyasını yeridirlərsə, bütün Asiyanın və digər torpaqların əzəli erməni torpağı olduğunu deyirlərsə, burada nə deyəsən? Vaxtilə Üçüncü Reyxdə də belə fikir aşılanırdı. Lakin İkinci Dünya müharibəsindən sonra müttəfiqlər Almaniyada millətçiliyə əks siyasət yürütməyə başladılar. Bu, məcburi proqram öz səmərəsini verdi. Lakin müttəfiqlər bundan ötrü Hitler rejimini tamamilə darmadağın etdilər və almanları zorla öyrətdilər ki, onlar azadlıq, bərabərlik və humanitar hüquq kimi ümumbəşəri dəyərlərə hörmət etsinlər. Ermənistanda bütün bunların olmayacağına şübhə edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şamil Ayrım: Azərbaycan Prezidenti ADA Universitetində dediyi fikirlərlə qardaşlığın əməldə olduğunu bütün dünyaya göstərdi

Gürcüstanda pasxa bayramı qeyd olunur

Binəqədidə yerləşən obyektdə baş vermiş yanğın məhdudlaşdırılıb YENİLƏNİB 2 VİDEO

Binəqədidə yerləşən obyektdə baş vermiş yanğın məhdudlaşdırılıb YENİLƏNİB 2 VİDEO

Binəqədidə baş verən yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Azərbaycanın avtomobil yollarında dumanla əlaqədar görünüş məsafəsi məhdudlaşacaq

Sabahdan DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq

Bakının Binəqədi rayonunda yanğın baş verib VİDEO

Bakının Binəqədi rayonunda yanğın baş verib VİDEO

Pasxa bayramı münasibətilə Lənkəranda mərasim təşkil olunub

Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər

Proqnoz: Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq

“Yeni Şafak” qəzeti: Fransa arxivləri erməni yalanlarını ifşa edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub

Milli Kitabxanada Əməkdar incəsənət xadimi Xanımana Əlibəyli və professor Azad Nəbiyev ilə bağlı kitab sərgiləri açılıb

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Almaniyada minlərlə insan Pasxa yürüşlərində sülh tələbi ilə nümayişlər keçirib

Premyer Liqa: Bu gün “Qarabağ”ın çempionluğu rəsmiləşə bilər

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

Omanda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçiriləcək

Yeni tədqiqat Yerdəki suyun mənşəyinə dair mövcud nəzəriyyəni təkzib edir

Beynəlxalq Kosmik Stansiyadan 3 nəfər Yerə qayıdıb

Sevimli musiqinin beynin opioid sistemini aktivləşdirdiyi sübut olunub - TƏDQİQAT

Bundesliqa tarixində yeni rekord

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

İğdırdakı Azərbaycan diasporunun nümayəndələri Aralıq rayonuna səfər ediblər

Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik

Hüseyn İşıksal: Prezident İlham Əliyev Şimali Kiprin hüquqlarının müdafiəsinə böyük töhfə verir

Əziz Ələkbərli: 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 150 mindən çox soydaşımız deportasiya olunub

Mixail Qusman: Bakılı bəstəkarın yaratdığı əsərin yenidən Bakı tamaşaçısına qovuşmasına yalnız sevinə bilərəm

Almaniyanın Hessen əyalətində silahlı insindent zamanı iki nəfər güllələnib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında iştirak edib

Timur Vaynşteyn: Atamın yubileyi günlərində “Zoluşka” operasının premyerasının keçirilməsindən xoşbəxtəm

Sadıq Dadaşov Azərbaycan memarlığının parlaq səhifəsidir

Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib

Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin obyekti olmamalıdır - BƏYANAT

Qurban Qurbanov: Builki səhvlərdən dərs çıxarıb, yeni mövsümə fərqli hazırlaşacağıq

Samir Abasov: Fərdi səhvlər məğlubiyyətə səbəb oldu

Sankt-Peterburqda Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB-3

Bakıda II Milli Təhsil Zirvəsi keçirilib

Premyer Liqa: "Mançester Siti" səfərdə üç xala sevinib

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda master-klas təşkil olunub

Ukrayna Pasxa bayramında 277 hərbçisini əsirlikdən vətənə qaytarıb

İsveçli perkussionist və bəstəkar Robert İkiz “Qavaldaş” adlı kompozisiyasını təqdim edib

Polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin xatirə kompleksini ziyarət edib

Rusiya Prezidenti Pasxa münasibətilə atəşkəs elan edib

Yer Günü ilə əlaqədar keçirilən festivalda 3500 litrə yaxın plastik butulka yığılıb YENİLƏNİB

FHN: İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan derbisində start heyətlər açıqlanıb

Energetika naziri Albaniyanın Korça şəhərinin qazlaşdırılması layihəsinin təqdimatında iştirak edib

Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib

Bu gün Bakının 550 küçəsi yuyulub

Voleybol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda ilk oyun keçirilib

Qubada 60-dan çox şagird sabah keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək: SƏBƏB

Fiqurlu konkisürmə üzrə komandalararası dünya çempionatının qalibi bəlli olub

Qazaxda 4 nəfər dəm qazından zəhərlənib VİDEO

Qazaxda 4 nəfər dəm qazından zəhərlənib VİDEO

Qərbi azərbaycanlının xatirələrindən - Ermənilər qədim qəbiristanlığı şumlayıb, bütün izləri sildilər

Mahir Emrelinin vurduğu qollar “Nürnberq”i məğlubiyyətdən xilas etməyib - YENİLƏNİB

Naftalanda beynəlxalq səhiyyə konfransı keçirilib

Yardımlı rayonunda zəlzələ olub

“Haber Global”: Çin, Fransa və ABŞ Türkiyənin Somalidəki kosmodromu ilə bağlı kəşfiyyat məlumatları toplayır

KİV: Türkiyə diasporu Niderland parlamentinin qərəzli mövqeyini pisləyib

Təhsildə innovativ həllərin təklifi yönündə keçirilən “EduHack 2025: Innovating the Future of Learning” hakatonuna start verilib

Aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparıldığı üçün nəqliyyat sıxlığı yaranıb

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlanır

Qazaxıstanda uşaqları daşıyan avtobus ağır qəza törədib

Qədim Şabran abidəsi ərazisində sərgi açılıb

Firəngiz Mütəllimovanın benefisi: "Varlı qadın" tamaşasının premyerası olub

AQTA rəsmisi: Şadlıq saraylarında zalların bər-bəzəyinə ayrılan diqqət mətbəxə, qidaların təhlükəsizliyinə yönəlməlidir

Gənc memarların işləri mükafatlandırılıb

Naxçıvanda məktəblilər arasında Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının final turu keçirilib

Veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib

Ağsu Qoruğunda tarix, sənət və musiqi bir arada

Cəlilabadda yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb

Türkiyəli rektor: Beynəlxalq əməkdaşlıq və gənclərin iştirakı ilə təşkil edilən innovativ təşəbbüslər əhəmiyyətlidir

“Hər muzey bir abidədir” adlı tədbir keçirilib

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

ADAU-EGE ikili diplom proqramı tələbələrinin 4 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilib

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

İsmayıllıda qeyri-sabit hava şəraitinin törətdiyi fəsadlar aradan qaldırılıb

“Neftçi” Azərbaycan Kubokunun qalibi olmuş basketbolçu ilə vidalaşıb

Qaya uçqununa görə bağlanan Quba-Qonaqkənd yolu açılıb VİDEO

Qaya uçqununa görə bağlanan Quba-Qonaqkənd yolu açılıb VİDEO

Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək layihəsinin icrasına başlanılıb

Milli Kitabxanada “Akademik Mikayıl Hüseynov – 120” adlı kitab sərgisi açılıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Çində “Tiangong” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub VİDEO

Çində “Tiangong” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub VİDEO

ATGTİ sədri: Hakaton yarışı Azərbaycan və Türkiyə gənclərinin ortaq gələcək vizyonunu əks etdirən mühüm platformadır

Leonid Slutski: Kimsə Ermənistanın silahlanacağına və Qarabağı geri alacağına ümid edirsə, bunu gözləməsin

“Barselona” baş məşqçisi ilə müqavilə müddətini uzatmağı planlaşdırır

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirmək istəyən şəxslər saxlanılıb

Qəbələdə aktivlərlə təmin olunmuş gənclərin biznes fəaliyyətlərinin vəziyyəti öyrənilib

Gənclər Fondunun rəsmisi: Hakaton nəticəsində ərsəyə gələcək ideyalar bütün dünyanın təhsil sisteminə yeni nəfəs gətirəcək

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı