DÜNYA
Mobil qurğularda “ölüm düyməsi” nədir?
Bakı, 2 aprel (AZƏRTAC). Cinayətkarlarda mobil qurğuları oğurlamaq arzusunu tamamilə yox etmək üçün qurğuları hala gətirəcək “ölüm düyməsi” (“kill switch”) funksiyası yaradılmalıdır.
Kreyton Universitetinin statistika kafedrasının müdiri Uilyam Dakvortun tədqiqatında iştirak edən 1200 nəfər amerikalının 99 faizi bu fikirdədir. Rəyi öyrənilənlərin 83 faizi hesab edirlər ki, “ölüm düyməsi” smartfon oğurluqlarının sayının azalmasına səbəb olacaqdır. 93 faiz respondent isə bu texnologiyanın bütün operatorlarda pulsuz olmasını dəstəkləmişlər.
Uilyam Dakvort bildirmişdir ki, hər il ABŞ sakinləri oğurlanmış telefonların əvəzinə aldıqları yeni telefonlara təxminən 500 milyon dollar xərcləyirlər. Təkcə 2012-ci ildə amerikalılara məxsus təxminən 1,6 milyon planşet oğurlanmışdır. Bundan başqa, bütün dünyada mobil qurğular üçün sığortaların əldə edilməsinə 2 milyard dollar pul xərclənmişdir.
AZƏRTAC hitech.newsru.com saytına istinadən xəbər verir ki, ötən il Amerikanın 4 ən böyük operatoru sığorta satışından 7,8 milyard gəlir əldə etmişdir. Bunun üçün də həmin şirkətlər mobil telefonlarda “ölüm düyməsi”nin istifadəyə verilməsində maraqlı deyillər.