MOK-un vitse-prezidenti İslam Həmrəyliyi İdman Federasiyasının toplantısında iştirak edir
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 29-da Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Koordinasiya Komissiyasının iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə İHİF-in və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edir.
Tədbirdə İHİF-in prezidenti Şəhzadə Abdulaziz bin Turki Al Faysal, vitse-prezidentlər Hamad Kalkaba Malboum, Ahmed Seyed Fouli, Nihat Usta və qurumun digər üzvləri iştirak edirlər.
İclasda 2021-ci il İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Konya şəhərinin bu yarışa hazırlıq prosesi müzakirə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:54]
Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]