Moldova portalında Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması ilə bağlı məqalə dərc edilib

Kişineu, 11 oktyabr, AZƏRTAC
Moldovanın nüfuzlu “Tribuna” portalı Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması barədə məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Gəncə və Mingəçevir şəhərlərinin Ermənistan tərəfindən vurulmasına dair fikirləri yer alıb.
Məqalədə Hikmət Hacıyevdən sitatlar gətirilərək vurğulanır ki, Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb. Dərhal Mingəçevirin dinc əhalisinə və energetika infrastrukturuna hücumlara başladı. Sivil dünya və Ermənistanın arasında uyğunsuzluğa baxın.
Hikmət Hacıyevin aşağıdakı fikirləri də Ukrayna oxucularına təqdim olunub:
“Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir. Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir. Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır. Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən alçaqcasına mülki şəxslərə qarşı terror aktı törədir”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu