MOLDOVA VƏTƏNDAŞLARI HAMIDAN ÇOX ÖLKƏ PREZİDENTİ VLADİMİR VORONİNƏ ETİMAD GÖSTƏRİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “CIVIS” sosioloji, politoloji və psixoloji təhlillər və tədqiqatlar mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Moldova əhalisi daha çox Prezident Vladimir Voroninə etimad göstərir.
Respondentlərin 40,5 faizi bildirmişdir ki, Moldova Prezidenti Vladimir Voroninə çox böyük etimad göstərir. Rəyi soruşulanların 36,6 faizi keçmiş baş nazir Vasile Tarlevə, 28,6 faizi parlamentin sədri Marian Lupaya etimad bəslədiyini söyləmişdir.
Vətəndaşların əksəriyyəti siyasi partiyalar arasında Kommunistlər Partiyasına (5 faiz), “Moldova Noastre” alyansına (11,6 faiz) və Demokratlar Partiyasına (8,4 faiz) inanır.
Tədqiqatlar martın 23-dən aprelin 14-dək Moldovanın 117 yaşayış məntəqəsində keçirilmişdir. Sorğuda 1435 nəfər iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]