MONİTORİNQ ZAMANI “QUŞ QRİPİ” TÖRƏDİCİSİ AŞKAR OLUNMAMIŞDIR
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 12-dən 23-dək aparılmış növbəti monitorinqdə seçmə üsulla ovlanmış 13 baş çöl quşunun patoloji materialları, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda 1352 baş ev quşundan götürülmüş qan nümunələri müayinədən keçirilmişdir. Nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar olunmamışdır.
Ümumiyyətlə, cari ildə keçirilmiş 4 monitorinqin nəticəsində seçmə üsulla ovlanmış 91 baş çöl, 7 min 441 baş ev quşundan götürülmüş nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilmiş və onların heç birində təhlükəli xəstəliyin əlamətləri aşkar edilməmişdir.
DBX ölkəmizdə “quş qripi” xəstəliyi ilə bağlı epizootik vəziyyətin sabit olduğunu, cari ildə aparılmış monitorinqlərin nəticələrini, köçəri və ev quşları arasında bu xəstəliyin hər hansı bir tipinə təsadüf edilmədiyini və quşların miqrasiyasını əsas götürərək, növbəti monitorinqi noyabrda keçirməyi qərara almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]