Monqolustanda Çinin Han sülaləsi dövrünə aid təqribən 2100 il yaşı olan əsgər məzarlığı tapılıb

Bakı, 18 mart, AZƏRTAC
Arxeoloqlar Monqolustanda Çinin Han sülaləsi dövrünə aid təqribən 2100 il yaşı olan əsgər məzarlığı tapıblar.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, DNT testləri məzarlıqda aşkarlanan sümüklərin Han və Şimali Çin əhalisi ilə əlaqəli əsgərlərə aid olduğunu təsdiqləyir. Rusiya Elmlər Akademiyasının əməkdaşı Aleksey Kovalyovun rəhbərlik etdiyi arxeoloqlar qrupu Monqolustanın cənubundakı Bayanbulaq arxeoloji sahəsində döyüşçülərin qəbiristanlığını aşkar ediblər. Bu ərazidə eramızdan əvvəl II əsrdə köçəri Xiongnu tayfasına qarşı vuruşan Han əsgərlərinin parçalanmış cəsədlərinin olduğu 2100 illik kütləvi məzarlıq var.
Tədqiqatçılar 20-dən çox skeletin olduğu bir çuxur tapıblar, onların bir çoxunda parçalanma, kəsilmiş başlar və şikəstlik əlamətləri var. Kütləvi məzarlığa çevrilməmişdən əvvəl bu çuxur gil hasilatı üçün istifadə edilmişdi. Yeni tapıntı Han-Xiongnu münaqişələri zamanı qədim müharibənin vəhşi təbiəti haqqında məlumat verir.
Aleksey Kovalyov deyib: “Han mədəniyyətində bədənin parçalanması ölümün ən alçaldıcı yolu hesab olunurdu. Parçalayaraq öldürmək ən rüsvayçı edam növü idi. Bunu edən düşmənlər hesab edirdilər ki, həmin insanların ruhu heç vaxt yenidən doğulmayacaq”.
Eramızdan əvvəl 104-cü ildə tikilmiş Bayanbulaq qalası Xiongnu basqınlarından müdafiə üçün nəzərdə tutulmuş bir çox Han istehkamlarından biri idi. Bu istehkamlar Çinin kənd yerlərindən göndərilən Han qoşunları tərəfindən idarə olunurdu. Əsgərlərin hansı şəraitdə həlak olduğu və cəsədlərinin çuxura necə yerləşdirildiyi məlum deyil. Bir nəzəriyyəyə görə, onlar müharibə əsirləri idilər, xəbərdarlıq və ya ayinlərin qurbanı olaraq Xiongnu tərəfindən əsir götürülərək öldürülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2025 [15:39]
Qazaxıstanda uşaqları daşıyan avtobus ağır qəza törədib
- 19.04.2025 [08:40]
AİB Gürcüstanın enerji təhlükəsizliyi üçün 104 milyon dollar kredit ayırıb
- 19.04.2025 [07:38]
Tornedalinqlər İsveçdə yerli xalq kimi tanınmağa çalışırlar
- 19.04.2025 [06:00]
Kir Starmer və Donald Tramp azad ticarət danışıqlarını müzakirə ediblər
- 19.04.2025 [03:37]
Striminq audiokitablar İsveç bazarında kağız kitabları əvəz edir
Qubada qanunsuz tikili sökülüb
- [10:45]
Sədaqət Hüseynova: Miqren irsi meyilliliyi olan xəstəlikdir
- 18.04.2025 [23:48]
AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib
- 18.04.2025 [21:26]
Bakıda türkiyəli rəssamın sərgisi açılıb
- 18.04.2025 [19:53]
“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib
- 18.04.2025 [19:20]
Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
- 18.04.2025 [19:13]
Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb
- 18.04.2025 [19:11]
Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib
- 18.04.2025 [19:03]
® “Ziraat Bank” Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurub
- 18.04.2025 [18:56]
“İRS” jurnalının yunan dilində növbəti nömrəsi işıq üzü görüb
- 18.04.2025 [18:54]
FHN-in İdman-sağlamlıq klubunda çoxnövçülük üzrə çempionata yekun vurulub
- 18.04.2025 [18:50]
İqtisadiyyat nazirinin birinci müavini Gəncədə vətəndaşlarla görüşüb
- 18.04.2025 [18:34]
Azərbaycanın dövlət borcu açıqlanıb
- 18.04.2025 [18:31]
Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib
- 18.04.2025 [18:28]
Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
- 18.04.2025 [18:25]