Monteneqro nəşri görkəmli Azərbaycan alimi haqqında məqalə dərc edib
Podqoritsa, 30 aprel, AZƏRTAC
Monteneqronun nüfuzlu Avlija.me nəşrində görkəmi Azərbaycan alimi Lütfi Zadənin həyatı və elmi fəaliyyətindən bəhs edən məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Lütfi Zadənin qısa tərcümeyi-halı verilib, onun bir çox alimlərin yeni kəşflərinə yol açan elmi tədqiqatlarının əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsinin banisidir. Bu inqilabi nəzəriyyə hazırda foto və video kameraların, paltaryuyan maşınların, tozsoranların istehsalında, nəqliyyat vasitələrinin idarə edilməsində, dünyanın bir çox sənaye nəhənglərinin istehsal proseslərində geniş tətbiq olunur.
Məqalədə bildirilir ki, Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi elmdə yeni istiqamətin əsasını qoyub və böyük əks-səda doğurub. Sistemin əsas komponentlərinin tətbiqində iqtisadiyyat, menecment, informasiya axtarışı, süni intellekt, linqvistika, tibb, biologiya və digər sahələr mühüm rol oynayır.
Materialda görkəmli alimin həyatı boyu layiq görüldüyü mükafatlardan da bəhs edilir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]