ELM VƏ TƏHSİL
Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş fotosərgini 98 min 745 nəfər ziyarət edib




Bakı, 28 dekabr, AZƏRTAC
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Milli Azərbaycan Tarixi Muzeyi (MATM), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR RUS” şirkəti və Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqranın büdcə təşkilatı Geologiya, Neft və Qaz Muzeyinin (Rusiya Federasiyası) birgə təşkilatçılığı ilə keçirilmiş “Hacı Zeynalabdin Tağıyev - sənayeçi və mesenat. Şəxsiyyətin Rusiya və Azərbaycan tarixindəki rolu” adlı beynəlxalq fotosərginin ziyarətçi sayı açıqlanıb.
Bu barədə AZƏRTAC-a MATM-dən məlumat verilib. Bildirilib ki, “Azərbaycan” pavilyonundan alınan məlumata əsasən, sərgini 98.745 nəfər ziyarət edib.
Beynəlxalq səyyar sərginin digər məkanlarda da keçirilməsi nəzərdə tutulub. Sözügedən fotosərgi bundan öncə Xantı-Mansiysk Geologiya, Neft və Qaz Muzeyində təşkil olunub.