Moskvada İmperator II Nikolay dövrünə aid qızıl sikkələrdən ibarət xəzinə tapılıb
Bakı, 2 iyul, AZƏRTAC
Rusiya paytaxtının arxeoloqları Kostyanski döngəsində qazıntılar zamanı XIX-XX əsrlərə aid qızıl sikkələrdən ibarət xəzinə aşkar ediblər. AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, bu barədə məlumatı Moskva Şəhər Mədəni İrs Departamenti yayıb.
Departamentin rəhbəri Aleksey Yemelyanov adından verilmiş məlumatda deyilir: “Bu, son bir neçə ildə Moskvada tapılmış ən iri xəzinədir. Onun ilkin dəyəri təqribən bir milyon rubldur. Sikkələrin sayını dəqiq demək hələlik çətindir. Çox güman, təqribən 60 ədəddir. Sikkələrin nominalı da görünür: 5 və 10 rubl.
A.Yemelyanov bildirib ki, pullar XIX əsrin sonu XX əsrin əvvəlinə aiddir. Onun fikrincə, sikkələrin sahibi inqilab və ya vətəndaş müharibəsi dövründə onları zirzəmidə gizlədib. Sikkələr bir-birinə sıxılmış vəziyyətdə olduğuna görə arxeoloqlar onların dəqiq sayını tapıntı yerində müəyyən edə bilməyiblər.
Bildirilib ki, xəzinə əvvəllər mövcud olmuş binanın zirzəmisində sınıq-salxaq vəziyyətdə olan tənəkə qutusunda aşkar edilib. Hazırda Kostyanski döngəsində işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]