MOSKVADA MDB QANUNVERİCİ ORQANLARI MƏTBUAT XİDMƏTLƏRİ RƏHBƏRLƏRİNİN BEYNƏLXALQ SEMİNARI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 29-30-da RF Federal Məclisinin Federasiya Şurasında Rusiya Federasiyası subyektlərinin qanunverici və icra hakimiyyəti orqanlarının, habelə MDB ölkələri qanunverici orqanlarının mətbuat xidmətləri rəhbərləri üçün “Dövlət hakimiyyəti orqanlarının fəaliyyətində aşkarlıq: problemlər və onların həlli yolları” mövzusunda beynəlxalq seminar keçiriləcəkdir.
Federasiya Şurasından AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, tədbirdə Azərbaycan Milli Məclisi mətbuat xidmətinin nümayəndələri də iştirak edəcəklər. Federasiya Şurasının sədri Sergey Mironov mətbuat xidmətlərinin rəhbərləri ilə görüşəcəkdir. İşgüzar görüşlər zamanı senatorlar mətbuat xidmətlərinin başçıları ilə aktual problemlərin həllinin qanunvericilik təminatı, MDB ölkələrinin inteqrasiyasının inkişaf perspektivləri, qanunverici və icra hakimiyyəti orqanlarının müsbət imicinin yaradılması, qanunverici orqanların fəaliyyəti barədə əhaliyə məlumat verilməsi məsələlərini müzakirə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]