Moskvada “Opera Art” festivalı “Azərbaycanın opera səsləri” ilə başlayacaq
Moskva, 5 aprel, AZƏRTAC
Aprelin 13-də Moskva Dövlət Konservatoriyasının Böyük salonunda Azərbaycanın Xalq artisti, Rusiya Böyük Teatrının aparıcı solisti Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalının açılışı olacaq.
AZƏRTAC xəbər verir ki, festivalın ilk konserti “Azərbaycanın opera səsləri” adlanır. Moskva klassik musiqi həvəskarları Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Rusiya Milli Orkestrinin müşayiəti altında opera müğənnisi Azad Zadənin (tenor) ifasını dinləyəcəklər.
Dinara Əliyevanın “Opera Art” festivalı Moskvada iki ildən bir keçirilir. Bu il festival aprelin 13-dən mayın 30-dək davam edəcək. Festival çərçivəsində beş konsert nəzərdə tutulub. Aprelin 21-də “Belarusun opera səsləri” konsert proqramı təqdim olunacaq. Daha sonra isə festival müxtəlif günlərdə “İtaliya operasının xor şedevrləri”, Puççinin “Madam Batterflyay”, Dvorjakın “Rusalka”, Verdinin “Ernani” operaları konsert formasında ifa ediləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:50]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:37]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:34]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]