Moskvada quldurluqla məşğul beş nəfər FTX əməkdaşı saxlanılıb
Bakı, 5 iyul, AZƏRTAC
Moskva Qarnizonu Hərbi Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) beş əməkdaşının həbs olunması və onlardan daha ikisinin ev həbsində saxlanılması barədə qərar verib. FTX əməkdaşları quldurluqda ittiham edilirlər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəmə İstintaq Komitəsinin FTX əməkdaşlarının quldurluq əməlləri ilə bağlı saxlanılmasına dair iddiasını təmin edib. Onların barəsində Cinayət Məcəlləsinin mütəşəkkil qrup tərəfindən quldurluq əməli maddəsi ilə cinayət işi açılıb.
Rusiya FTX iyulun 2-də də Rusiya Daxili İşlər Nazirliyi ilə birgə əməliyyat zamanı FTX orqanlarında xidmət edən iki hərbi qulluqçunun saxlanıldığını bildirmişdi. Sonuncu əməliyyat nəticəsində həbs olunanların üç nəfəri “Alfa” xüsusi təyinatlı hissənin, bir nəfəri isə “Vımpel” xüsusi təyinatlı dəstənin əməkdaşlarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]