MOSKVADA TANINMIŞ ŞAİR RİMMA KAZAKOVA VƏFAT ETMİŞDİR
AZƏRTAC-ın xüusi müxbiri xəbər verir ki, məşhur Rusiya şairi, Moskva Yazıçılar İttifaqının birinci katibi Rimma Kazakova 77 yaşında vəfat etmişdir.
Rimma Kazakova çoxlu şeir məcmuələrinin və populyar mahnıların, habelə yaxın və uzaq xarici ölkələrin dillərindən edilmiş tərcümələrin müəllifidir.
Bu yaxınlarda o, görkəmli Azərbaycan yazıcısı, respublika Yazıçılar Birliyinin sədri Anarın 70 illiyi münasibətilə Moskvada keçirilən mərasimlərdə iştirak etmişdir. R.Kazakova Azərbaycanı çox sevirdi, dəfələrlə Bakıda olmuşdu. O, Azərbaycan ədibləri ilə dostluq edirdi, Azərbaycan ədəbi ictimaiyyəti arasında böyük nüfuza malik idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]