DÜNYA
Moskvada veb-analitika üzrə konfrans keçiriləcəkdir
Bakı, 13 avqust (AZƏRTAC). Noyabrın 8-9-da Moskvada veb -analitika və İnternet-marketinqinin səmərəliliyinin artırılmasına həsr olunmuş ikinci konfrans keçiriləcəkdir.
“İnfoprostranstvo” mərkəzində təşkil olunacaq tədbirdə İnternet-marketinq və veb-analitika sahəsi üzrə ekspertlər, həmçinin Rusiyanın iri şirkətlərini təmsil edən İnternet-marketoloqlar və digər mütəxəssislər çıxış edəcəklər.
lenta.ru saytının məlumatına görə, konfransın əsas məruzəçiləri qismində İnternet-marketinq və veb-analitika üzrə dünyada tanınmış ekspertlər Brayan Ayzenberq və Ceffri Ayzenberq çıxış edəcəklər.
Tədbirin əsas müzakirə mövzusu veb-analitika alətlərinin xülasəsi və onlardan istifadə qaydaları olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [17:09]
Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb
- 09.12.2023 [16:52]
Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb
- 09.12.2023 [16:03]
Aİ-də süni intellektlə bağlı tarixi saziş üzrə razılıq əldə olunub
- 09.12.2023 [15:30]
Sorğu: Almanların 74 faizi Olaf Şoltsun işindən narazıdır
- 09.12.2023 [15:17]
Əbu-Dabi və Ər-Riyad Moskva ilə daha sıx əməkdaşlıq edəcək
- 09.12.2023 [13:59]
Türkiyədə daha bir cinayətkar qruplaşma zərərsizləşdirilib
- 09.12.2023 [13:49]
Kiyev prokurorluğu metroya su dolması ilə bağlı təhqiqata başlayıb
- 09.12.2023 [13:44]