Mövlud Çavuşoğlu: Türkiyə terrorçulardan təmizlənən ərazilərdə suriyalıların məskunlaşmasını təmin edəcək

Ankara, 23 oktyabr, AZƏRTAC
Anadolu agentliyinin qonağı olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyanın Soçi şəhərində həmkarı Vladimir Putinlə görüşünün nəticələrini dəyərləndirib.
AZƏRTAC xəbər verir ki, nazir Mövlud Çavuşoğlu Suriya böhranının həllində ölkəsinin mövqeyi ilə bağlı bütün detalları açıqlayıb.
Nazir diqqətə çatdırıb ki, Suriyada vəziyyətin tənzimlənməsi terrorçu qrupların zərərsizləşdirilməsindən asılıdır. Türkiyə tərəfi qətiyyətli mövqeyi nümayiş etdirərək Suriya ilə sərhəd ərazilərin terrorçuların nəzarətinə verilməsi planını pozub. Türkiyə-Suriya sərhədinin Suriya tərəfində təhlükəsizlik zonasının qurulması, ilk növbədə, suriyalılar üçün faydalıdır. Çünki Türkiyə hökuməti terrorçulardan təmizlənən ərazilərə suriyalı qaçqınların köçürülməsini təmin etmək niyyətindədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [17:57]
Əlcəzair Fransaya qarşı yeni tədbirlər görməyi planlaşdırır
- 17.04.2025 [17:43]
Astanada kafedə 20 nəfər zəhərlənib, aralarında uşaqlar da var
- 17.04.2025 [17:19]
Moldova parlamenti seçkilərin sentyabrın 28-də keçirilməsinə səs verib
- 17.04.2025 [16:48]
“Volkswagen” iqtisadi çətinliklərə baxmayaraq istehsalı artırır
- 17.04.2025 [16:07]
Moldovada parlament seçkiləri sentyabrın 28-nə təyin edilib
- 17.04.2025 [15:58]
Belarus dövriyyəyə rəqəmsal rubl buraxmağı planlaşdırır
- 17.04.2025 [15:52]