Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Müasir Azərbaycan: gələcəyə addımlar
Respublika əhalisi hakimiyyəti üçüncü dəfə Prezident İlham Əliyevə etibar etmişdir

Müasir Azərbaycan: gələcəyə addımlarRespublika əhalisi hakimiyyəti üçüncü dəfə Prezident İlham Əliyevə etibar etmişdir

Bakı, 4 dekabr (AZƏRTAC). Rusiyanın “Veçernıy Peterburq” qəzetinin 3 dekabr tarixli nömrəsində Anna Neştatskayanın “Müasir Azərbaycan: gələcəyə addımlar” sərlövhəli məqaləsi dərc olunmuşdur. AZƏRTAC həmin məqaləni təqdim edir.

2013-cü il oktyabrın 9-da Xəzər sahilində yerləşən müstəqil Cənubi Qafqaz respublikasının ərazisində növbəti Prezident seçkiləri keçirilmişdir. Seçkilərdə millət ali siyasi mandatı yenidən görkəmli dövlət xadimi İlham Əliyevə etibar etmişdir.

Bu seçim, necə deyərlər, göydəndüşmə və təsadüfi deyildi. Hər bir dövlətin həyatında əlamətdar tarixlər vardır. Suveren Azərbaycana gəldikdə 3 mühüm mərhələni xüsusi xatırlatmaq lazımdır. Birincisi, 1991-ci ilin oktyabr ayında Cənubi Qafqazdakı bu sovet respublikası müstəqillik və beynəlxalq hüquq səlahiyyəti əldə etdi. İkincisi, 1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyev vətəndaşların fəal dəstəyi ilə hakimiyyətə gəldi və üçüncüsü, 2003-cü ilin oktyabr ayında gənc və enerjili rəhbər İlham Əliyev hakimiyyət estafetini qəbul etdi. 2013-cü ilin oktyabr ayında baş verən hadisə bu nəticəni yalnız təsdiqləyir.

Beynəlxalq nüfuz

 

Düz on il əvvəl, 2003-cü il oktyabrın 15-də demokratik seçkilərin gedişində İlham Əliyev müstəqil Azərbaycanın rəhbəri oldu. Seçicilərin 76 faizindən çoxu ona səs verdilər. Dövlət başçısının fəaliyyət xətti Azərbaycan xalqının səmimi rəğbətini qazandı. Sonuncu seçki kampaniyasının nəticələri də bunu inandırıcı şəkildə təsdiqləyir.

Yeni lider xarici siyasətə xüsusi diqqət yetirdi. Bu siyasətin çox böyük rolu başqa amillərlə yanaşı, həm də Dağlıq Qarabağda çoxdan davam edən ağrılı problemin - Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməmiş olması ilə bağlı idi. Azərbaycan rəhbəri obyektiv və prinsipial bir məqamı nəzərə aldı: zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşir, bəzən dünyanın aparıcı dövlətlərinin mənafeləri burada qarşılaşır və ya toqquşur. Buna görə də güclü və inkişaf etmiş Azərbaycan beynəlxalq sabitliyin və regional tərəqqinin ciddi və uzunmüddətli amilidir.

Ümummilli lider Heydər Əliyev hələ 1990-cı illərdə demişdir ki, suverenlik hərtərəfli düşünülmüş və ölçülüb-biçilmiş xarici siyasət tələb edir. Azərbaycan bu müdrik məsləhətə əməl edərək onu regionun dominant dövlətinə çevirmiş praktiki yol ilə irəliləyir, indi onun səsi BMT-nin və müxtəlif beynəlxalq forumların kürsüsündən eşidilir. Məsələn, 2012-ci ilin yanvar ayında Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş və bu hadisə müstəqilliyin 20 illiyi ilə eyni vaxta düşərək gənc respublikanın yeni rolunu və xidmətlərini təsdiqləmişdir. Azərbaycan Rusiya ilə xeyirxah əlaqələri, İlham Əliyev ilə Vladimir Putin arasında dostluq münasibətləri ilə fəxr edir.

 

İqtisadiyyat hədəf və vasitə kimi

 

İnkişaf haqqında mühakimə yürüdərkən onun əsasını təşkil edən təsərrüfat mövzusuna toxunmaq zəruridir. Azərbaycan rəhbərliyi hələ 1990-cı illərin sonunda uzun bir dövr üçün nəzərdə tutulan möhkəm neft-qaz strategiyasının əsasını qoymuşdur. 2005-ci ildə 3 dövlətin - Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi uğurla başa çatdırıldı. Artıq 2006-cı ilin mayında bu kəmərlə nəql edilən neft Türkiyənin Ceyhan limanına çatdı. Yanacaq tədarükü (ildə 50 milyon tona qədər) bir sıra ölkələr və iqtisadiyyatlar üçün müstəsna əhəmiyyət kəsb edir.

2013-cü ilin iyun ayında həqiqətən tarixi əhəmiyyət kəsb edən daha bir seçim edildi. Prezident Xəzərin “Şahdəniz” yatağından çıxarılan qazın nəql edilməsinin Azərbaycan üçün ən əlverişli variantı üzərində dayandı. Söhbət Türkiyə və Yunanıstan sərhədlərindən İtaliyaya qədər uzanan Transadriatik qaz kəmərindən gedir. Bu magistralın çəkilməsinə təqribən 40 milyard dollar vəsait ayrılacaqdır. Bundan sonra isə həmin magistralı TANAP Transanadolu boru kəməri ilə birləşdirmək nəzərdə tutulmuşdur. 2019-cu ildən etibarən bütün Avropa bazarlarına birbaşa qaz göndərilməsi imkanı yaranacaqdır.

İstehsal sektoru da güclənir. Ənənəvi xammal bloku kimi bu sektor da güclü maliyyə axınlarından bəhrələnir. Onların təxminən yarısını xarici sərmayə qoyuluşları təşkil edir. Azərbaycanın valyuta ehtiyatlarının həcmi 50 milyard dollara bərabərdir və ölkə xarici borcdan asılı deyildir. Son 10 ildə ümumi iqtisadi vəziyyət 3,4 dəfə yaxşılaşmışdır. 1,2 milyon iş yeri yaradılmış, işsizlik göstəricisi isə əmək resurslarının ümumi həcminin 5 faizi səviyyəsinə enmişdir.

 

İrəliyə baxanda

 

Prezident Əliyev və onun məsləkdaşları əmindirlər: gələcəyə inamlı sıçrayış etmək üçün respublika tabeliyində olan 80-ə yaxın inzibati rayonun və şəhərin hər birini dəstəkləmək lazımdır. Buna görə də regionların inkişafına yönəlmiş proqramlar və konsepsiyalar qəbul edilmişdir. Azərbaycanda yerli təbii ehtiyatlardan əyalət mərkəzlərinin xeyrinə istifadə edilir, işsizliyi azaldan sexlər və istehsalatlar açılır, İşsizlik göstəricisi faktiki olaraq sıfıra endirilmişdir. Əmək haqları və pensiyalar artırılır, kiçik və orta sahibkarlıq inkişaf edir. Elektrik təchizatı ilə bağlı problemlər aradan qaldırılır, sənaye müəssisələri və yaşayış evləri qazlaşdırılır. Bütün bu proseslərin nəticəsi kimi Rusiyaya miqrantlar axını xeyli azalır və hətta əksinə, onlar Rusiyadan doğma yerlərinə qayıdırlar.

Ölkənin üzləşdiyi ciddi vəzifələr “Azərbaycan-2020: gələcəyə baxış” konsepsiyasında əks olunmuşdur. Əsas məqsəd qlobal modernləşmə layihəsidir. Bu layihənin sayəsində Azərbaycan 8 il ərzində dünyanın ən çox inkişaf etmiş dövlətləri klubuna daxil olmalı, şaxələndirilmiş iqtisadiyyata, demokratik siyasi sistemə və humanist sosial həyat quruluşuna malik olan rəqabətə davamlı dövlətə çevrilməlidir.

Başqa ölkələrlə mənəvi əlaqələr də inkişafa şərait yaradır. Hələ 2010-cu ilin yanvar ayında rusiyalı dostların köməyi ilə Bakı Beynəlxalq Humanitar forumu təsis edilmişdir. Bu diskussiya məkanında ictimai həyatın kəskin mövzuları müzakirə edilir. Forumun daimi həmsədrləri prezidentlər İlham Əliyev və Vladimir Putindir. Təxminən bir ay bundan əvvəl Bakıdakı Heydər Əliyev Mərkəzində üçüncü bu cür konqres keçirilmişdir. Həmin forumda nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və Neva sahillərindən gəlmiş qonaqlar iştirak etmiş, müasir həyatın ən mühüm problemlərini müzakirə etmişlər.

 

Dağlıq Qarabağ münaqişəsi

 

Uğurlara və qələbələrə baxmayaraq, çoxdan davam edən Qarabağ böhranı yenə inkişaf yolunda ağrılı bir nöqtə kimi qalır. Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ona bitişik 7 rayon hələ də qonşu Ermənistan tərəfindən işğal altındadır. Azərbaycan bu münaqişənin dinc yolla aradan qaldırılmasına çalışır, lakin o, öz ərazilərinin işğal edilməsinə heç vaxt razılaşmayacaqdır. Bu məsələ mütəmadi olaraq siyasi və informasiya-analitik müstəvidə qaldırılır və dünya ictimaiyyəti faktiki hadisələrin əsl mənzərəsini, habelə hər iki tərəfin tonallığa görə əsla üst-üstə düşməyən yanaşmalarını yaxşı təsəvvür edir.

Azərbaycan diplomatik yolla - Minsk qrupu çərçivəsində fəaliyyət göstərir, münaqişəni çoxdan bəri müzakirə olunan baza prinsipləri əsasında nizamlamağı arzu edir. Prezidentlərin və xarici işlər nazirlərinin görüşləri olmuşdur, lakin ciddi qarşıdurmanın mənbəyini aradan qaldırmaq mümkün olmamışdır. Bununla belə Azərbaycan ümidini itirmir, bunu həm özünün inadkarlığı ilə, həm də beynəlxalq vasitəçilərin pozitiv iştirakı ilə əlaqələndirir. Başlıca məsələ zamanın sınağından çıxmış varislik kursunu qoruyub saxlamaqdır. Bu kurs isə Prezident İlham Əliyevin fəaliyyəti ilə ayrılmaz şəkildə bağlıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda istehsal olunacaq dam örtükləri məhsullarının 90 faizi yerli, 10 faizi isə xarici bazar üçün nəzərdə tutulub FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

“Vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə Qaydası”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

“Vergi orqanlarında staj və sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş şəxsin ekstradisiyası təmin edilib

ICESCO Beynəlxalq Sülh Günü münasibətilə müraciət yayıb

SOCAR-ın əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər

“Nəsildən-nəslə teatr” layihəsi davam edir

Ağdamda istehsal olunan ayaqqabılar həm də ixrac ediləcək FOTO

Ağdamda havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsal ediləcək

Əqli Mülkiyyət Agentliyində Dövlət Suverenliyi Günü qeyd olunub

“HackMasters”: COMCEC-in 18 ölkəsindən mütəxəssislər kibertəhlükəsizlik sahəsində bacarıqlarını nümayiş etdiriblər

Bakının küçələrinin birində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Sentyabrın 22-si axşamadək Azərbaycanın rayonlarında fasilələrlə yağıntılı hava şəraiti davam edəcək

® “Kapital Bank”dan neftçilərə qızıl kimi təklif

Dövlət Suverenliyi Günü Azərbaycan xalqının mətanətini və mərdliyini əks etdirir ŞƏRH

Ali Məhkəmənin sədri Qırğız Respublikasında səfərdə olub

BMU ilə “QS” agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Nazir: Türkiyə nəqliyyatda emissiyaları minimuma endirməyi hədəfləyir

Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4 VİDEO

“İqlim dəyişikliyinin dayanıqlı heyvandarlığın inkişafına təsiri” adlı konfrans keçirilib

Ağdam Sənaye Parkında ildə 2,1 milyon ədəd rulon divar kağızı istehsal ediləcək FOTO

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib

Azərbaycanın 2 çimərlik güləşçisi Dünya Seriyasında mübarizə aparacaq

Fransada tibbi laboratoriyaların bioloqları tətilə başlayıb

Zaqatalada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövzusunda tədbir keçirilib

Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyada beynəlxalq turnirdə iştirak edəcəklər

Türkiyədə İŞİD terrorçuları ilə əlaqədə şübhəli bilinən 88 şəxs saxlanılıb

Akif Marifli: Azərbaycan Türkiyədə keçiriləcək kitab sərgisində zəngin mədəni proqramla təmsil olunacaq

Türkiyənin Milli Müdafiə Nazirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Jurnalistlər və sosial media blogerləri üçün təşkil edilən təlim proqramı başa çatıb

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

Vaşinqtonda Azərbaycanda ABŞ şirkətləri üçün investisiya imkanlarına həsr olunmuş görüş keçirilib

AFFA rəhbərliyi Fransada işgüzar görüşlər keçirib

Britaniya XİN başçısı Livandakı vəziyyətlə bağlı təcili iclas keçirib

Müşavir: VII Robot Olimpiadası gənclərin texnoloji biliklərini daha da inkişaf etdirmələri üçün böyük imkanlar yaradır

Ucarda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib

Moskvada MDB İqtisadi Şurasının 103-cü iclası olub

Qara Qarayev Qarabağ Dirçəliş Fondunun təşkil etdiyi minifutbol turnirinin səfiri seçilib

Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib

ESG üzrə vahid rəqəmsal platformanın konsepsiyasının təqdimatı keçirilir

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə

Kənd təsərrüfatı nazirinin müavini Şəkidə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Gəncədə Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib

Dünya Bankı: Azərbaycan hökuməti ilə növbəti beş ildə əldə etmək istədiyimiz əsas nəticələri müəyyən etmişik

Azərbaycan diaspor təşkilatları Niderland Krallığının qərəzli mövqeyi ilə bağlı birgə bəyanat yayıblar

Suverenlik tarixinin Zəfər töhfəsi – Qarabağ Universitetindən salam olsun!

Vüqar Nadirov “Qarabağ” – “Neftçi” matçının favoritini açıqlayıb

Antiterror tədbirləri həm də Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən ölkələrə layiqli cavab oldu

Vüqar Əli: Rəssamın vizual və mənəvi qavrayışa fərqli baxış bucağı olmalıdır - MÜSAHİBƏ

Nərimanov Rayon Prokurorluğunun yeni inzibati binasının açılışı olub

Çin Sosial Elmlər Akademiyasının nümayəndələri BDU-da

Qərbi Azərbaycan İcması İsveçrənin bir qrup deputatının ölkəmizə qarşı təxribatına etiraz edib

Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin konfransında Ermənistanın mina terrorundan danışılıb

Coğrafiya İnstitutunda COP29-a həsr edilən beynəlxalq elmi-praktik konfrans keçiriləcək

“Fənərbağça” – “Qalatasaray” derbisinin biletləri cəmi 3 saniyəyə satılıb

® “Unibank”dan daha bir yenilik - müştərilərə kredit həyat sığortası təklif olunur

Çin şirkətləri tərəfindən Azərbaycana investisiya yatırılması müzakirə olunub

İcma: ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlar azərbaycanlılara qarşı ayrı-seçkiliyin növbəti təzahürüdür

Bakıda yeniyetmə və gənclər arasında VII Robot Olimpiadasının açılış mərasimi olub VİDEO

Ekspert: “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyi üçün çox önəmli rol oynayıb

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi aksiya təşkil edib VİDEO

Ukraynada “Telegram”ın xidməti cihazlarda istifadəsinə qadağa qoyulub

“Arşın mal alan” operettası növbəti dəfə nümayiş olunacaq

Azərbaycan Türkiyədə keçiriləcək kitab sərgisində “Fəxri qonaq” qismində iştirak edəcək

Heydər Əliyev Beynəlxalq Aeroportu payız mövsümündə 80-dən çox istiqamətə səyahət imkanı təqdim edir

Dövlət qulluğunda inzibati rəhbər vəzifələrə qəbul olmaq üçün test imtahanı keçiriləcək

Şərqşünaslıq İnstitutunda Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib

Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb

® “Azercell” “Neftçilər Günü"nə həsr olunmuş video hazırlayıb

Avropa Komissiyası Ukraynaya 35 milyard avro kredit ayıracaq

“Qalatasaray” və “Beşiktaş”ın sabiq voleybolçusu Azərbaycan klubuna keçib

Film Fondunun muzeyinə qiymətli eksponat bağışlanıb

Bakıda Rusiya universitetlərinin təhsil sərgisi keçirilir

Baş Dövlət Yol Polisi İdarəsi yuxulu vəziyyətdə sükan arxasında əyləşən sürücülərə müraciət edib

Rus Dram Teatrının Novokuznetsk və Kemerovo qastrolları uğurla keçib

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib  YENİLƏNİB

Yüksək göstəricilərlə ADPU-nu seçən tələbələr mükafatlandırılıblar

Sumqayıtda Birinci Qarabağ müharibəsi şəhidinin nəşinin qalıqları torpağa tapşırılıb

KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə bağlı treninqlər başa çatıb

Gənclər Kitabxanasında “Yoxdan var olan Xocalı!” adlı vəsait hazırlanıb

Atırauda azərbaycanlı gənclər beynəlxalq forumda iştirak edib

Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilib

Gürcü ekspert: “BTC-nin fəaliyyətə başlaması ilə regionda geosiyasi qüvvələr balansı yenidən, əhəmiyyətli dərəcədə dəyişdi”

Qarabağ Universitetinin 1200 yerlik tələbə yataqxanası VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Sabirabadda vətəndaşlarla görüşüb

Sabah hava tutqun olacaq, yağış yağacaq

Türkiyə klubundan ayrılan azərbaycanlı məşqçinin yeni iş yeri məlum olub

“China Daily” qəzeti iqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun Bakı iclasından yazıb

Masallıda Vətən müharibəsi əlillərinin övladlarının tibbi müayinəsi aparılıb

“Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsis edilib

İrəvanın mərkəzində 40-a yaxın insanın iştirakı ilə silahlı qarşıdurma olub

Şanxayda qasırğa səbəbindən 112 min sakin təxliyə edilib

Mahir Tağızadə: Üzeyir Hacıbəylinin əsərləri və metodları yeni nəsil musiqiçilərin yetişməsində mühüm rol oynayır

Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib

“Qırğızıstan Dəmir Yolları”: Qırğızıstan Orta Dəhlizin inkişafında maraqlıdır

“Sarı gəlinin sorağında” filmi IX Türk Dünyası Sənədli Film Festivalında

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb