Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması – dəyirmi masa YENİLƏNİB

Bakı, 24 iyun, AZƏRTAC

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində iyunun 24-də “Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, bu səfərin məqsədi Azərbaycan Respublikası Prezidentinin uğurla həyata keçirdiyi institusional islahatlar çərçivəsində Əqli Mülkiyyət Agentliyinin müasir çağırışlara uyğun formalaşması, idarəçilik təcrübəsinə dair məlumatların əldə edilməsi, əqli mülkiyyət ekosistemi ilə bağlı ölkəmizdə görülən işlərlə, o cümlədən Agentliyin təşəbbüsü və dəstəyi ilə Azərbaycan universitetlərində əqli mülkiyyət ixtisası üzrə kadrların hazırlanması prosesi ilə tanış olmaq, ÜƏMT ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsi, habelə işğaldan azad edilmiş ərazilərimizə aid olan coğrafi göstəricilərin qeydiyyatı, onların beynəlxalq miqyasda tanınmasına dəstək göstərilməsidir.

Kamran İmanov diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin bütün sahələrdə həyata keçirdiyi islahatların ideologiyasının əsasını yaradıcı sahibkarlıq, investisiyalar və rəqabət bazarları ilə yanaşı intellektual mülkiyyətin inkişafında innovasiyalara dəstək göstərilməsi təşkil edir. Təbiidir ki, burada fənlərarası yanaşmadan söhbət gedir. Həmin yanaşma intellektual mülkiyyət kateqoriyası anlayışının yenidən dərk və təsbit edilməsini, iqtisadiyyat, sosiologiya və hüququn qarşılıqlı əlaqələri kimi öyrənilməsini nəzərdə tutur.

Azərbaycanın dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı inkişaf planı göstərilən məqsədlərə xidmət edərək, bilavasitə əqli mülkiyyətə innovasiyaların milli ekosistemini formalaşdıran hərəkətverici qüvvə kimi yanaşmağı tələb edir.

Əqli mülkiyyətin müasir rolu - innovasiya prosesinin bütün həlqələrinə, o cümlədən müvafiq mədəniyyətin aşılanmasından və yaradıcılığın dəstəklənməsindən, əqli mülkiyyətin qorunmasından və kommersiyalaşdırılmasının təşviqinədək, qorunma sənədlərinin iqtisadi və sosial təsirinin, bir sözlə, innovasiya prosesinin bütün mərhələlərinə xidmət göstərməkdir.

Hüquq, iqtisadiyyat və sosiologiyanı birləşdirən vasitə kimi əqli mülkiyyətin genişləndirilmiş funksiyaları əsas aktorların: yaradıcı-institutların-cəmiyyətin qarşılıqlı əlaqəsində özünü büruzə verir.

Agentlikdə göstərilən bütün xidmətlər aşağıdakı parametrlər üzrə təhlil edilir:

- birincisi, daxili transaksiya xərclərinin azaldılması və “North Coase” neoinstitualizminə uyğun olaraq adaptiv səmərəliliyin ölçüsü;

- ikincisi, işin şəffaflığının transparentliyinin təmin edilməsi və subyektivliyin aradan qaldırılması.

Praktikada bu, sistemin təkamülünün çağırışlarına adekvat cavab verməyə, yaranan transaksiyaları təhlil etməyə, idarəetmə qərarlarının səmərəliliyini artırmaq üçün hazırlanmış metodoloji qayda və alqoritmləri tətbiq etməyə imkan verir.

Rəqəmsal platforma PƏNAH patentlərin və əmtəə nişanlarının müştəriləri (müraciət edənlər) arasında “bir pəncərə” prinsipi əsasında təmassız əlaqə və istənilən mənbədən sistemə məhdudiyyətsiz çıxış imkanı yaratmağa xidmət edir.

Qorunma sənədlərinin verilməsi və ekspertiza funksiyalarına gəldikdə, Agentlik öz fəaliyyətini xidmətlərin səmərəliliyini artırmaq, o cümlədən: iddiaçıların ixtiraçılıq və patent aktivliyini gücləndirmək, ərizələrə baxılma müddətini azaltmaq, müraciət prosedurunu sadələşdirməklə həyata keçirilir, bürokratik maneələrin aradan qaldırılmasına metodiki kömək göstərilir.

Yaxın gələcəkdə həllini gözləyən məsələlərdən biri - ərizəçinin və Patent Mərkəzinin iddia sənədlərinin qəbulundan elektron qorunma sənədin verilməsi daxil olmaqla, vahid rəqəmli məkanda çalışmasıdır, belə ki, Agentliyin bu sahədə 24/7 rejiminə keçməsidir. Bununla yanaşı, servislərin genişlənməsi nəticəsində patentin baxılması və verilməsi müddətinin 6 aya çatdırılmasıdır.

Tədbirdə çıxış edən ÜƏMT-nin Baş direktorunun müavini Hasan Kleyb bildirib ki, səfərinin məqsədi təmsil etdiyi təşkilat ilə Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirməkdir. Azərbaycana ilk dəfə gəldiyini deyən Hasan Kleyb Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib.

“Ümumdünya Əqli Mülkiyyət Təşkilatı dünya ölkələri üzrə 204 qurum arasında bu sahədə ən nümunəvi idarəçilik modellərini toplayaraq onları digər ölkələrə çatdırmaq üçün təlimatlar hazırlayıb. On beş ölkə seçilib. Seçilən ölkələr sırasında Azərbaycan da yer alıb”, - deyə Hasan Kleyb vurğulayıb.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının rektoru Urxan Ələkbərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və başqaları çıxış ediblər. Çıxışlarda dəyirmi masanın mövzusunun aktual olduğu bildirilib və Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti yüksək qiymətləndirilib.

Dəyirmi masada Kamran İmanovun “Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması” mövzusunda məruzəsi dinlənilib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, iyunun 25-də ÜƏMT-nin mütəxəssisləri tərəfindən “Coğrafi göstəricilər” layihəsinin təqdimatı keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Blinken: İsraillə HƏMAS arasında atəşkəs üzrə danışıqlar sona yaxınlaşıb

Ukrayna və Böyük Britaniya müdafiə imkanlarının inkişafına dair saziş imzalayıblar

Çaqqalın hücumuna məruz qalan Şəki sakini xəstəxanalıq olub

İdman jurnalistləri arasında Milli Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilib

Avropa Universitet Oyunları: Azərbaycan badmintonçularından ibarət komanda növbəti dəfə uduzub

Kəlbəcər rayonunda mina hadisəsi baş verib, xəsarət alanlar var

Gürcüstanda amnistiya nəticəsində məhkumların 10 faizi azadlığa çıxacaq

“Əl-Cəzirə” rəsmisi BAMF-ın fəxri mükafatına layiq görülüb

Muxtar Babayev: Bütün fikirləri nəzərə alaraq dayanıqlı inkişafa nail olmağa çalışmalıyıq

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında 
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azad Vətən Partiyasının səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Gələcək Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin forması, sayı və hazırlanması qaydası haqqında 
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıblar

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 15 iyul tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Sorğu: Demokratlar Partiyasında əksəriyyət Kamala Harrisin prezident olmasını istəyir

“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

® Azərbaycan dili üzrə natiqlik çempionatının yarımfinal mərhələsi yekunlaşıb

Arxeologiya və Antropologiya İnstitutu Astara rayonunda arxeoloji qazıntıları davam etdirir

Cari ilin 6 ayında AKTA-ya 20 subyekt üzv qəbul olunub

Naxçıvan şəhərində ət satışı məntəqəsində ciddi nöqsanlar aşkarlanıb

Avropa Universitet Oyunları: Azərbaycan badmintonçularından ibarət komanda Litvaya məğlub olub

İyulun 20-22-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumu keçiriləcək

Probasiya sahəsində Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Yalçın Rəfiyev: İqlim maliyyə fəaliyyət fondu vasitəsilə 1 milyard dollar vəsait toplamağa çalışırıq VİDEO

Türkiyənin Milli Hərbi Dəniz Qüvvələri sabah Şimali Kiprdə 50 gəmi ilə parad keçirəcək

İstanbulda Osmanlı dövrünə aid tarixi saray muzey kimi istifadəyə verilib

Göygöldə “Ekoloji maarifləndirmədən başlayan yaşıl gələcək” mövzusunda təlim proqramı təşkil edilib

Uşaqlıq xəyallarını gənclik hədəflərinə çevirmək zamanıdır

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb: bir nəfər 400 bal toplayıb

COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib

“Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi və “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul  tarixli 108 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

149 il əvvəl əkilən toxumlar gülüstan yaratdı

® “INMerge” İnnovasiya Sammiti nədir?

“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib

Avstraliyalı xokkeyçi Olimpiadada iştirak üçün barmağının bir hissəsini amputasiya etdirib

Saymon Still: COP29 bizə çox böyük ümidlər verir

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən 3 rayonda görülən işlər açıqlanıb VİDEO

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Fransanın Azərbaycana qarşı hüquqi və siyasi reallığa sığmayan bəyanatlarının heç bir təsiri olmayacaq  - ŞƏRH

Nigar Arpadarai: Çalışırıq ki, bütün tərəfdaşlar COP29-a öz töhfələrini versinlər

Xarici siyasət uğurlarımız Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzunun ifadəsidir  ŞƏRH

Muxtar Babayev: COP29 sədrliyi olaraq, regional fəaliyyətlərlə bağlı təşəbbüslər irəli sürmüşük

® Məlahət Qəhrəmanova: Kimyəvi maddələrdən çox istifadə, keyfiyyətsiz qida və normal həyat rejiminin olmaması saçlara böyük zərər verir

Elm və təhsil naziri Xaçmazda vətəndaşlarla görüşüb

Bolnisidə “Ana dilimizi sevək və sevdirək” layihəsinin iştirakçıları mükafatlandırılıb

Azərbaycan Premyer Liqası və Kubokunda yeni mövsümün təqvimi açıqlanıb

“Avropa Siyasi Birliyi” Zirvə toplantısında Azərbaycan Prezidentinə olan yüksək diqqət ölkəmizin qitə üçün önəminin göstəricisidir - ŞƏRH

Ölümlə nəticələnən qəzada xəsarət alan sürücü barədə qətimkan tədbiri seçilib

Məhkumlara narkomaniyanın zərərli təsirləri barədə məlumat verilib

Azərbaycan güləşçiləri Dünya Seriyasının növbəti mərhələsində mübarizə aparacaqlar

Avropa İttifaqı və Serbiya litium tədarükünə dair saziş imzalayıb

“YAŞAT” Fondunun Londondakı yay məktəbi maraqlı məqamlarla yadda qalır

Qaydar Abdikerimov: Azərbaycan Orta Dəhlizin əsas aparıcı ölkələrindən biridir

"İpək yolları gənclərin gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyatın vaxtı uzadılıb

Ersin Tatar: Kipr türklərinə yaxın münasibətinə görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdaram

Yerli kiçik və orta biznes nümayəndələrinə COP29 tərəfdaşlıq proqramı təqdim olunub

Moldova portalı Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında iştirakından yazıb

Emmanuel Makron Fransanın ekoloji öhdəliklərinə qarşı çıxır

Bugünədək azad edilmiş ərazilərdə yerquruluşu üzrə görülən çöl ölçmə işlərinin həcmi açıqlanıb

Media nümayəndələri üçün növbəti “Sosial jurnalistika” təlimi təşkil edilib

Azərbaycanı “Paris-2024”də təmsil edəcək paracüdoçular bəlli olub

Azİİ e-Kitab Evinə “EBSCO Discovery Service”dən ödənişsiz istifadə imkanı verilib

İlin birinci yarısında 187 repatriantla sosial reabilitasiya işi aparılıb

Mağazada ödəmə terminalını talayan şəxs saxlanılıb

Azərbaycan Aktauda keçirilən “Şimal-Cənub” nəqliyyat ticarət-ixracat forumunda təmsil olunur

Naxçıvanda “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda konfrans keçirilib

Yeni doğulmuş uşağın ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb

İT sistemlərində yaranan problem Britaniyada bir çox sektora təsir göstərib

® “Euromoney” ABB-ni “İlin ən yaxşı bankı” seçdi!

Stenli Kubrikin doğum günündə “Parıltı”nın çəkilişləri barədə film nümayiş olunacaq

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Marneulidə 50-yə yaxın azərbaycanlı gənc “International Cultural Programs” təlimində iştirak edib

Ağdamda ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib YENİLƏNİB VİDEO

Əqli Mülkiyyət Agentliyi texnologiyaların kommersiyalaşdırılmasına dəstək verir

Məzahir Pənahov: Parlament seçkilərində iştirak etmək üçün 806 nəfər dairə seçki komissiyalarına müraciət edib VİDEO

Qanunvericiliyə edilən dəyişikliklər mobillik sahəsində effektiv tənzimlənmənin tətbiqinə şərait yaradır

Aİ Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq məsələsini müzakirə edəcək

Bölgələrdə fermerlərə səyyar xidmət göstərilir

Milli Kitabxanada professor Ceyran Mahmudovaya həsr olunmuş kitab sərgisi açılıb

Azərbaycan millisinin baş məşqçisi: Portuqaliya yığması barədə geniş danışmağa ehtiyac yoxdur

MSK daha 5 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb VİDEO

“Şerif”in futbolçusu: Bakıda “Zirə”yə qalib gələcəyimizə inanırdıq

Bakıda təhlükəli və qurumuş ağacların götürülməsi davam etdirilir

Rövzət Qasımov: Səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin paylanılması kütləvi şəkildə həyata keçirilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

30 ildən sonra nəşi tapılan şəhid Bəxtiyar Hümbətov Yevlaxda torpağa tapşırılıb

Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib YENİLƏNƏCƏK VİDEO

Elektron Təhlükəsizlik Xidməti “Windows” əməliyyat sistemini yeniləməməyi tövsiyə edir

AZƏRTAC-ın fotoqrafları mükafatlandırılıblar

Bakıda tanışını itələyərək öldürməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanıb

Agentlik I sinfə qəbul prosesi ilə bağlı valideynlərə çağırış edib

“Türk Hava Yolları” bir sıra reysini təxirə salıb

Zelenski: Ukrayna ilin sonunadək müharibənin qaynar mərhələsini başa vura bilər

Avropa çempionatı: Azərbaycan millisinin pley-off mərhələsindəki rəqibi məlum olub

Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Çonq vəfat edib

Vüqar Kərimov: Azad edilmiş ərazilərdə 230 hektar sahədə 152 min 500-dən çox ağac tingi əkilib