Mübariz Tağıyev: Naxçıvanda həmişə istedadlı gənclər çox olub

Naxçıvan, 12 aprel, AZƏRTAC
Bədii yaradıcılıq-müsabiqəsində məni sevindirən budur ki, fərqli universitetlər də seçim mərhələlərində iştirak edir, istedadlı tələbələri tanıyırıq. Qeyd etməliyəm ki, Naxçıvan Dövlət Universitetində istedadlı tələbələr çoxdur. Onların istedadlarının üzə çıxarılması üçün universitet tərəfindən şərait yaradılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində keçirilən bədii yaradıcılıq müsabiqə-festivalı çərçivəsində jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev söyləyib. O deyib: “Təbii ki, yekun konsertdə iştirak etmələri üçün istedadlı tələbələr arasında da seçimlər olacaq. Görürük ki, rəqs ansamblları da yaxşı vəziyyətdədir. Hətta qeyd edim ki, saz sənəti də ruhumuzu oxşayaraq gözəl təsvir olundu. Biz buna təəccüblənmirik. Çünki Naxçıvanda həmişə istedadlı gənclər çox olub. Gənclərimizə uğurlar arzulayıram və əminəm ki, yekun konsertdə də gözəl ifaları ilə hər kəsi sevindirəcəklər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.04.2025 [17:11]
Naxçıvanda Hərracların Təşkili Mərkəzi istifadəyə verilib
- 29.04.2025 [16:03]
Naxçıvanda elektron xidmətlərdən istifadənin dairəsi genişlənib
- 29.04.2025 [16:01]
Şirvan şəhərinin nümayəndə heyəti Türkiyədə beynəlxalq festivalda
- 29.04.2025 [15:32]
“Göygölün kiçik bacısı” Xanbulandan REPORTAJ VİDEO
- 29.04.2025 [15:22]
Xocalı sakini: Həsrət başa çatdı, doğma yurda qovuşduq
- 29.04.2025 [15:08]