MÜDAFİƏ NAZİRİ BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞININ ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyunun 11-də Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Lorens Bristoun ilə görüşmüşdür.
Nazir bildirmişdir ki, L.Bristounun Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyi müddətdə dövlətlərimiz arasında bütün sahələrdə əməkdaşlıq daha da inkişaf etmişdir.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə müdafiə naziri, general-polkovnik S.Əbiyev L.Bristouna Azərbaycandakı səfirlik fəaliyyətinə görə təşəkkür etmiş və ona gələcək işlərində uğurlar arzulamışdır.