Müdafiə Nazirliyi: Anji Kaspşikin Ermənistanın döyüş helikopterinin vurulduğu ərazidə olması barədə məlumatlar ermənilərin növbəti təxribatıdır
Bakı, 19 noyabr, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin Azərbaycan Respublikasının Ağdam rayonunda ermənilərə məxsus “Mi-24” hərbi helikopterinin vurulduğu əraziyə noyabrın 18-də baxış keçirməsi barədə yayılan məlumatlar yalandır, ermənilərin növbəti təxribatıdır.
Bu fikri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı AZƏRTAC-ın sorğusuna cavabında deyib.
V.Dərgahlı bildirib ki, monitorinq qoşunların təmas xəttində, əvvəlcədən müəyyənləşdirilən və planlaşdırılan ərazidə - Ağdam rayonunun Mərzili kəndi yaxınlığında keçirilib və insidentsiz başa çatıb: “Bəzi KİV-lər ATƏT-in mətbuat xidmətinə istinadən Anji Kaspşikin Azərbaycan Ordusunun mövqelərinə hücum edərkən cavab atəşi ilə vurulmuş ermənilərin “Mi-24” döyüş helikopterinin düşdüyü ərazidə olması barədə məlumat yayıblar. Düşmən tərəfi həmin ərazidə daim təxribatlar törədir. Bir daha bildiririk ki, ATƏT nümayəndələrinin və A.Kaspşikin oraya getməsi barədə məlumatların heç bir əsası yoxdur və bu, yalandır. Onların təhlükəsizliyinə yalnız monitorinq keçirildiyi ərazidə zəmanət verilib. O ərazi isə helikopter düşən yerdən 20 kilometr aralıdadır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [18:24]
Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək
- 24.04.2025 [13:09]
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
- 21.04.2025 [14:36]
Müdafiə nazirinin müavinləri Qətərə səfər ediblər
- 20.04.2025 [12:11]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 19.04.2025 [09:07]
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- 18.04.2025 [18:28]