Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Müdafiə Sənayesi Nazirliyinin “AZAD Sistemlər” müəssisəsində “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub
Prezident İlham Əliyev tədbirdə iştirak edib [YENİLƏNİB] VİDEO

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə müəssisənin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoydu.

Müdafiə sənayesi naziri Yavər Camalov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

Dövlətimizin başçısının diqqəti və qayğısı nəticəsində xüsusi təyinatlı avadanlıqların və texniki vasitələrin alınıb elmi-texniki işlərə tətbiqi geniş vüsət alıb. Bu, müəssisədə istehsal prosesinin daha səmərəli olmasına zəmin yaradıb. Bildirildi ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində digər hərbi təyinatlı məhsulların istehsalı ilə bərabər, taktiki-texniki parametrli müxtəlif sinifli pilotsuz uçuş aparatlarının yaradılması, istehsalı, həmçinin texniki qulluq göstərilməsi istiqamətində ardıcıl planlı işlər davam etdirilir. Təcrübi-konstruktor işləri başa çatdıqdan sonra məhsulların istehsalı həyata keçirilir. O cümlədən pilotsuz uçuş aparatlarının texnoloji proseslərə uyğun istehsalı işləri də görülür.

Prezident İlham Əliyev “Zərbə” pilotsuz uçuş aparatı ilə tanış oldu.

Dövlətimizin başçısı müəssisədə istehsal edilən məhsulların nümayiş olunduğu filmə baxdı.

Diqqətə çatdırıldı ki, məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir.

Son illər müəssisənin mühəndisləri tam yeni sinif PUA-ların yaradılması istiqamətində elmi-texniki axtarışlar aparıblar və nəticədə daha mükəmməl məhsulların istehsalına başlanılıb. Yeni yaradılan “Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik “K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər. Ötən müddətdə müəssisədə müxtəlif sinifli mini PUA-lara texniki qulluq göstərilərək saz vəziyyətə gətirilib və onlar təhvil verilməklə döyüş mövqeləri daim əməliyyat nəzarətində saxlanılır.

Bildirildi ki, 2016-cı ilin aprel hadisələri zamanı müəssisə fasiləsiz iş rejiminə keçib və müxtəlif tipli PUA-lar qısa müddətdə təmir edilərək döyüş zonasına göndərilib.

Dövlətimizin başçısına müəssisədə istehsal olunacaq “Orbitr 4” və “Orbitr 3” müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları barədə də məlumat verildi.

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin muzeyində saxlanmaq üçün hazırlanan pilotsuz uçuş aparatının qanadını imzaladı.

Bildirildi ki, müəssisədə təşkil edilən kurslara Müdafiə Nazirliyinin PUA üzrə hərbi qulluqçuları arasında xüsusi seçim aparılmaqla, 70-ə yaxın kursant cəlb olunub. Təlim-tədris kurslarını müvəffəqiyyətlə bitirən kursantlara müxtəlif ixtisaslar üzrə sertifikatlar verilib. Bu müdavimlər hazırda PUA-ları idarə etməklə düşmənin bütün hərəkətlərini günün istənilən vaxtında - gecə və gündüz nəzarətdə saxlayaraq, verilən tapşırıqları yerinə yetirmək məharətinə malikdirlər.

Əldə olunan nəticələrlə kifayətlənməyən müəssisənin kollektivi ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində qarşıya qoyulan yeni vəzifələrin icrası məqsədilə elmi-texniki və konstruktor-texnoloji layihələr üzərində işləri davam etdirir.

Sonda dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Müdafiə Sənayesi Nazirliyinin “AZAD Sistemlər” müəssisəsində “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub Prezident İlham Əliyev tədbirdə iştirak edib [YENİLƏNİB] VİDEO

Tahir Mirkişili: Cari il gəlirlərin dinamikası büdcəyə dəyişiklikləri labüd edir

Rəşad Sadıqov Premyer Liqada yubiley qələbəsini qazanıb

Braziliyada daşqın qurbanlarının sayı 169 nəfərə çatıb

Respublikaçılıq missiyası uğurla davam etdirilir ŞƏRH

Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyasında iştirak edir

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı test imtahanı keçirilib

Tatarıstanlı alim Biləsuvar və Astaranın arxeoloji abidələri ilə tanış olub

Bağlı qalmış daha bir xüsusilə ağır cinayətin üstü açılıb

Milli Məclisin komitə iclasında 2024-cü il üzrə dövlət büdcəsinə dəyişikliklər müzakirə edilir

İran gündəlik neft hasilatını 4 milyon barelə çatdırmağı planlaşdırır

Dördqat dünya çempionu Rafael Ağayevin rekorduna yaxınlaşıb

Konfransda fəal iştirak etmiş tələbə və magistrantlar mükafatlandırılıb

"Gəncə və gəncəlilər" layihəsi Qəmbər Hüseynlinin əziz xatirəsinə həsr olunacaq

Azərbaycan nəsri “Migel de Servantes” kitabxanasında

Emin Əmrullayev: Xaricdə təhsil üzrə Dövlət Proqramına artıq 330 namizəd müraciət edib

Papua-Yeni Qvineya hökuməti: Torpaq sürüşməsi nəticəsində dağıntı altında 2 mindən çox adam qalıb

Argentinada bu il 488 min nəfər denge qızdırmasına yoluxub

Abşeron Milli Parkında tibb işçilərinin iştirakı ilə velomarafon təşkil olunub

FHN: Ötən sutka ərzində 24 halda yanğına çıxış olub, 6 nəfər xilas edilib

Baş DYP İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib

Elm və təhsil naziri: Ətraf mühitlə bağlı savadlılıq davranışlara təsir edir

“Qarabağ”ın futbolçusu: Hər kəs nəyə qadir olduğumuzu gördü

Minəcik karvansarası – İpək Yolunun üzərində memarlıq incisi

Mayın 25-də və 26-da itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılıb

Gənclər Kitabxanası görkəmli dramaturq İlyas Əfəndiyevlə bağlı silsilə tədbirlər keçirib

Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar - konfrans

İrəvanda etiraz aksiyasının 200-ə yaxın iştirakçısı saxlanılıb VİDEO

Baş Prokurorluq Gəncədə konfrans keçirəcək

Appendiksin çıxarılması icbari tibbi sığorta təminatına daxildir

Malayziyada Şuşanın tarixinə həsr olunmuş tədbirlər keçiriləcək

Faktiki hava: Gədəbəyə və Şahdağa dolu düşüb

“Qarabağ”ın legioneri: Bu komandadan ayrılmaq fikrində deyiləm

DİN: 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazanıblar

Dünya birjalarında neft bahalaşıb

Bu gün Xalq şairi Səməd Vurğunun anım günüdür

“Yaşıl artım gündəliyində təhsil” konfransı işə başlayıb

Aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Son iki gündə 90 cinayətin açılması təmin olunub

Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitodan

Sumqayıtda qanunsuz tikintinin qarşısı alınıb VİDEO

Bakıda tozlu hava şəraiti davam edir

Xankəndi şəhərində ötən həftə 40 avtomat, 8 tapança, 3 pulemyot aşkarlanıb

Seulda Çin, Yaponiya və Cənubi Koreya liderlərinin toplantısı keçirilir

Lüksemburq parlamentinin qərəzli qətnaməsi qarışqanın filə meydan oxumasına bənzəyir - ŞƏRH

Şəkidə “Kalaşnikov” satan şəxs saxlanılıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Türkiyədə “demokratiya tarixinin qara ləkəsi” adlandırılan hərbi çevrilişdən 64 il ötür

Parisdə Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd olunub

Şimali Koreya daha bir hərbi kəşfiyyat peykini buraxmağa hazırlaşır

Rişi Sunak seçkilərdə qalib gələrsə, gənclər üçün hərbi xidməti bərpa edəcəyini açıqlayıb

TANAP-ın inşası zamanı aşkarlanan minə yaxın tarixi əsər Türkiyə muzeylərində sərgilənir

Media: Baltikyanı ölkələr və Polşa öz qoşunlarını Ukraynaya göndərəcəyini istisna etmir

Bakıdakı Rus evində bəstəkar Mixail Qlinkanın 220 illiyi qeyd edilib

Ümumdünya Səhiyyə Assambleyası Cenevrədə pandemiya sazişi üzrə irəliləyişi nəzərdən keçirəcək

ABŞ-da qasırğa nəticəsində azı 15 nəfər ölüb

Zelenski İspaniyaya yola düşür

Litvanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Hindistanın şərqində siklon səbəbindən 1,1 milyon nəfər təxliyə edilib

Tonqa sahilində güclü zəlzələ baş verib

Çexiya millisi son 14 ildə ilk dəfə xokkey üzrə dünya çempionu olub

Dohadan Dublinə uçan təyyarə hava boşluğuna düşüb, 12 nəfər yaralanıb

Türkiyə Prezidenti: Mersində baş verən qəza ilə bağlı aidiyyəti orqanlar dərhal lazımi araşdırmalara başlayıblar

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Qarabağ”ı yaxşı mübarizəyə görə təbrik edirəm

Bakıda havada tozun miqdarı normadan 3-3.5 dəfə artıqdır

Azərbaycan Prezidentinin Gürcüstanın Baş nazirinə təbriki gürcü mətbuatının diqqət mərkəzindədir

Fransanın Şri-Lankadakı səfiri Kolombodakı iqamətgahında ölü tapılıb

Futbol üzrə Azərbaycan çempionatının qalibi olan “Qarabağ” klubu mükafatlandırılıb

Qurban Qurbanov: Hər il stabilliyi qoruyub saxlamağımız böyük uğurdur

"Qalatasaray" XXIV dəfə Türkiyə çempionu olub

Türkiyədə ağır yol qəzası baş verib, çox sayda ölən və yaralanan var

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

Mehriban Ələkbərzadə: İlyas Əfəndiyevin dramaturgiyasında əvəzolunmaz iki meyar var

ADA Universitetində Müstəqillik Günü ilə bağlı sərgi və konsert təşkil edilib

Əfv Sərəncamının icrası Probasiya Xidmətində də təmin edilib

İlyas Əfəndiyevin 110 illiyi münasibətilə “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub

Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının sessiyasında təmsil olunur VİDEO

Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti davam edir

Xəbərdarlıq: Paytaxtda küləyin sürəti saniyədə 15-20 metrədək güclənəcək

Azərbaycanın və Gürcüstanın Müstəqillik günləri Rustavidə qeyd olunub

Premyer Liqa: “Turan Tovuz” son turda “Kəpəz”i məğlub edib

Qazaxın 4 kəndinin qaytarılması Azərbaycan Prezidentinin qətiyyətinin məntiqi nəticəsidir ŞƏRH

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Azərbaycanın ilk Marketinq Zirvəsi təşkil olunub

Naxçıvanda keçirilən imtahanlarda 2300-dən çox abituriyent iştirak edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İngiltərədə keçirilən beynəlxalq moda həftəsində Azərbaycanın milli geyimləri nümayiş etdirilib

Vəkilliyə qəbulla bağlı test imtahanında 139 nəfər uğur qazanıb

Turqay Hüseynov: Vəkil işləmək üçün təcrübə müddətinin üç ildən bir ilə qədər azaldılması gündəmdədir

“Jerusalem Post”: Vardanyan mənfəəti naminə istənilən addımı atan prinsipsiz biri olduğunu təsdiqləyib

Müstəqillik Günü münasibətilə Pretoriya şəhərində rəsmi qəbul təşkil olunub

Vəkillərin İxtisas Komissiyasının sədri: Əsas məqsədimiz hüquqşünaslarımızın peşəkar olmasıdır

Leysan yağışları Ermənistanda azı iki nəfərin həyatına son qoyub

IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçirilib

Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrası başa çatıb  YENİLƏNİB VİDEO

Kürün səviyyəsinin artması bəzi açıq sahələrdə suyun məcradan çıxmasına səbəb olub

Anar Bağırov: Əsas problemlərdən biri də dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənişin aşağı olmasıdır

Leysan yağışları Gürcüstanda ciddi problemlər yaradıb

Lefkoşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Ombudsman Səbinə Əliyeva Əfv Sərəncamının icrası prosesində iştirak edib