MÜƏLLİMLƏR ÜÇÜN SEMİNAR-TRENİNQ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında respublikamızın qərb bölgəsini əhatə edən 14 rayonun təhsil şöbələri müdirlərinin, texnikum, orta və texniki peşə məktəbləri rəhbərlərinin iştirakı ilə seminar-treninq keçirilmişdir.
Təhsil sistemində pedaqoji kadrların peşəkarlıq səviyyəsinin daha da artırılması və yerli təhsil ocaqlarında ixtisasartırmanın səmərəliliyinin yüksəldilməsi məsələlərinə həsr olunmuş seminar-treninqdə təhsil islahatları ilə bağlı bir çox məsələlər, o cümlədən ixtisasartırma kurslarından keçmiş müəllimlərin hesabatlarının dinlənilməsi, onların yenilikləri nə dərəcədə qavramaları vəziyyəti barədə fikir mübadiləsi aparılmışdır. Eyni zamanda bir sıra normativ sənədlərin hazırlanması zərurəti ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. 3 mərhələdə aparılan seminar-treninqdə yeni yanaşma metodları, təhsilin başlanğıcından son nəticəyə kimi dünyada tətbiq olunan qabaqcıl iş üsullarının əhəmiyyəti geniş müzakirə obyekti olmuşdur.
Seminar-treninqdə Təhsil Nazirliyinin baş məsləhətçisi Musa Əhmədov, Müəllimlər İnstitutunun şöbə müdiri Rahim Əzizov, institutun Gəncə filialının direktoru Ramız Məmmədov, Azərbaycan Təhsil Problemləri Mərkəzinin direktor müavini Ənvər Abbasov çıxış edərək müzakirə olunan mövzu ilə bağlı suallara aydınlıq gətirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]