Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müharibə dövründə Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinin bombalanması əmrinin Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən verilməsi məhkəmədə bir daha təsdiqlənib VİDEO

Bakı, 23 iyun, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 23-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Arayik Harutyunyan prokurorların suallarını cavablandırıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran A.Harutyunyan baş ofisi İrəvanda yerləşən Ermənistanın “Hayastan” ümumerməni fondunun (həmin fond 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb – red.) üzvü olduğunu, fondun bütün iclaslarında iştirak etdiyini deyib.

İddia edib ki, “Hayastan” fondu həm Ermənistanda, həm də qondarma rejimdə xeyriyyəçilik layihələri ilə məşğul olub. “Fond Qarabağda infrastruktur layihələri həyata keçirib. Məktəblərin və uşaq bağçalarının tikintisi, eləcə də digər xeyriyyəçilik layihələri ilə məşğul olurdu”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs bildirib ki, fond üçün vəsaitlər nağd qaydada toplanmayıb, bank vasitəsilə köçürmə edilib.

A.Harutyunyan deyib ki, fondun ayırdığı vəsaitlər hesabına işləri həyata keçirən podratçıların Ermənistandan, yaxud qondarma rejimdən olmasının fərqi olmayıb: “Tenderdə kim qalib gəlirdisə, işləri onlar icra edirdilər”.

Təqsirləndirilən şəxs Azərbaycanın vaxtilə işğalda olan suveren əraziləri ilə Ermənistan arasında əsas əlaqənin fondun vəsaiti hesabına çəkilən iki yolla (İrəvan-Gorus-Xankəndi və İrəvan-Basarkeçər-Xankəndi magistral yolları) olduğunu təsdiqləyib və əlavə edib: “Cənub istiqamətində də yollar mövcud idi, lakin bunlar əsasən torpaq yolları idi və onlardan elə də geniş istifadə olunmurdu. Əsas yollarda nəqliyyatın və yükdaşımaların həyata keçirilməsi ilə bağlı hər hansı qadağa yox idi. Lakin bəzi sahələr üzrə məhdudiyyətlər mövcud idi. Məsələn, meşə ağaclarının daşınması ilə bağlı məhdudiyyət tətbiq olunurdu. Sanitar sahələr üzrə nəzarət tədbirləri görülürdü, amma digər sahələr üzrə xüsusi məhdudiyyət yox idi”.

O, həmin yollarla hərbi texnikanın daşınmasına da hansısa məhdudiyyət olmadığını bildirib.

İkinci Qarabağ müharibəsi dövründə fondun vəsaitlərindən istifadə olunmadığını da iddia edən təqsirləndirilən şəxs deyib: “Müharibə dövründə və sonrakı günlərdə xeyli vəsait - təxminən 100 milyon ABŞ dollarından artıq pul yığılıb. Bunların hamısı ev tikintisi üçün toplanmışdı”.

A.Harutyunyan bildirib ki, 44 günlük müharibədən sonra həmin vəsaitlərlə bir neçə yaşayış məntəqəsinin tikintisinə başlanılıb, bir neçə asfalt yol çəkilib. Lakin evlərin tikintisi yarımçıq qalıb.

O, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinə Suriyadan və Livandan gətirilən şəxslərin qanunsuz məskunlaşdırıldığını da təsdiqləyib.

Əlavə edib ki, Azərbaycanla sərhədyanı bölgələrdə – Ermənistanın Gorus, Qafan rayonlarında yaşayan Ermənistan vətəndaşlarının bir qismi həmin vaxt işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonlarına gələrək orada qanunsuz məskunlaşıblar: “Çünki həmin ərazilərdə xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmək üçün böyük imkanlar mövcud idi. Köçürülən şəxslər əsasən kənd təsərrüfatı işləri ilə məşğul olurdular. Siz Sünik rayonunun coğrafiyasını bilirsiniz. Orada kənd təsərrüfatı aparmaq üçün geniş imkanlar yoxdur. Zəngilan, Qubadlı və Laçın rayonlarında isə bu sahədə imkanlar daha çox idi”.

A.Harutyunyan qanunsuz məskunlaşmaq üçün digər ölkələrdən gələnlərlə müqayisədə Ermənistandan gələnlərin xüsusi təşviq edilmədiyini söyləyib: “Biz onlara mane olmurduq. Onlar harada yaşamaq və nə ilə məşğul olmaq istədiklərini özləri seçirdilər”.

O, Laçın və Kəlbəcər rayonunda erməni milliyyətindən olan şəxslərin sonradan qanunsuz məskunlaşdırıldığını təsdiqləyib: “Bu, sonradan olub. Əvvəllər Laçın rayonunda ermənilər yaşamayıb. Mənim bildiyimə görə Kəlbəcər rayonunda da eyni vəziyyət olub”.

A.Harutyunyan Cəbrayıl rayonunda təxminən 30 evdən ibarət “Araçamux” adlı yaşayış məntəqəsinin salındığını da deyib: “Bu evlərin tikintisi “Tüfingiyan” fondu tərəfindən maliyyələşdirilmişdi. Zabuxdakı evləri “Ari” fondu tikdirmişdi”.

O, Kəlbəcərdə “Sidney” adlı yaşayış məntəqəsinin təşkil edildiyini, 25-dək evin tikintisini Avstraliyadakı erməni icmasının maliyyələşdirdiyini də söyləyib.

A.Harutyunyan qondarma rejimin büdcəsinin formalaşdırılması məqsədilə hər il Ermənistan büdcəsindən “faizsiz kredit” adı ilə vəsait ayrıldığını, lakin rejimin “ordusu”nun maliyyələşdirilməsində özlərinin rolunun olmadığını söyləyib: “Ordu” ayrıca maliyyələşdirilirdi (Ermənistan tərəfindən – red.). Biz “ordu” məsələlərində iştirak etmirdik”.

A.Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “bank sistemi” barədə də prokurorun suallarını cavablandırıb. O, özü də vaxtilə qondarma rejimdə fəaliyyət göstərən bank filiallarında çalışdığını bildirib. A.Harutyunyan qondarma rejimin əsas “bankı” kimi təqdim olunan “Artsaxbank”ın Ermənistan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçirilən bank olduğunu söyləyib. Bildirib ki, həmin bankın qeydiyyat yeri Ermənistan paytaxtı olub. Əlavə edib ki, həmin banka lisenziyanı Ermənistanın Mərkəzi Bankı vermişdi. Lakin baş filialı həmin vaxt işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərib. Həmin bankın Azərbaycanın vaxtilə işğal altında olan digər ərazilərinin mərkəzi yerlərində də filialları olub. “O bankın Ermənistanın digər bankları ilə müqayisədə heç bir üstünlüyü, imtiyazı yox idi. Bankda uçot dərəcəsini də Ermənistan Mərkəzi Bankı müəyyənləşdirirdi”, - deyə A.Harutyunyan əlavə edib.

Bundan başqa, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın digər banklarının da filialları fəaliyyət göstərib. A.Harutyunyan filialların zərərlə işlədiyini də söyləyib.

Ardınca A.Harutyunyana Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev tərəfindən Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərdə qanunsuz fəaliyyət göstərmiş “Frank Muller Group”, “Vallex Group”, “Zolotaya Zvezda” və “Vallex Group”un tərkibindəki “Base Metals” şirkəti ilə bağlı suallar verilib. A.Harutyunyan həmin şirkətlərin 2008-ci ildən sonra fəaliyyət göstərdiyini bildirib. Təqsirləndirilən şəxs deyib: “Base Metals” şirkəti dağ-mədən sahəsində fəaliyyət göstərirdi. Onların fəaliyyəti əsasən “Drombon” (Heyvalı – red.) qızıl yatağının istismarı ilə bağlı 2008–2013-cü illəri əhatə edirdi”.

“Base Metals”ın Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən ən böyük şirkət olduğunu söyləyən təqsirləndirilən şəxs əlavə edib: “Təxminən 1500 işçisi var idi. Şirkət tərəfindən 25-30 milyon dollar vergi ödənilmişdi. Şirkətin direktoru Artur Mkrtumyan, sahibi isə Valeriy Mejlumyan idi”.

A.Harutyunyan Zəngilan rayonundakı Vejnəli qızıl yatağına “Zolotaya Zvezda” şirkətinin 30 milyon dollardan çox investisiya yatırdığını, lakin layihənin uğursuz olduğunu söyləyib.

Təqsirləndirilən şəxs “Karabax Telekom”la bağlı suallara cavabında şirkətin sahibinin Livan vətəndaşı olduğunu, şirkətin 2001-2002-ci illərdən 2023-cü ilədək fəaliyyət göstərdiyini, 2008-ci ildən hər il orta hesabla 4-5 milyon dollar vergi ödədiyini deyib. Onun sözlərinə görə, bu şirkət qondarma rejimin ikinci ən böyük vergiödəyicisi olub.

Məhkəmənin davamında A.Harutyunyanın qondarma rejimin “rəhbəri” olduğu vaxtla bağlı sənədlər tədqiq edilib, ona bu istiqamətdə suallar ünvanlanıb. Sənədlərin birində o, 2020-ci ildə baş vermiş müharibə zamanı Azərbaycan tanklarını yararsız vəziyyətə gətirmiş hərbçiləri “təltif etdiyini” iddia edib.

Digər sənədə əsasən, A.Harutyunyan onun tapşırığı ilə Gəncə şəhərinə zərbələr endirildiyini söyləyir.

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs Gəncə şəhərinin bombalanması barədə əmr vermədiyini bildirib: “Elə bir səlahiyyətim olmayıb”.

O xatırladıb ki, qondarma rejimin “ordusu” Ermənistan Respublikası silahlı qüvvələrinin silahlı birləşməsidir: “Müstəqil hərəkət etmək səlahiyyəti olmayıb. Həmin birləşmənin bizə tabe olmaq, bizim təlimatları həyata keçirmək hüququ yox idi”.

A.Harutyunyan, ümumiyyətlə, qondarma rejimin “ordusu”nun arsenalında dağıdıcı silahların (“Smerç”, “Toçka U” və sair – red.) olmadığını da deyib: “Hansı bölmələrin və konkret kimin əli ilə həyata keçirilməsi barədə məlumatım olmayıb. Neft kəmərlərinin bombalanması haqqında isə mən burada eşitmişəm”.

Məhkəmədə “Azərbaycan Hava Yolları” QSC-dən və digər əlaqədar qurumlardan daxil olmuş, təyyarələrin uçuşuna maneə törədilməsinə, habelə Xankəndidə və Xocalıda içərisində siqnalları qarışdırmaq üçün avadanlıq, PUA-ların siqnallarının vurulması sistemi və s. olan avtomobillərin aşkarlanması, onların ekspertizadan keçirilməsinə dair protokollar tədqiq edilib.

Baş Prokurorluğun dövlət ittihamçısı Vüsal Abdullayev A.Harutyunyana Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra həmin torpaqlarda tikinti-quruculuq işləri zamanı kütləvi məzarlıqların aşkarlanmasını xatırladıb və ona bu istiqamətdə suallar ünvanlayıb.

O isə işğal dövründə Ermənistan və qondarma rejim tərəfindən həyata keçirilən tikinti işləri zamanı kütləvi məzarlıqların aşkarlanmamasının səbəbini belə “izah” edib: “Bizim gördüyümüz bütün quruculuq işləri Azərbaycanın indi etdiyinin bir neçə faizini təşkil edib. Ona görə tapmamışıq…”.

Təqsirləndirilən şəxs 44 günlük müharibə dövründə Ermənistanın baş nazirinin müavinlərinin, nazirlərinin, deputatlarının həmin vaxt Azərbaycanın işğal altında olan ərazilərinə gəldiyini təsdiqləyib və onlardan bir neçəsinin adını çəkib. Bildirib ki, bu şəxslər Ararat Mirzoyan, Suren Papikyan (Ermənistanın indiki müdafiə naziri – red.) və digərləridir.

Məhkəmə prosesi iyunun 30-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Müharibə dövründə Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinin bombalanması əmrinin Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən verilməsi məhkəmədə bir daha təsdiqlənib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bənzərsiz sənət əsərləri yaradan tanınmış heykəltəraş - Cəlal Qaryağdı

Yaxın Şərqdə Azərbaycanın artan rolu: Bakıdan Dəməşqə strateji mesaj – ŞƏRH

Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Filippin sahilində güclü zəlzələ baş verib

Çin “Tiencou-9” yük gəmisini orbitə göndərib

Süni intellekt qədim “Babil himni”nin itmiş mətnini üzə çıxarıb

Yeni yanaşma günəş batareyalarının səmərəliyini artırır - TƏDQİQAT

Xərçəngin immunoterapiyasının təsirini gücləndirən bağırsaq mikrobları aşkarlanıb

Araşdırma: Antibiotiklərə erkən məruz qalma körpələrin immun sistemini zəiflədir

Türkiyə və Oman enerji sahəsində əməkdaşlıq barədə razılığa gəlib

Populyar şəkər əvəzedicisi insult və qan laxtalanması riskini artıra bilər - TƏDQİQAT

Avropalı liderlər Donald Trampın Rusiyaya qarşı sərt mövqe tutmasını alqışlayıblar

İtaliyanın Sardiniya adasında 20 meşə yanğını baş verib

Zelenski Tramp və Rütte ilə Ukraynaya dəstək məsələlərini müzakirə edib

Xaçmazda “KamAZ” hasara çırpılıb, sürücü ölüb

ABŞ ilk mərhələdə NATO ölkələrinə 10 milyard dollar dəyərində silah satacaq

MEK cari ilin ilk yarımilində dövlətçiliyə dair daxil olan nəşrlərin virtual sərgisini təqdim edir

Qazaxda Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub

Tbilisidə “Vağzal meydanı”nda bina uçub, ölən var

Ukrayna Prezidenti Denis Şmıqalı müdafiə naziri vəzifəsinə irəli sürüb

Yuliya Sviridenko Ukraynanın formalaşacaq yeni hökumətinin əsas vəzifələrini açıqlayıb

Azərbaycan millisinin futbolçusu “Fənərbağça”ya keçib

Tramp: ABŞ Kiyevi Avropanın ödədiyi böyük həcmdə silahla təmin edəcək

“Milan” Luka Modriçin transferini açıqlayıb

Klublararası dünya çempionatına qatılan komandalar nə qədər qazanc əldə edib?

İtaliyanın “RAI” telekanalı Azərbaycandan reportaj yayımlayıb

Ermənistan silahlı qüvvələrinin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirilib

Avropa İttifaqı ABŞ məhsullarına qarşı yeni rüsumların siyahısını hazırlayır

London yaxınlığındakı təyyarə qəzasında dörd xarici vətəndaş həlak olub

Tramp Rusiyanı yüksək tariflərlə təhdid edib

Türkiyə və İran arasında regional təhlükəsizlik və müdafiə məsələləri müzakirə edilib

Tramp Ukraynaya silah tədarükü ilə bağlı NATO ilə razılaşdığını açıqlayıb

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

ADA Universitetinin Qazax Mərkəzində Yusif Səmədoğlunun 90 illiyi ilə əlaqədar konfrans keçirilib VİDEO

ADA Universitetinin Qazax Mərkəzində Yusif Səmədoğlunun 90 illiyi ilə əlaqədar konfrans keçirilib VİDEO

Milli mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib

Çinlə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib

Rəşad Məcid: “150 illik Azərbaycan mətbuatı” biblioqrafik məlumat kitabının hazırlanması üçün işçi qrupu yaradılacaq

® “AccessBank” 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb YENİLƏNİB

® “Kapital Bank” 2025-ci ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan edib

Naxçıvanda media nümayəndələri arasında şahmat birinciliyi keçirilib

“Air İndia”nın rəhbəri: Qəzaya uğrayan təyyarədə texniki nasazlıq aşkarlanmayıb

Gürcü siyasətçilər: Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Qafqazın sülh və əməkdaşlığına töhfə verən böyük dövlət xadimidir

Böyük Britaniyanın bəzi bölgələrində quraqlıqla bağlı sudan istifadəyə məhdudiyyət tətbiq edilir

“Məktəbəqədər təhsil haqqında” Qanunda dəyişiklik VİDEO

“Məktəbəqədər təhsil haqqında” Qanunda dəyişiklik VİDEO

Gürcüstanda bəzi cinayət əməllərini törətmiş xarici ölkə vətəndaşları deportasiya olunacaqlar

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

İngiltərə millisinin sabiq futbolçusu altıncı liqa klubuna keçib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nda dəyişiklik edilməsi və “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 357 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ildönümü qeyd olunub

Zebra balıqları eşitmə qabiliyyətinin bərpasında genetik mexanizmi aşkarlamağa kömək edib

Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib

“Fənərbağça” sloveniyalı futbolçusu ilə vidalaşır

DOST könüllüləri üçün məişət zorakılığı ilə mübarizəyə dair təlim keçirilib

Xabarovskda yoxa çıxan helikopterin axtarışı dayandırılıb

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimat mərasimi olub

İcbari Sığorta Bürosu yeni ünvanda fəaliyyət göstərir

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib

® “Rabitəbank” 2025-ci ilin II rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə TəhsilPlus kartına dair müzakirə görüşü keçirilib

Qəbələnin hotel və mehmanxanaları altı ayda 42 mindən çox turistə xidmət göstərib

Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Nyu-Yorkda Marsın nəhəng parçası hərraca çıxarılıb

® “Unibank” 2025-ci ilin birinci yarımilinin maliyyə nəticələrini açıqlayıb

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin iyulun 17-dək davam edəcəyi gözlənilir

“Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupu”nun ilk iclası keçirilib

Araz çayında batan yeniyetmənin cəsədi tapılıb – YENİLƏNİB  VİDEO

Araz çayında batan yeniyetmənin cəsədi tapılıb – YENİLƏNİB VİDEO

Klublararası dünya çempionatının rəmzi komandası açıqlanıb

Berlində 15 xəstəni öldürməkdə təqsirləndirilən palliativ xidmət həkimi ilə bağlı məhkəmə prosesi başlayıb

® HONOR Azərbaycanda ilk rəsmi brend mağazasını açdı

SOCAR ilə Suriya hökuməti arasında imzalanan saziş Azərbaycanın Yaxın Şərqdə enerji siyasətində yeni mərhələ olacaq - Ekspert

Ədəbiyyat İnstitutu milli mətbuatın150 illiyini Xaçmazda qeyd edib

Sovet dövrü Azərbaycan ədəbiyyatını əhatə edən fundamental nəşr

Meksikada ilk Mayya hökmdarının sərdabəsi tapılıb

Deputat: 1969-cu ildə başlanan yol Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinə gətirib çıxarıb - ŞƏRH

Azərbaycan klubu futbolçusu ilə yollarını ayırıb

Fransalı siyasətçi: Emmanuel Makron ölkədə ona nə qədər nifrət edildiyini anlamır

Böyük Qayıdış: Xocalının Xanyurdu kəndinin sakinlərinə evlərinin açarları verilib –YENİLƏNİB FOTO  VİDEO

Böyük Qayıdış: Xocalının Xanyurdu kəndinin sakinlərinə evlərinin açarları verilib –YENİLƏNİB FOTO VİDEO

“Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub

Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbuluna başlanılır

Pakistanda avtobus qəzası nəticəsində 6 nəfər həlak olub, 40 nəfər isə yaralanıb

Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır- SƏRƏNCAM

“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ukrayna Prezidenti Yuliya Sviridenkoya hökumətə başçılıq etməyi təklif edib

İstilik təchizatı haqqında
Azərbaycan Respublikasının Qanunu

Xocalı sakini: Şəhidlərimizin qanı tökülən torpaqlara gül-çiçək əkəcəyik VİDEO

Xocalı sakini: Şəhidlərimizin qanı tökülən torpaqlara gül-çiçək əkəcəyik VİDEO

Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Sumqayıtda suyu çirkləndirən quşçuluq fabrikinə qarşı inzibati icraata başlanılıb VİDEO

Sumqayıtda suyu çirkləndirən quşçuluq fabrikinə qarşı inzibati icraata başlanılıb VİDEO

Gürcüstanın daha bir müxalifət partiyası seçkilərdə iştirak edəcək

® “AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olunub

Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Dövlət orqanlarında ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

“Səyahət bağları” kitabının II hissəsinin III cildi çapdan çıxıb

Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb

İtaliya rəsmisi: Ticarət müharibəsində Avropa öz maraqlarını qorumalıdır

® “Expressbank”ın faiz gəlirləri 28 faiz artıb

Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib