Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Multikulturalizm məktəbləri xarici tələbələrə Azərbaycanın multikulturalizm modelini yaxından tanımaq imkanı yaradan unikal platformadır - ŞƏRH

Multikulturalizm məktəbləri xarici tələbələrə Azərbaycanın multikulturalizm modelini yaxından tanımaq imkanı yaradan unikal platformadır - ŞƏRH

Bakı, 11 mart, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Məktəbi (BBMM) yarandığı gündən bəri Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq aləmdə təbliği və təşviqi ilə bağlı bir sıra layihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət daşıyan layihələrindən biri də artıq ənənəyə çevrilən və mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm məktəbləridir. Bu, BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Nəzərə alsaq ki, ötən 10 il ərzində Azərbaycan multikulturalizmi fənni ölkəmizin 40-dan çox ali təhsil ocağında, dünyada isə 28 universitetdə tədris olunub, bu gün dünyada ölkəmizin yüzlərlə gənc dostunun olduğunu deyə bilərik. Onlar Beynəlxalq Multikulturalizm məktəblərində iştirak ediblər və Azərbaycandakı tolerant, multikultural mühitin şahidi olublar. Beynəlxalq Multikulturalizm Məktəbi müxtəlif ölkələrdən olan tələbələrə Azərbaycanın multikulturalizm modelini daha yaxından tanımaq və onu dünyada təbliğ etmək imkanı yaradan unikal platformadır. Bu proqram çərçivəsində iştirakçılar Azərbaycan cəmiyyətində multikultural dəyərlərin necə qorunduğunu və inkişaf etdirildiyini öyrənirlər. Bu məktəbin iştirakçıları öz ölkələrində multikulturalizmin təbliğatçıları kimi çıxış edərək, həm Azərbaycan modelini təqdim edir, həm də qlobal multikultural mühitin inkişafına töhfə verirlər. Onlar dilindən, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, bir məqsəd - multikultural dəyərləri öyrənmək, təbliğ etmək və qlobal mədəni dialoqu gücləndirmək üçün bir araya gəlirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov söyləyib.

“Tolerantlıq, multikulturalizm anlayışı qlobal məsələdir. Çünki hazırda dinlər, cəmiyyətlər arasında bir sıra münaqişələr mövcuddur. Biz gələcək nəsil olaraq bu münaqişələrin qarşısını almaq üçün birgə fəaliyyət göstərməliyik. Bunun üçün də Beynəlxalq Multikulturalizm Məktəbi kimi tədbirlər çox gözəl imkanlar yaradır. Düşünürəm ki, kiçik işlərdən başlayıb dünyada gedən böyük proseslərə təsir edə, münaqişələrdən, müharibələrdən uzaq ola bilərik. Biz gələcək nəslin nümayəndələri olaraq multikultural dəyərlərin qorunması üçün əlimizdən gələni etməliyik”. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” mövzusunda XVI Beynəlxalq Multikulturalizm Məktəbinin Braziliyadan olan iştirakçısı Ana Luizaya aid bu fikirlər bizim gördüyümüz işlərin uğurunun göstəricisidir. Əgər biz Azərbaycan multikulturalizmini öyrənən tələbələrdə bu fikirləri formalaşdıra bilmişiksə, demək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ötən 10 il ərzində gənclərlə iş istiqamətində mühüm addımlar ata bilib”, - deyə icraçı direktor diqqətə çatdırıb.

O bildirib ki, martın 3-dən 10-dək davam edən XVI Beynəlxalq Multikulturalizm Məktəbində 21 ölkədən 25 tələbə iştirak edib və onlara Azərbaycandakı multikultural mühit, tolerant əhvali-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yaşaması haqqında ətraflı məlumat verilib. Məktəb müddətində iştirakçılar üçün mühazirələr, seminarlar və “Azərbaycanda dini müxtəliflik və ənənəvi birgəyaşayış”, “Azərbaycan cəmiyyətinin formalaşmasında multikulturalizm faktoru”, “Müxtəliflik və Konstitusiya - Azərbaycanda multikultural cəmiyyətin inkişafının aspektləri” mövzularında mühazirələr müzakirələr təşkil olunub.

“Bu mövzular Azərbaycanda multikulturalizm və dini müxtəliflik kontekstində çox vacib məsələləri əhatə edir. Mühazirələri dinləyən xarici tələbələr Azərbaycanda fərqli dinlərin və etnik qrupların tarixən sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, dini tolerantlıq ənənələri, dövlətin din siyasəti və multikulturalizm modeli haqqında ətraflı məlumat aldılar. Azərbaycan cəmiyyətinin formalaşmasında multikulturalizm faktorunun mühüm rolu, müxtəlif etnik və dini qrupların Azərbaycan cəmiyyətinin sosial və mədəni inkişafına verdiyi töhfələr, multikultural dəyərlər, birgəyaşayış prinsipləri və onların sosial inteqrasiyadakı önəmi haqda müzakirələr apardılar. Hüquqi çərçivəsində dövlətin multikulturalizm siyasəti və qanunvericiliyin müxtəlif etnik və dini qrupların hüquqlarının qorunması ilə bağlı verdiyi üstünlükləri öyrəndilər”, - deyə Rəvan Həsənov vurğulayıb.

Onun sözlərinə görə, məktəb çərçivəsində təşkil olunan “Öz xalqını təqdim et” musiqili axşamlarda iştirakçılar öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat verirlər. Bu yanaşma, müxtəlif xalqlar arasında dialoqu gücləndirərək, etimad və qarşılıqlı hörmət mühitinin formalaşmasına kömək edir. Layihələr çərçivəsində iştirakçıların Azərbaycanın müxtəlif bölgələrinə səfərlərinin təşkil olunuması onların ölkənin zəngin tarixi, mədəni irsi və multikultural ənənələri ilə yaxından tanış olmalarına şərait yaradır.

“Məsələn, bu səfərlərdən biri Azərbaycanın etnik müxtəlifliyi ilə seçilən Quba və Qusar rayonlarında təşkil olundu. Burada İştirakçılar Quba Soyqırımı Memorial Kompleksi, Qırmızı qəsəbə, Dağ Yəhudiləri Muzeyi ilə tanış oldular, “Giləki” sinaqoqunu ziyarət etdilər. Şahdağ Qış-Yay Turizm Kompleksinə ekskursiya təşkil olundu. Quba və Qusara səfər iştirakçılara Azərbaycanın multikultural ənənələrini və dini-etnik müxtəlifliyini daha yaxından öyrənmək imkanı verdi, onlar multikultural dəyərlərin real həyatdakı təcəssümünü gördülər. Həmçinin Heydər məscidində, Rus Pravoslav Kilsəsində, Müqəddəs Məryəm Katolik kilsəsində, Tolerantlıq Evində oldular. Onlar ölkədə islam, xristianlıq və yəhudiliyin yanaşı sülh içində mövcud olduğunun, müxtəlif konfessiyaların nümayəndələrinin bir-biri ilə qarşılıqlı hörmət əsasında yaşadıqlarının şahidi oldular.

Məktəb iştirakçılarının xoş təəssüratlarına əsaslanaraq deyə bilərik ki, növbəti Beynəlxalq Multikulturalizm Məktəbini uğurla başa çatdırdıq. Beynəlxalq Multikulturalizm Məktəbi iştirakçıları Azərbaycanın multikulturalizm siyasətinin müxtəlif aspektlərini öyrəndilər. Tədbir boyunca təqdim edilən məruzələr, seminarlar və müzakirələr, Azərbaycanın etnik və dini müxtəliflik içində necə bir arada yaşadığını, bu dəyərlərin gündəlik həyatın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq etdi”, - deyə icraçı direktor əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya, Çin və Cənubi Koreya XİN rəhbərləri doğumun azalmasını müzakirə edəcək

Araşdırma: Kərə yağı istehlakı ölüm riskini artıra bilər

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

ABŞ-da güclü qasırğa nəticəsində ölənlərin sayı 28-ə çatıb

Fransa, İtaliya və Böyük Britaniya 218 “Aster” zenit-raket kompleksi sifariş edib

Papa Fransiskin səhhəti yaxşılaşır

Açıq mənbəli süni intellekt çətin tibbi diaqnostikada qapalı modellərlə rəqabət aparır - TƏDQİQAT

Belqraddakı aksiyada 107 minədək insan iştirak edib

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

İtaliyada əlverişsiz hava şəraitinə görə 14 bələdiyyə ilə əlaqə kəsilib

Ali Məclisin deputatı: Qlobal Bakı Forumu Azərbaycanın qlobal siyasətdə artan rolunun göstəricisidir

Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb

Azərbaycanlı tələbələr Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsinə başlayıblar

“Karyerada Biz Forumu-2025” yekunlaşıb

Tramp ABŞ ordusuna husilərə qarşı genişmiqyaslı əməliyyat başlatmağı əmr edib

Azərbaycan cüdoçusu Avropa Kubokunun qalibi olub

İtaliya A Seriyası: “Milan” doğma meydanda üç xal qazanıb

İtaliyada yenidən zəlzələ olub, 100 nəfər təxliyə edilib

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin birinci mərhələsi üzrə test imtahanları olub

Misli Premyer Liqası: Bu gün keçirilən iki oyun heç-heçə ilə yekunlaşıb

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

UNESCO: Azərbaycan rəhbərliyinin mədəniyyət və iqlim dəyişikliyi təşəbbüsünü yüksək qiymətləndiririk

Bundesliqanın 26-cı turunda “Bavariya” səfərdə “Union Berlin”in qonağı olub

UNESCO: Qədim insan məskənlərinin zəngin artefaktları münaqişələr zamanı qanunsuz ticarətə və talançılığa məruz qalır

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Böyük Britaniya Ukrayna ilə bağlı virtual sammitə ev sahibliyi edib

Gədəbəy rayonunun Qızılca meşəbəyliyində yanğın olub

İƏT-in Mədəniyyət İnstitutunun prezidenti Azərbaycan Milli Kitabxanasında olub

CNN Türk”: Blokadada olan Ermənistan əhalisinin sayı azalan və inkişaf etməyən ölkədir

Biləsuvarlı şagirdlər "Sabahın alimləri" müsabiqəsində qızıl medalla təltif olunublar

Lənkəranda “Novruz - milli birlik bayramı" adlı tədbir təşkil olunub

XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb

Muxtar respublikada "Müəllimlərin Riyaziyyat müsabiqəsi" keçirilib

Azərbaycan millisi Bolqarıstana qalib gəlib

Azərbaycan Qlobal Bakı Forumu vasitəsilə çox neytral dialoq mühiti yaradıb - ŞƏRH

Bu il Naxçıvanda 120 minə yaxın ting əkiləcək

Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər - YENİLƏNİB VİDEO

Bugünkü iməcilikdə Bakının 551 küçəsi yuyulub

“Çelsi” daha bir transfer edib

Azərbaycan və İƏT ölkələri arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Praqa Kiyev ilə Moskva arasında atəşkəs səylərini dəstəkləyib

İspaniyalı baş məşqçi: Oyunu ilk 10 dəqiqədə uduzduq

XII Qlobal Bakı Forumu: “Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclas keçirilib

Naxçıvanda Nəsrəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının şəhər-rayon mərhələsi keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər

Avropa komissarı: Trans-Xəzər dəhlizi Asiyadan Avropaya yükdaşımaların müddətini 15 günə qədər azaldacaq

“Barselona”nın baş məşqçisi: Qavi gələcəkdə komandanın ulduzlarından birinə çevriləcək

"Euronews" Azərbaycanın sənaye zonaları barədə video yayımlayıb VİDEO

İsmail Serageldin: Bu gün teletibb və süni intellektlə əvvəllər mümkün olmayan rabitə şəbəkələrinə çatmaq imkanımız var

Zelenski: Ukrayna özünün istehsal etdiyi uzaqmənzilli raketini uğurla sınaqdan keçirib

Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə həlledici mərhələyə vəsiqə qazanıb

Ağstafada minə yaxın sərv ağacı əkilib

Teymur Musayev: Saxta sertifikatlı plastik cərrahlarla bağlı yaradılmış təftiş komissiyası apreldə rəsmi açıqlama verəcək VİDEO

“Gəncə” basketbol komandasının baş məşqçisi: Çox çətin dövrdən keçirik

Türkiyə XİN: İslamofobiya qlobal sülh və ictimai harmoniya üçün ciddi təhlükədir

Hacıqabulda evdə yanğın baş verib VİDEO

Viktor Orban: Bizə keçmişdə qaldığımızı dedilər, amma sizə bildirirəm ki, gələcək bizimdir

Nazir: Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur VİDEO

Basketbol üzrə Azərbaycan çempionatında növbəti oyun keçirilib

Azərbaycanın taekvondo hakimi Qazaxıstanda turnirin ən yaxşısı seçilib

İdman və xidmət ixtisasları üzrə işçi qrupun növbəti iclası keçirilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə etiraz məktubu ünvanlayıb

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumunda aparılan müzakirələr dünyanın düzgün istiqamətdə inkişafı üçün əvəzolunmazdır

İğdır valisi Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafına töhfəsinə görə mükafatlandırılıb

İsrailin sabiq Prezidenti: Qlobal səhiyyə problemlərinin Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir

Heydər Əliyev Mərkəzində qədim insan məskənlərinin mühafizəsinə dair beynəlxalq konfrans təşkil olunub

Azərbaycan paralimpiyaçısı bu gün beynəlxalq turnirdə iştirak edəcək

Nazir: Səhiyyə sənayesi texnoloji irəliləyişlərin və fərdiləşdirilmiş tibbin birləşməsi ilə formalaşacaq VİDEO

Maliyyə naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

Azərbaycanın U-21 millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb

Beynəlxalq Akademiya Yaqub Mahmudov haqqında kitab nəşr etdirib

Ançelotti sıx oyun qrafikindən şikayətlənib

Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb

Latviyada Novruz bayramı qeyd olunub

Bakı-Ələt magistral yolunda yük maşını yanıb

BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin nümayəndəsi: Bakı Forumu qlobal problemlərin həlli üçün yeni perspektivlər təqdim edir

Azərbaycan Qazaxıstanda mülki müdafiə üzrə beynəlxalq tədbirdə təmsil olunub

Belqradda minlərlə insanın iştirakı ilə aksiya keçirilir

“Erkən müayinə can qurtarır” adlı tibbi aksiyanın növbəti ünvanı Sabirabad olub VİDEO

Temperatur 10-15 dərəcə enəcək – XƏBƏRDARLIQ

Qlobal Bakı Forumu Azərbaycanın imkanlarını dünyaya çatdıran unikal platformadır ŞƏRH

“Milliyet” qəzeti: Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların başa çatması uzun yolun başlanğıcıdır

Qaradağ rayonunda əməliyyat zamanı 3 kiloqram narkotik vasitə aşkarlanıb

İtaliya sahillərində 4,7 bal gücündə zəlzələ olub

Bəzi yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar FHN əhaliyə müraciət edib

Qlobal Bakı Forumu: Qadınların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var - YENİLƏNİB VİDEO

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Dendrologiya İnstitutu Azərbaycan Tibb Universitetində ağacəkmə aksiyası keçirib

İtaliyada əlverişsiz hava şəraitinə görə 248 nəfər təxliyə olunub

Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Bakıda növbəti ağacəkmə aksiyası və iməcilik keçirilib

Milli Kitabxanada “Xalq yazıçısı Süleyman Rəhimov–125” adlı virtual sərgi və ənənəvi kitab sərgisi təqdim edilib

Vayra Vike-Frayberqa: İqlimlə bağlı maarifləndirmə kampaniyaları daha geniş və intensiv olmalıdır VİDEO

Bərdədə yaşayış binasının eyvanı uçub, bir nəfər dağıntılar altında qalıb VİDEO

Əvvəllər məhkum olunmuş şəxslərdən narkotik vasitələr və psixotrop tərkibli həblər aşkarlanıb

Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar” adlı panel iclas keçirilib - YENİLƏNİB VİDEO

Real TV-nin 7 yaşı tamam olur

Azərbaycanın U-17 millisi seçmə mərhələdə ikinci oyununa çıxır

Martın 15-də İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü qeyd olunur