MÜQAYİSƏLİ ƏDƏBİYYATŞÜNASLIĞA HƏSR EDİLMİŞ KONFRANS ÖZ İŞİNİ BAŞA ÇATDIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 22-də Bakı Slavyan Universitetində “Müqayisəli ədəbiyyatşünaslıq: ədəbiyyatlarda və mədəniyyətlərdə stereotiplər” mövzusunda III Beynəlxalq konfrans seksiyalar üzrə işini davam etdirmişdir.
Etnik stereotiplər və ədəbiyyatda etnos imicinin formalaşması; stereotiplər, miflər və mədəni əlaqələr: Fransa və Şərq, qarşılıqlı baxışlar; gender stereotipləri və başqa məsələlər müzakirə edilmişdir.
Məruzələrdə qeyd edilmişdir ki, Azərbaycan müstəqillik əldə edəndən sonra qloballaşma dövründə söhbət istər predmet aspektində, istərsə də dünya elminə inteqrasiyada müqayisəli ədəbiyyatşünaslığın yenidən qurulması haqqında getməlidir.
Regional ədəbiyyatlar sahəsində tədqiqatlar, ikidilli ədəbiyyatların milli eyniləşdirilməsi, mifoloji poetika sahəsində tədqiqatlar daha böyük maraqla qarşılanmışdır.
Qeyd edilmişdir ki, konfransda müzakirə edilən elmi məruzələr Azərbaycan filoloji təfəkkürünün zənginləşməsi üçün əlavə stimul olacaqdır.
Elə həmin gün konfrans öz işini tamamlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]