İQTİSADİYYAT
Murat Nurtleu: Son 5 ildə Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi təxminən beş dəfə artıb

Astana, 11 mart, AZƏRTAC
Son 5 ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi təxminən beş dəfə artaraq ötən il 533 milyon ABŞ dollarına çatıb (2020-ci ildə – 109,2 milyon).
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Astanada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə aparılan danışıqlardan sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.
“İki ölkənin iqtisadi potensialını nəzərə alaraq, bu göstəricini 1 milyard dollara çatdırmaq niyyətindəyik”, - deyə nazir əlavə edib.
Qazaxıstanın Azərbaycana taxıl ixracını artırmağa hazır olduğunu söyləyən Murat Nurtleu qeyd edib ki, bu məqsədə çatmaq istiqamətində Bakı taxıl terminalının imkanlarından geniş istifadə etmək üçün böyük potensial var.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana