Müsabiqənin qalibi olmuş layihələrin rəhbərləri ilə görüş keçiriləcəkdir
Bakı, 8 sentyabr (AZƏRTAC). Sentyabrın 12-də “Hyatt Regency” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) 2011-ci ilin 1-ci müsabiqəsinin qalib layihə rəhbərləri ilə görüş keçiriləcəkdir.
Elmin İnkişafı Fondunun icraçı direksiyasından AZƏRTAC-a bildirmişlər ki, seminar xarakterli bu görüşdə qrant layihələrinin idarə olunması, layihələrin hüquqi qeydiyyatı və maliyyələşdirilməsinin həyata keçirilməsi üçün müvafiq sənədlər toplusunun hazırlanması, EİF ilə layihə rəhbərləri arasında bağlanacaq müqavilənin şərtləri, maliyyə-hesabat məsələlərinin optimal həlli üzrə məsləhət və tövsiyələr veriləcək, suallar cavablandırılacaqdır.
Tədbirdə əvvəlki müsabiqələr üzrə iki layihə ilə bağlı təqdimat da keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]