Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Müşavir: Sahibkarlığın regional inkişafının səviyyəsi ölkənin mövcud potensialına uyğunlaşmalıdır - MÜSAHİBƏ

Müşavir: Sahibkarlığın regional inkişafının səviyyəsi ölkənin mövcud potensialına uyğunlaşmalıdır -  MÜSAHİBƏ

Bakı, 8 iyun, Ramiz Quliyev, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) prezidentinin müşaviri, tarix üzrə fəlsəfə doktoru Ziya Hacılı ölkəmizdə sahibkarlığın inkişafı, işğaldan azad edilmiş ərazilərin bərpasında fəaliyyət göstərən sahibkarlara dəstək və digər aktual məsələlərlə bağlı AZƏRTAC-a müsahibə verib.

- Ziya müəllim, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün bu günə qədər hansı mühüm addımlar atılıb?

- Qeyd etmək lazımdır ki, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına dair aydın dövlət siyasəti mövcuddur və onun realizasiyası istiqamətində indiyə qədər mühüm işlər görülüb. Müvafiq dövlət proqramlarında müəyyən edilmiş vəzifələr yerinə yetirilib. Kiçik və orta sahibkarlığın hüquqi bazası inkişaf etdirilib, sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunub. Sahibkarlar üçün vergi yükünün azaldılması, vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılıb. Sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması sahəsində məqsədli tədbirlər həyata keçirilib. Nəticədə kiçik və orta sahibkarlığın inkişafının sürətləndirilməsi, bu sektorun səmərəli bazar iqtisadiyyatı sisteminin formalaşması, beynəlxalq iqtisadi tendensiyalara uyğunlaşması, habelə ölkənin iqtisadi və sosial problemlərinin həllində rolunun gücləndirilməsi dövlətin iqtisadi siyasətinin öncül istiqamətlərindən birini təşkil edir. Məhz bu məqsədlə müvafiq islahatların çərçivəsi getdikcə genişləndirilir.

- Vurğuladığınız kimi, ölkəmizdə sahibkarlığın inkişafı dövlətin daim diqqət mərkəzindədir və bu sahədə məqsədyönlü islahatlar və layihələr həyata keçirilir, müvafiq qanunvericilik bazası formalaşıb. Bütün bunlara baxmayaraq, müəyyən problemlər də mövcuddur. Bu baxımdan bürokratik əngəllərin azaldılması və digər problemlərin həllini nədə görürsünüz?

- Bu gün Azərbaycan özünün yeni iqtisadi inkişaf modelini reallaşdırır. Qafqaz nəqliyyat dəhlizinin inkişafı nəhəng layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Beynəlxalq layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan son bir neçə ildə nəqliyyat qovşağına və dəhlizinə çevrilib. Hazırda iqtisadiyyatımız dayanıqlı iqtisadi artım və iqtisadi inkişaf dövrünü yaşayır. Cari ilin son statistik məlumatlarına görə, birinci rübün yekunları üzrə Azərbaycan iqtisadiyyatında, xüsusilə qeyri-neft-qaz sektorunda yüksək artıma nail olunub. ÜDM-də 4 faiz, qeyri-neft-qaz sektorunda isə 6,7 faiz artım qeydə alınıb. Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3,8 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4 faiz çox vəsait yönəldilib. Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 4,8 faiz artıb. Cari ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsinin həcmi 9,7 milyard dollar, o cümlədən ixracın həcmi 6 milyard dollar olub və nəticədə 2,3 milyard dollar həcmində müsbət ticarət saldosu yaranıb. Qeyri neft-qaz ixracı isə 673 milyon dollar olub. Bunlarla yanaşı, sahibkarlığın, xüsusən kiçik və orta sahibkarlığın inkişafı baxımından ölkəmizdə formalaşmış siyasi, eyni zamanda, makroiqtisadi sabitliyin yaratdığı imkanlardan tam istifadə olunduğunu hələ deyə bilmərik. Statistik təhlillərə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı mövcud imkanlardan azdır. Özəl sektorun ölkə iqtisadiyyatında xüsusi çəkisi davamlı yüksəlsə də, bu bölmədə strateji cəhətdən mühüm olan struktur formalaşdırıcı potensiala malik müəssisələrin inkişafına daha çox ehtiyac var. Eyni zamanda kiçik və orta sahibkarlığın ölkənin ixrac potensialının gücləndirilməsinə, habelə strukturunun təkmilləşdirilməsinə təsirinin daha da yüksəldilməsi imkanları mövcuddur. Sahibkarlığın regional inkişafının səviyyəsi ölkənin strateji iqtisadi hədəfləri baxımından mövcud potensialına uyğunlaşmalıdır. Kiçik və orta sahibkarlıq müəssisələrinin əksəriyyəti paytaxt və onun ətrafında cəmləşib. Daxili istehsalçılar arasında əlaqələrin də güclənməsinə diqqəti artırmalıyıq. Kiçik və orta sahibkarlıq subyektləri ilə iri müəssisələrin kooperasiyası və inteqrasiyası zəruri səviyyəyə çatmalıdır. Təkcə kiçik və orta sahibkarlıq deyil, ümumilikdə sahibkarlıq sektoru baxımından strateji məqsəd sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin daha da təkmilləşdirilməsi, sahibkarlığın insan resursunun inkişafı, texniki, maliyyə köməyi mexanizmlərinin dərinləşdirilməsi, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi, regional səviyyələrdə sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması əsasında həm iri, həm də orta və kiçik sahibkarlığın inkişafının təmin edilməsidir. Hesab edirəm ki, rəqabət qabiliyyətli ixrac məhsullarının istehsalı üçün texniki, maddi və maliyyə köməyi mexanizmlərinin hazırlanması, istehsalyönümlü sahibkarlığa investisiya köməyi mexanizmlərinin genişləndirilməsi, müasir informasiya texnologiyasının geniş tətbiqi əsasında sahibkarlığın informasiya təminatının yaxşılaşdırılması, gənclərin sahibkarlıq fəaliyyətinə hazırlanması sisteminin formalaşması, sahibkarların hüquqlarının müdafiəsi sisteminin inkişaf etdirilməsi, həmçinin beynəlxalq işgüzar əlaqələrinin yaradılması və genişləndirilməsi bu istiqamətdə vacib vəzifələrdir.

- Sahibkarların maliyyə resursları ilə təmin olunması imkanları və perspektivləri necədir?

- Ölkəmizdə qeyri-neft sektorunu sürətlə inkişaf etdirmək, sahibkarlığın inkişafına əsaslanan, diversifikasiya olunmuş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi artımı təmin edən milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq iqtisadi siyasətin başlıca hədəfidir. Aparılan iqtisadi islahatlar nəticəsində bu sahədə bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, makroiqtisadi və maliyyə sabitliyi bərqərar edilib. Bu, növbəti dövrlərdə də ölkədə məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunun yüksəldilməsi üçün mövcud istehsal və xidmət sahələrini müasirləşdirmək, genişləndirmək və səmərəliliyini artırmaq məqsədilə kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını zəruri edir. Xüsusən də, investisiya layihələrində risklərin tərəflər arasında bölüşdürülməsi, girov təminatı tələbinin alternativ vasitələrlə əvəz edilməsi və beləliklə sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması mühüm aktuallıq daşıyır.

Bildiyimiz kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi milli inkişaf istiqamətlərini hədəfləyir. Milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması əsas strateji hədəf və prioritetlərdən biri kimi müəyyən edilib. Bu istiqamət şübhəsiz ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının da siyasətində və fəaliyyətində aktual prioritetdir. Müvafiq tənzimləyici institutlarla sıx əməkdaşlıq çərçivəsində sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını daha da artırmağa nail olmaq, bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq istiqamətində fəal addımlar atılmaqdadır.

- Sahibkarların hüquqlarının müdafiəsi və maarifləndirilməsi sahəsində ASK-nın əsas rolu nədən ibarədir?

- Müstəqillik, inkluzivlik, şəffaflıq, əməkdaşlıq, komanda işi və müxtəliflik kimi dəyərləri fəaliyyətində rəhbər tutan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının missiyası ölkədə bütün sahibkarların səsinə və onların ən yaxın tərəfdaşına çevrilmək, sahibkar-dövlət, sahibkar-işçi münasibətlərinin tənzimlənməsi üçün dialoq qurmaq və ölkədə sahibkarlığın dayanıqlı inkişafına dəstək olmaqdır. Sahibkarların hüquqlarının müdafiəsi və maarifləndirilməsi sahəsində isə təşkilatımız sahibkarlar arasında daimi işgüzar əlaqələrin yaradılmasını təmin edir, onlarla birgə investisiya, innovasiya layihələrinin və başqa təşəbbüskar layihələrin işlənməsinə, eləcə də sağlam, hüquq əsaslı sahibkarlıq mühitinin formalaşmasına kömək edir. Sahibkarlıq subyektlərinin maarifləndirilməsi tədbirlərini təşkil edir, sahibkarlığın inkişafı ilə bağlı sosial-iqtisadi yönümlü müxtəlif sahə, regional və ölkə miqyaslı proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Bunlarla yanaşı, ölkə sahibkarlarına xaricdə və daxildə tərəf müqabillərin tapılmasında köməklik göstərir, onların informasiya təminatında iştirak edir. Sahibkarlığın inkişafı ilə bağlı və sosial-iqtisadi yönümlü qanun və digər normativ-hüquqi aktların layihələrinin işlənib hazırlanmasını həyata keçirir. Sahibkarlığın inkişafı sahəsində dünya təcrübəsinin öyrənilməsi və onların əlverişli istiqamətlərdə ölkədə tətbiq edilməsi üçün şərait yaradır.

- İşğaldan azad edilmiş ərazilərin bərpasında fəaliyyət göstərən sahibkarlara dəstəklə əlaqədar, xüsusən maliyyə imkanları ilə bağlı hansı məsələləri önə çəkmək olar?

- Möhtəşəm Zəfərlə otuz ilə yaxın işğal altında olan torpaqlarımız azad oldu, tarixi ədalət bərpa edildi. Milli tariximizin yeni, qürurverici səhifələri yazıldı. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış, orada dayanıqlı məskunlaşma, həmçinin iqtisadi fəaliyyətə reinteqrasiya hazırda növbəti dekada üçün ən mühüm milli inkişaf prioritetlərimizdən biridir. Otuz ilə yaxın bir müddət ərzində erməni vandalları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş torpaqlarımıza qayıdış dövlətimizin qarşısında duran ən mühüm çağırış olmaqla bərabər məna və məzmuna görə həm də ümumxalq işidir. Azad Qarabağımızda bərpa və quruculuq işləri artıq başlayıb. Hazırda işğaldan azad olunmuş ərazilərimizin dirçəlişi istiqamətində böyük layihələr həyata keçirilir. Bu işdə sahibkarların da mühüm rolu var və olacaq. Qarşıya qoyulan hədəflərə daha effektiv nail olmaq, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmaq üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə böyük addımlar atılır. Ölkəmizin böyük maliyyə-iqtisadi potensialı əsasında dövlətimiz və xalqımız səfərbər olunmaqla işğaldan azad olunmuş bütün ərazilərdə başlanacaq geniş bərpa-quruculuq işlərində sahibkarlar da zaman keçdikcə daha fəal iştirak edəcək.

Qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizdə maliyyə infrastrukturunun yaradılması, həm müəssisə və təşkilatlara, həm də əhaliyə zəruri maliyyə xidmətlərinin təmin olunmasıdır. Artıq bərpa və qayıdış planlarına uyğun olaraq müvafiq maliyyə şəbəkəsinin yaradılması istiqamətində işlərə başlanılıb. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə müasir ödəniş sistemləri infrastrukturunun qurulması, biznes subyektlərinin və əhalinin nağd pula tələbatının ödənilməsi üzrə kompleks tədbirlər görülməkdədir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, burada sahibkarlığın canlanması məqsədilə sağlam bünövrə yaradılır. Hazırda burada biznes qurmaq istəyənlərin sayı 2 mindən çoxdur. Sahibkarların müxtəlif güzəştlər əldə etməsi üçün əlverişli şərait yaradılıb və biznes fəaliyyəti stimullaşdırılır; aşağı icarə haqqı tətbiq edilir, kommunikasiya və logistik infrastruktur qurulur. Sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarının üzərində yerləşməsi yüklərin asan daşınmasına imkan verir. Ölkənin digər yerlərində fəaliyyət göstərən sənaye parklarından fərqli olaraq, işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında kommunal, xammal, sosial sahələri əhatə edən əlavə güzəştlər paketi təklif edilir. Güzəştlər əsasən bunlardan ibarətdir: rezidentlər qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar, texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib, məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır, vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir, güzəştli kreditlər verilir.

Bunlardan əlavə, sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərimizdə yaradılmış yeni sənaye parkları və sahibkarlar üçün tətbiq edilən güzəşt və stimullar bölgədə inkişaf və biznesin dirçəlişi üçün böyük investisiyaların cəlb edilməsində önəmli rol oynayacaq.

- COP29 hərəkatı, ölkəmizin bu çağırışlara və siyasətə fəal qoşulması çərçivəsində proseslərin ölkəmizdə sahibkarlığın inkişaf məsələlərinə qarşılıqlı təsirini necə qiymətləndirirsiniz?

- Bəli, məlum olduğu kimi, bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda keçiriləcək. Bütün ictimai institutlarımız kimi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da sahibkarlarla iş prosesində ətraf mühit məsələlərinə, yaşıl iqtisadiyyatın təbliğinə diqqəti daha da artırıb. Həmçinin ASK Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində sözügedən tədbirlərdə nəzərdə tutulmuş pavilyonlarda iştirak edərək, ölkəmizin mövcud potensialı ətrafında qlobal miqyaslı tanınmış mütəxəssislərlə müzakirələrin təşkili istiqamətində işlər aparmaqdadır. Eyni zamanda, bu pavilyonda dünyanın ən məşhur şirkətlərinin iştirakı da nəzərdə tutulur. COP29-un Azərbaycan iqtisadiyyatına, o cümlədən sahibkarlıq sektoruna mühüm töhfələri olacaq. Bu tədbir, ilk növbədə, ölkəmizin imicinin yüksəldilməsinə xidmət edir ki, bu da ixrac qabiliyyətli müəssisələrimizə xarici investisiya cəlbi baxımından çox mühümdür. Digər bir vacib məsələ odur ki, Azərbaycanın enerji strategiyasının beynəlxalq səviyyədə dəstəklənməsində COP29 mühüm rola malikdir. Alternativ enerji strategiyası, alternativ enerji istehsalı, bu sahədə yerli biznes subyektlərinin yetişməsi daha çox investisiya və beynəlxalq əməkdaşlıq tələb edir. Bu məsələdə beynəlxalq əməkdaşlıq çərçivəsində layihələrin həyata keçirilməsinə böyük ehtiyac var. COP29 ölkədə turizmin və bu istiqamətdə infrastrukturun inkişafına da mühüm təkan verəcək. Bu sahədə yerli sahibkarlıq subyektlərinin inkişaf edəcəyini də xüsusi qeyd etməliyik. Tədbirin keçirilməsi ilə əlaqədar dövlət tərəfindən müxtəlif mexanizmlər yaradılır ki, bunlardan biri də bilavasitə güzəştli kreditlərin əldə olunması ilə bağlı mexanizmin tətbiq edilməsidir. Şübhəsiz ki, bu, sahibkarlıq subyektlərinin fəaliyyətini dəstəkləyən bir mexanizm kimi çıxış edəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mobil telefonlardan həddindən artıq istifadə sinir toxumalarının zədələnməsinə səbəb olur

1993-cü ilin 15 iyunu olmasaydı, bugünkü güclü Azərbaycan olmazdı - ŞƏRH

Kanada “diplomatik təcridolunma” ilə üzləşə bilər

Bu gün Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur

Orban: Avropa Məhkəməsinin Budapeşti 200 milyon avro məbləğində cərimə etməsi yolverilməzdir

Türkiyə Egey dənizində neft kəşfiyyatına başlamağı planlaşdırır

Rusiyada ölkəyə gəliş zamanı viza almaq imkanının yaradılması təklif edilir

Boyundan aşağı iflic olan 43 nəfər yeni cihazla qoluna nəzarət edə bilib

Qırğızıstanda uran və torium hasil ediləcək

Rusiyadan bir gün sonra ABŞ-a məxsus sualtı qayıq da Kuba sahillərinə yaxınlaşıb

Argentinada hökumətin islahatlarına qarşı etirazlar keçirilir

Ukrayna və Yaponiya təhlükəsizlik haqqında saziş imzalayıblar

Rəsmi Pekin: ABŞ-ın sanksiyaları əsas risk mənbəyinə çevrilir

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar paketi elan edib

Ordubadda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan ilə Özbəkistanın hakim partiyaları arasında əməkdaşlıq genişləndirilir

YAP ilə “AMANAT” partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandum imzalanıb

Moskvada MDB-nin İqtisadi Şurasının iclası keçiriləcək

Ukrayna və ABŞ arasında təhlükəsizliyə zəmanət haqqında saziş imzalanıb

G7 ölkələri Ukraynaya 50 milyard dollar məbləğində kredit verilməsinə dair razılığa gəliblər

Prezidentin köməkçisi Hikmət Hacıyev Brüsseldə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib və bir sıra görüşlər keçirib YENİLƏNİB

Sergey Markov: Paşinyan ABŞ və Aİ-yə yarınmağa çalışır

Şirvanda ocaq qalayan şəxs yanıq xəsarətləri alıb

Zaxarova Türkiyə XİN rəhbərinin Rusiyaya səfərini şərh edib

SOCAR ilə “Baker Hughes” şirkəti arasında Əməkdaşlıq Sazişi imzalanıb

Belarus Ermənistandakı səfirini geri çağırıb

Milli Xalça Muzeyində “Müxtəlifliyin gözəlliyi” adlı sərgi açılıb

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub VİDEO

Bəzi bölgələrə leysan xarakterli yağış yağıb, Qobustan rayonuna dolu düşüb – FAKTİKİ HAVA

Ərdoğan: Avropanın ayrı-ayrı ölkələri Türkiyənin Aİ-yə üzvlüyündə maneələr yaradır

Qusarda qəbir daşlarını dağıdan şəxs saxlanılıb

Peşə təhsili müəssisələrində ixtisas istehsalat işlərinin qiymətləndirilməsi aparılır

Azərbaycanla Gürcüstan arasında əlaqələrin inkişafında dini qurumların roluna dair müzakirə aparılıb

YARAT-da rəssam Aydan Salahovanın “Sükutun səsləri” adlı fərdi sərgisi açılıb

ADA Universitetində “Məzun günü”

KTMT: Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalır

Azərbaycanda innovasiya ekosistemi ilə bağlı müzakirələr aparılıb

Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilib ŞƏRH

Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində keçirilən panel sessiyada Azərbaycan təcrübəsindən danışılıb

Bəhruz Əzimov: Bu günədək 36 min 411 tələbə təhsil krediti alıb

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində məktəblərin monitorinqi haqqında hesabat görüşü

Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçiriləcək

COP29: İqlim naminə Parisdən Bakıya velosiped turu təşkil ediləcək

İctimai TV Avro-2024-ü və Yay Olimpiya Oyunlarını yayımlayacaq

“Azneft” və “Sakuraz Green Energy” akkumulyatorların yenilənməsini həyata keçirəcək

Mərkəzi Elmi Kitabxanada TİKA ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan Respublikasının İqtisadi Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib

Millətlər Liqası: Türkiyə yığması növbəti qələbəsini qazanıb

“Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” - hibrid formatda tədbir

® “Azercell Cup 2024” müsabiqəsinin qalibləri müəyyən olunub 2000 məktəbli arasından 31 qalib seçilib

SİF arıçılığın inkişafı üçün güzəştli kredit verib

Bakıda velosipedlərin parklanması üçün dəmir konstruksiyaların quraşdırılması işlərinə başlanılıb

Daşkənddə özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanının təqdimatı olub

Naxçıvan şəhərində istifadəyə yararsız olan kolbasa və sosiska məhsullarının satışının qarşısı alınıb

Bu il ölkə üzrə 102 min 120 nəfər orta məktəbdən məzun olur

BDU-nun nümayəndə heyəti Tailandın Kasetsart Universitetində olub

Bonn şəhərində COP29-a hazırlıq məqsədilə jurnalistlər üçün seminar-treninqlər təşkil olunub VİDEO

Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb

“Media ayı” çərçivəsində RİİB könüllüləri üçün təlimlərə başlanılıb

Azərbaycan və Yaponiya universitetləri arasında tələbə mübadiləsi ilə bağlı müzakirələr aparılıb

Avropa Kubokuna vəsiqə qazanmış basketbol millisinin üzvləri ilə görüş olub

Əməkdar artist Sahib Paşazadə Özbəkistanda fəxri professor adına layiq görülüb

Anton Ferştandt: Rolu yalnız oynamaq yox, həm də onu səhnədə yaşamaq gərəkdir

Çövkən üzrə dünya çempionatı: Azərbaycan millisi Türkiyəyə böyük hesabla qalib gəlib

Naxçıvanda ölkə və beynəlxalq səviyyəli müsabiqə və yarışlarda qalib olan şagirdlərlə görüş keçirilib

Yeni formalaşdırılmış “Füzuli Könüllüləri” qrupu ilə görüş keçirilib

Naxçıvanda aktiv obyektlərin vergi daxilolmaları 2,1 dəfə artıb

UNEC-in “Minor” proqramının ilk məzunlarına sertifikatlar təqdim olunub

Fövqəladə Hallar Nazirliyi Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib

“Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyasının və Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin Əsasnamələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 aprel tarixli 65 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qlobal iqlim dəyişmələrinin ekosistemlərə təsiri ilə bağlı keçirilən beynəlxalq elmi-praktik konfrans başa çatıb

“Meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Devid Kemeron: Britaniya özünü Çindən gələn təhlükədən qorumalıdır

Ərzaqlıq buğda proqramının icra vəziyyəti təhlil edilib

“Açıq dərs - Açıq fikir” layihəsi çərçivəsində bilik yarışması təşkil olunub

Milli Məclisin komitə iclasında iki məsələ müzakirə olunub

Moris Pindar: Hazırda Fransanın müstəmləkə siyasəti davam edir

Kreml: Rusiya Ermənistanın KTMT üzrə mövqeyini aydınlaşdırmaq üçün onunla işləməyə davam edəcək

ABŞ-ın lüks sinfinə aid səyahət agentləri Paris Olimpiadasına tələbatın zəif olduğunu qeyd edirlər

Bakıda 10 meqaparkın tikintisi aparılır

Şərqi Zəngəzur və Qarabağın biomüxtəlifliyinin tədqiqi – dəyirmi masa

NATO-nun mobil təlim qrupu tərəfindən HHQ-də kurs keçirilir

Narkomaniyanın insanların həyat və sağlamlığına mənfi təsirləri barədə məlumat verilib

® ABB “Ən yaxşı işəgötürən” beynəlxalq sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu kanak xalqının müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək

“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Emin Mahmudov: Fernandu Santuşun Azərbaycan futboluna da töhfə verəcəyinə inanıram

Paytaxt məktəbində Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici görüş təşkil edilib

Cari ilin birinci rübündə elektron satınalmalarda iştirak edən orta iştirakçı sayı açıqlanıb

Mikael Forrest: Yeni Kaledoniya Fransanın remilitarizasiyası səbəbindən böhran içindədir

Bayram günləri ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə 12 qatar reysi təyin edilir

“Zirə” sabiq futbolçusunu transfer edib

® “Kapital Bank”ın iştirakı ilə Naxçıvanda ilk “Karyera sərgisi” keçirilib

Elm və təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Xalqımızın və dövlətimizin ictimai-siyasi həyatında dönüş günü ŞƏRH

Culfada kombayn və taxıl sahəsi yanıb VİDEO

Meksikali tenor Luis İtzkoatl Bülbül vokal məktəbinin tələbələri ilə görüşüb

Beynəlxalq ekspert: İtaliya Azərbaycan sayəsində iqtisadi dayanıqlığa yönəlmiş innovativ enerji mərkəzinə çevrilə bilər – MÜSAHİBƏ

Təhsil tələbə kreditlərinə müraciət tarixi uzadılıb