MÜSƏLMANLARI ANMA GÜNÜNƏ XOCALI FACİƏSİ DƏ DAXİL EDİLMİŞDİR
AZƏRTAC xarici ölkələrin informasiya agentliklərinə istinadla xəbər verir ki, İslam Konfransı Təşkilatı (İKT) XX əsrdə müsəlmanlara qarşı törədilmiş vəhşiliklər haqqında xüsusi Xatirə günü təsis etməyi planlaşdırır.
İKT-nin Gənclərin Dialoq və Əməkdaşlıq Forumunun baş katibi Elşad İsgəndərov demişdir: “Dünya birliyinin, hətta onun ən savadlı təbəqələrinin də, keçən əsrdə bizim dindaşlarımızın məruz qaldıqları soyqırımı aktları barədə təsəvvürü yoxdur”.
Forum İstanbulda İKT üzvü olan ölkələrin gənclər təşkilatlarının nümayəndələrinin görüşünü keçirmişdir. Müsəlmanların aktual problemlərinə həsr edilmiş bu tədbirin iştirakçıları aprelin 9-nun 1948-ci ildə Deyr Yassin kəndində fələstinlilərin qırğına məruz qalmasının ildönümü gününü Xatirə günü kimi anılmasını təklif etmişlər.
Müsəlmanların Xatirə günü yad ediləcək hadisələr siyahısına Fələstində törədilmiş cinayətlərdən əlavə, 1995-ci ildə Srebrennitsada müsəlmanların kütləvi şəkildə qətlə yetirilməsini, 1945-ci ildə Setif və Quelma yaşayış məntəqələrində əlcəzairlilərin Fransa silahlı qüvvələri tərəfindən qırılmasını, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri və digər faciəli tarixləri əlavə etmək nəzərdə tutulur.
Təşəbbüsün qəbul edilməsi üçün o, İKT üzvü olan ölkələr tərəfindən bəyənilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]