“Musiqi Mədəniyyəti Dövlət Muzeyi və onun filiallarını 9 mindən çox turist ziyarət edib” – açıqlama

Bakı, 25 iyul, AZƏRTAC
Bu ilin son altı ayı ərzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və onun filiallarını 9 mindən turist ziyarət edib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bildirib.
“Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialları olan Niyazinin mənzil-muzeyi, Qara Qarayevin ev-muzeyi, Vaqif Mustafazadənin ev-muzeyini və Xalq Çalğı Alətlərinin daimi sərgisini 9000-dən çox yerli və xarici turistlər ziyarət edib. Onların 300-dən çoxu xarici turist olub. Bunlar ABŞ, Fransa, Yaponiya, Çin, İsrail, Türkiyə, Pakistan, BƏƏ, Rusiya, Belarus, Qazaxıstan və başqa ölkələrdən gələn turistlərdir. Gələn xarici qonaqların içində daha çox Türkiyə, Pakistan, BƏƏ, Rusiyadan gələn turistlər üstünlük təşkil edib”, -deyə Alla Bayramova söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2025 [16:15]
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş hesabat konserti keçirilib
- 23.04.2025 [15:40]
Musiqili Teatr mayda maraqlı repertuar planı təqdim edir
- 23.04.2025 [15:03]
® “Nar”dan “OneRepublic” konsertinə xüsusi hədiyyə: Səhnəyə ən yaxın sən ol!
- 23.04.2025 [14:35]
Gənclər Kitabxanasında yazıçı Sevinc Nuruqızı ilə görüş keçirilib
- 23.04.2025 [11:40]