REGİONLAR
Musiqi məktəbinin yeni müsabiqə laureatları




Sumqayıt, 8 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin şagirdləri onlayn formatında keçirilən müsabiqənin qalibləri olub.
İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin yetirmələri ikinci zonalararası “Milad royalı” müsabiqəsində diplomlara layiq görülüblər.
Belə ki, sözügedən müsabiqədə fortepiano ixtisası üzrə 5-ci sinif şagirdi Valeriya Olxova öz yaş kateqoriyasında 1-ci dərəcəli diploma, 1-ci sinif şagirdi Ceyran Talıblı, 2-ci sinif şagirdi Ayla Heydərova öz yaş kateqoriyasında 2-ci dərəcəli diploma layiq görülüblər.
Həmçinin, 4-cü sinif şagirdi Aytac Vəlizadə öz yaş kateqoriyasında xüsusi diploma layiq görülərək laureat adını alıb. Şagirdləri müsabiqəyə məktəbin müəllimi Sevda Məcidova hazırlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [16:20]
Ölkənin ən böyük intellektual turnirin qalibi Qubada müəyyənləşir
- 09.12.2023 [11:42]
Ağdam Sənaye Parkında qazobeton zavodunun inşası yekunlaşıb VİDEO
- 09.12.2023 [01:47]
ADAU-nun komandası intellektual yarışda zona birincisi olub
- 08.12.2023 [21:33]