MUSİQİ MÜSABİQƏSİNİN BİRİNCİ TURU QALİBLƏRİNİN KONSERTİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 9-da Bakı Slavyan Universitetinin akt zalında gənc ifaçıların ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş birinci respublika müsabiqəsinin birinci turu qaliblərinin konserti olmuşdur.
Birinci tur aprel ayında ölkənin bölgələrində start götürmüş şagirdlər arasında, o cümlədən Bakı musiqi məktəbləri üzrə finalçıların seçilməsi ilə başa çatmışdır. Müsabiqə xeyli istedadlı gənc vokalçı və musiqiçiləri üzə çıxarmağa imkan vermişdir.
Konsert çərçivəsində iştirakçılara müsabiqənin diplomları təqdim edilmişdir. Dinləyicilər Röyal Quliyev və Özal Quliyev (Oğuz), Qəlbinur İbrahimli (Kürdəmir), Ruslan Ələkbərov (Xanlar), Sabir Hüseynov (Yevlax), İlkanə Abdullayeva və İlkin Abdullayev (Naxçıvan), Pərviz Cəfərli (Gədəbəy), Elvin Nağıyev (Gəncə), Ceyhun Əziz (Salyan) və başqalarını hərarətlə qarşılamışlar.
İkinci turun qaliblərinin konserti mayın 17-də, üçüncü turun qaliblərinin konserti isə mayın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:37]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:34]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]