MUSİQİÇİLƏRİMİZ VOKALÇILARIN II BEYNƏLXALQ MÜSABİQƏSİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, iyunun 14-dən 22-dək Sankt-Peterburqda Yelena Obrazsovanın Mədəniyyət Mərkəzinin təkilatçılığı ilə Vokalçıların II Beynəlxalq Müsabiqəsi keçiriləcəkdir.
Yaxın və uzaq ölkələrdən vokalçıların qatılacağı həmin müsabiqədə respublikamızı SSRİ xalq artisti Y.Obrazsovanın dəvəti ilə Azərbaycan Musiqi Akademiyasının nəzdində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Məryəm Babayevanın tələbələri - Nəzrin Zərbəliyeva və Fatimə Cəfərzadə təmsil edəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə tədbirdə iştirak edəcək nümayəndələrimiz müsabiqədə Raxmaninovun, Puççininin, Darqomıjskinin, Çaykovskinin və başqa bəstəkarların əsərlərini səsləndirəcəklər. Qaliblər tədbirin sonuncu günü elan olunacaqlar.
Xatırladaq ki, musiqiçilərin ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar keçirilən respublika müsabiqəsində N.Zərbəliyeva 1-ci, F.Cəfərzadə 2-ci yeri tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:50]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:37]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:34]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]