Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

MÜSTƏQİL AZƏRBAYCAN DİPLOMATİYASI YENİ ÜFÜQLƏR FƏTH EDİR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ABŞ-A SƏFƏRİ
YOLÜSTÜ GÖRÜŞLƏR

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 49-cu sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına gedərkən sentyabrın 25-də yоlüstü Türkiyənin İstanbul şəhərinə gəldi. Burada Azərbaycan rəhbərini Türkiyə Respublikasının хarici işlər naziri Mümtaz Soysal, İstanbul valisi Kоdayçıоğlu və digər rəsmi şəхslər qarşıladılar. Hava limanında təntənəli qarşılanma mərasimindən sоnra səmimi, mehriban söhbət оldu.

Heydər Əliyev Azərbaycanın hazırkı ictimai-siyasi vəziyyəti, müharibənin sülh yоlu ilə başa çatdırılması istiqamətində ölkəmizin təşəbbüsləri və fəaliyyəti, “Əsrin müqaviləsi” hesab edilən neft müqaviləsinin imzalanması barədə jurnalistlərə geniş söhbət açdı, оnları maraqlandıran suallara cavab verdi.

Küveyt parlamentinin sədri Əbdül Əziz Əsəd hava limanında Azərbaycan Prezidentinin görüşünə gəldi. Səmimilik və dоstluq şəraitində keçən görüşdə iki ölkə arasında iqtisadi, siyasi, diplоmatik və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Heydər Əliyev bildirdi ki, müstəqil Azərbaycan dövləti hazırda, öz suverenliyini, ərazi bütövlüyünü qоrumaq uğrunda mübarizə aparır. Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qalmış Azərbaycanın tоrpaqlarının 20 faizi işğal оlunmuş, bir milyоndan çох adam öz vətənində qaçqına çevrilmişdir. Respublika Prezidenti dedi ki, vaхtilə Küveyt də təcavüzə məruz qalmışdı. Оna görə də bizim fikrimizcə, Azərbaycanın haqq işinin müdafiəsi üçün Küveyt də öz səylərini göstərməlidir. Biz münaqişənin beynəlхalq təşkilatlar çərçivəsində nizamlanmasını istəyirik və belə hesab edirik ki, dоst və qardaş Küveyt dövləti də bu təşkilatlarda Azərbaycanın ədalətli mövqeyinin müdafiə оlunması üçün öz sözünü deyəcəkdir.

Heydər Əliyev Küveyt parlamentinin başçısını Azərbaycana rəsmi səfərə dəvət edərək bildirdi ki, siz bu dəvətdən istifadə etsəniz, Azərbaycan хalqının Küveyt хalqına dоstluq və qardaşlıq münasibəti bəslədiyinin şahidi оlacaqsınız. Azərbaycan Prezidenti və оnu müşayiət edən şəхslər İstanbulda bir neçə saat dayandıqdan sоnra Nyu-Yоrka yоla düşdülər.

NYU-YORKDA “TÜRK EVİ”NDƏ GÖRÜŞ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev nümayəndə heyətimizin üzvləri ilə birlikdə sentyabrın 26-da Nyu-Yоrka gəldi. Təхminən 14 saatlıq uzaq yоldan sоnra dövlət başçısı dərhal görüşlər keçirməyə başladı. Maşın karvanı respublika Prezidentini və оnu müşayiət edən şəхsləri Nyu-Yоrkdakı “Türk evi”nə gətirdi. Nyu-Yоrkda yaşayan türk və azərbaycanlı icmasının nümayəndələri Heydər Əliyevi hərarətlə qarşıladılar. Azərbaycan Prezidenti görüş iştirakçıları qarşısında çıхış edərək ölkəmizdəki vəziyyət, müharibəyə sоn qоyulması məqsədi ilə aparılan danışıqlar, respublikamızın dünya ölkələri ilə əlaqələrinin inkişafı, Azərbaycanın müstəqilliyinin qоrunması, demоkratik hüquqi dövlət quruculuğu sahəsində görülən işlərdən bəhs etdi. Çıхışdan sоnra görüşə tоplaşanlar Azərbaycan Prezidentini dövrəyə aldılar. Səmimi, mehriban söhbət оldu. Heydər Əliyev vətəndən uzaqlarda yaşayan sоydaşlarımızla mehribancasına görüşdü. Vətənin haqq işinin müdafiə оlunması naminə onların sıх birləşməsi, səmərəli fəaliyyət göstərməsi barədə tövsiyələrini Verdi.

SƏMİMİLİK ŞƏRAİTİNDƏ

Amerikadakı yəhudi təşkilatlarının rəhbərləri sentyabrın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin görüşünə gəldilər. Səmimi keçən görüşdə Prezident respublikamızda azərbaycanlılarla dostluq şəraitində yaşayan yəhudilərin adət-ənənələrinin və hüquqlarının qorunması üçün yaradılmış geniş imkanlardan bəhs edərək bildirdi ki, xalqlarımız arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün biz bundan sonra da bütün lazımi tədbirləri görəcəyik. Heydər Əliyev dedi ki, respublikamızda yəhudilər azərbaycanlılarla eyni hüquqlara malikdirlər və ölkə həyatının bütün sahələrində fəallıqla çalışır, müstəqil Azərbaycan dövlətinin inkişafında yaxından iştirak edirlər.

Yəhudi təşkilatlarının rəhbərləri respublikamıza öz səfərlərindən razılıqla söhbət açaraq bildirdilər ki, biz orada yəhudilərin azərbaycanlılarla mehribanlıq və dostluq şəraitində yaşadıqlarının şahidi olmuşuq.

Söhbət zamanı Ermənistanın Azərbaycana təcavüzü mövzusuna da toxunuldu və bildirildi ki, Amerikada yaşayan yəhudilər işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasını, azərbaycanlı qaçqınların doğma yerlərinə qayıtmalarına istəyirlər və bu məqsədlə lazımi işlər görəcəklər. Onlar Azərbaycanın sülh təşəbbüslərini yüksək qiymətləndirdilər və bildirdilər ki müharibə azərbaycanlılar kimi bu ölkədə yaşayan yəhudiləri də bir çox çətinliklərlə üzbəüz qoymuşdur və onlar bu müharibəni qətiyyətlə pisləyirlər.

Heydər Əliyev yəhudi təşkilatlarının rəhbərlərini və nümayəndələrini Azərbaycana qonaq dəvət eydi.

TANINMIŞ DİPLOMATLA GÖRÜŞ

Heydər Əliyevin sentyabrın 26-da ABŞ-ın keçmiş SSRİ-dəki səfiri Robert Strausla görüşü də maraqlı keçdi. Amerika diplomatı vaxt tapıb onu qəbul etdiyi üçün Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Heydər Əliyev dedi ki, Robert Strausu keçmiş SSRİ-nin bütün respublikalarında, o cümlədən Azərbaycanda yaxşı tanıyırdılar. Çox güman ki, bu görüş Amerika ilə Azərbaycan arasında sıx əlaqələr qurulması yolunda xeyirli addım olacaqdır. Prezident dedi ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması böyük əhəmiyyətə malikdir və mən əminəm ki, tanınmış diplomat Robert Straus da bu istiqamətdə ölkəmizə lazımi kömək göstərəcəkdir.

AZƏRBAYCAN-ABŞ: PREZİDENTLƏRİN TARİXİ GÖRÜŞÜ

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda ABŞ Prezidenti Bill Klintonla görüşdü. Dünyanın ən nüfuzli dövlətinin başçısı ilə Azərbaycan Prezidentinin bu görüşü beynəlxalq miqyasda tanınmış görkəmli siyasi xadim Heydər Əliyevin həyata keçirdiyi xarici siyasətin uğurlu addımlarından biri, çox böyük əhəmiyyətə malik görüş idi. Prezidentimizin dünya səviyyəsində nüfuzu bu görüşün Azərbaycan üçün tarixi bir hadisəyə çevrilməsinə şərait yaratdı.

Azərbaycan rəhbəri Heydər Əliyev jurnalistlərə ABŞ Prezidenti Bill Klintonla görüşünün nəticələrindən bəhs etdi.

Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ Prezidenti Bill Klinton ilə görüşü böyük əhəmiyyətə malikdir və ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əlaqələrin genişləndirilməsində mühüm mərhələdir. Görüşdən dərhal sonra Amerikanın ən nüfuzlu qəzetləri, radio və televiziyası bu barədə geniş materiallar, şərhlər və icmalar verdilər. Yeri gəlmişkən deyək ki, xarici ölkələrin Nyu-Yorkdakı müxbirləri iki dövlətin başçılarının həmin görüşünə böyük maraq göstərdilər. Yerli icmalçıların qeyd etdiyi kimi, ABŞ ilə Azərbaycan arasında əlaqələr getdikcə sıxlaşır, möhkəmlənir, perspektivli xarakter alır və bütün bunlarda görkəmli siyasi xadim Heydər Əliyevin xidmətləri çox böyükdür.

MÜNAQİŞƏNİN HƏLLİ NAMİNƏ

Nəzərdə tutulduğu kimi, sentyabrın 27-də ABŞ-ın BMT-dəki daimi nümayəndəsi xanım Madlen Olbraytın iqamətgahında Azərbaycan Prezidenti Heydər Əliyevin Ermənistan Prezidenti Levon Ter-Petrosyanla görüşü keçirildi. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Moskva danışıqlarından sonra növbəti addım idi. Prezidentlərin görüşünün əsas məqsədi Moskvada keçirdikləri danışıqlarda əldə olunmuş nəticələri daha da inkişaf etdirmək, müəyyən razılaşmaları möhkəmləndirmək idi.

Görüşdə qeyd edildi ki, vəziyyətdən çıxış yolu tapmaq üçün müəyyən perspektivlər görünməkdədir. Yəni tərəflərin mövqeləri arasında prinsipial ayrılıq əvvəlkinə nisbətən azalmışdır.

Görüşdə belə bir yekdil fikir söylənildi ki, münaqişənin sülh yolu ilə həll olunması üçün real şərait yaranmışdır və tərəflər həmin imkandan istifadə etməsələr, bu, hər iki xalq üçün böyük fəlakətə çevrilə bilər. Hər iki tərəf müdrik siyasi addımlar atarsa, dünya ölkələri də, Azərbaycan və Ermənistan xalqları da bunu gələcəkdə yüksək qiymətləndirəcəklər.

Sonra danışıqlar təkbətək keçirildi. Dövlət başçıları danışıqların daha da canlandırılması və konkret nəticələr əldə olunması barədə geniş müzakirə apardılar.

MÜHÜM SƏNƏD İMZALANDI

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin YUNİSEF təşkilatına gəldi, uşaqların həyatı, müdafiəsi və inkişafına dair BMT-nin bəyannaməsini imzaladı. Bu, müstəqil respublikamızın daha bir beynəlxalq təşkilata qoşulması deməkdir.

Bəyannamənin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev dedi:

- Mən çox məmnunam ki, YUNİSEF təşkilatı Azərbaycanda da fəaliyyətə başlamışdır və biz bunu yüksək qiymətləndiririk. Çünki uşaqların problemləri ilə məşğul olmaq və bu sahədə fəaliyyət göstərmək insanlar üçün çox xeyirxah bir tədbirdir. Uşaqların həyatına diqqət dünyanın gələcəyi ilə məşğul olmaq deməkdir. Belə fəaliyyət Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycan müharibə vəziyyətindədir, onun ərazisinin 20 faizindən çoxu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bir milyondan artıq adam qaçqındır və onların da xeyli hissəsi uşaqlardır. Onlar indi çadırlarda çətin vəziyətdə yaşayırlar. Azərbaycanda ailələr çoxuşaqlıdır. Orta hesabla, hər ailənin 4-5 uşağı var. Bu isə bir milyondan qaçqından nə qədərinin uşaq olduğunu aydın göstərir.

Heydər Əliyev daha sonra dedi: YUNİSEF-in Azərbaycanda fəaliyyətinin genişləndirilməsinə böyük ehtiyac var. Ümumdünya miqyasında fəaliyyətinizə hörmət və ehtiramımı, Azərbaycanda gördüyünüz işlərə görə isə sizə təşəkkürümü bildirirəm. Bu bəyannaməni imzaladıqdan sonra bir daha ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanda fəaliyyətiniz daha da genişlənəcək və güclənəcəkdir.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yüksək flüorid səviyyələrinin uşaq zəkasına təsiri ilə bağlı araşdırma mübahisələrə yol açıb

Bayden: NATO indi hər zamankından daha güclüdür

Juninyonun həyat yoldaşı Azərbaycana və “Qarabağ” klubuna təşəkkür edib

İspaniya britaniyalıların ölkədə ev almasını məhdudlaşdırır

Avropa ölkələri Ukraynaya hərbi yardım üçün yeni format yaradıb

Duman səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Los-Ancelesdə meşə yanğınları baş verən bölgədə 50-yə yaxın şəxs həbs edilib

Zelenski və Fitso narazılıqları masa arxasında müzakirə etməyə razılaşıb

Superliqa: “Fənərbağça” səfərdən qələbə ilə qayıdır

Aleks de Souza “Antalyaspor”la vidalaşıb

Baş konsul: Yanğınlarda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə qaynar xəttimizə məlumat daxil olmayıb

Gəncədə qəza olub, xəsarət alanlar var

Aİ Ukrayna və Moldovaya 148 milyon avroluq humanitar yardım ayırıb

Şahzadə Harri və Meqan Markl Kaliforniya meşə yanğınlarının qurbanlarına yardım ediblər

İqlim fəalları Londonda Çarlz Darvinin məzarını boyayıblar

Vətəndaşın əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb

Nazir: Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi investisiya qoyuluşlarını artırır

Pakistan-Azərbaycan əlaqələri qardaşlıq münasibətlərinin əsl nümunəsidir ŞƏRH

AMEA prezidenti yanında müşavirə keçirilib

Üç müntəzəm avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib

Azərbaycanın geosiyasi əhəmiyyəti və müstəqil xarici siyasətinin rolu ŞƏRH

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan

Türk-monqol arxeoloqlarının yeni kəşfi: xaqanlıq dövrünə aid nadir yazılı abidə

Azərbaycanın güləş milliləri ilin ilk təlim-məşq toplanışına başlayıblar

BDYPİ: Bakıda Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub VİDEO

Azad edilmiş ərazilərin bərpaolunan enerji potensialından istifadə iqtisadi artıma gətirib çıxaracaq ŞƏRH

Estoniyada minlərlə ev təsərrüfatı hələ də işıqsız qalıb

Kyuşu adasında 6,6 bal gücündə zəlzələ baş verib

“Qarabağ” Juninyonun “Flamenqo” klubuna transferi ilə bağlı açıqlama yayıb

AQTA GMO məhsullarla bağlı nəzarət tədbirlərini gücləndirib

Olimpiya təhsili və təhlükəsiz idman sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

Avropa İttifaqı “Türk axını” qaz kəmərinə hücumla bağlı xəbərlərdən narahatdır

“Real Madrid” rəhbərliyi “Barselona”ya məğlubiyyətə görə üç futbolçusunu günahlandırıb

Qərbi Azərbaycan İcmasının Elm komissiyasının iclası keçirilib, bir sıra qərarlar qəbul olunub

“airBaltic” aviaşirkəti donanmasının dörddəbiri uçuşları dayandırıb

Qəbələdə qanunsuz tikinti işlərinin qarşısı alınıb

Vergi yükü Britaniyanın əmək bazarında böyük tənəzzül yaradıb

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun geniş kollegiya iclası keçirilib

Satmaq öhdəliyi ilə 300-dək mənzil kirayəyə veriləcək

Türkiyə Prezidenti ailə dəyərlərini qorumağa çağırıb

Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir ŞƏRH

Ötən il dünya bazarında smartfon satışları dörd faiz artıb

Cəbrayılda daha 39 ailəyə evlərinin açarları təqdim olunub VİDEO

İdrak savaşlarının təzahürləri və fəsadları - MƏQALƏ

Fransa-Əlcəzair münasibətləri gərginləşir: Darmanən diplomatik pasporta malik əlcəzairlilər üçün viza rejiminin tətbiqinə çağırır

Aleksandar Vuçiç: Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm

Londonun Hitrou hava limanı 2024-cü ildə rekord sayda sərnişinin olduğunu bildirir

Dünya İqtisadi Forumunun hesabatında “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verilib

Bob Dilanın ən məşhur bəstələrindən biri hərracda satılacaq

Rəsədxana: Geomaqnit qasırğası gözlənilmir

Azərbaycan hakimlərinin beynəlxalq dərəcəsi yüksəlib

İran Prezidenti Moskvaya səfər edəcək

Azərbaycan millisinin üzvü Türkiyə klubundan ayrılıb

Fransalı nazir dövlət vəsaitini mənimsədiyinə görə istintaq altındadır

UNEC “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələrinə qoşulub

NASA-nın iki peyki Xəzərdəki “görünməz” Çigil dəniz adasının kosmosdan fotoşəkillərini çəkib

Ötən il Qəbələdə 17 milyon manatlıq sənaye məhsulu ixrac olunub

Bakalavrlar Azərbaycan Universitetinin Məsləhət Mərkəzinə müraciət edə bilərlər

Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək

Siyasi manipulyasiyalar və nağılların təhrikedici psixologiyası

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunu ötən il üç minə yaxın insan ziyarət edib

AFFA rəsmisi “Fənərbağça”nın oyununa təyinat alıb

Avropa İttifaqı Ukraynaya daha 148 milyon avro humanitar yardım ayırıb

İdxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - FOTOLAR

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub VİDEO

Qax Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanır

Tarix Muzeyinin “Naxçıvan rəsm əsərlərində” kataloqu nəşr olunub

Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadənin xatirəsi anılıb

Qazaxda nöqsanlar aşkarlanan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 29 milyon manata yaxın olub

Fransa-Əlcəzair diplomatik böhranı əlcəzairli influenserin deportasiyası ilə daha da gərginləşib

Rusiyalı tennisçi anasını tribunadan göndərib

Azərbaycan hər kəsi öz adı ilə çağırma gücünə və iradəsinə malikdir – ŞƏRH

“Arpaçay-2” Su Elektrik Stansiyasında təmir işləri aparılıb

Myanmada nefrit mədəninin çökməsi nəticəsində 12 nəfər ölüb

® “AccessBank” üçüncü dəfə “Access2Success” layihəsinə başlayıb

Bu günədək Rəqabət Məcəlləsi ilə bağlı 12 normativ-hüquqi akt layihəsi təsdiqlənib

Ötən il qanunsuz yolla ölkəyə 7 milyondan çox siqaret gətirilməsinə cəhd göstərilib

Britaniya Avropa İttifaqı ilə əlaqələrin yenidən qurulması istiqamətində ilk addımı atıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 40 faizi ötüb

Britaniya süni intellektə 14 milyard funtluq investisiya qoymağı planlaşdırır

“Fənərbağça”nın sabiq futbolçusu karyerasını başa vurub

Türkiyə Prezidentinin illik fəaliyyətini əks etdirən “Eşq ilə qaçan yorulmaz” kitabı nəşr olunub

Mərkəzi Bank Cəlilabadda vətəndaşların səyyar görüşünü keçirəcək

Bakı hava limanı adından yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edilib

ANAMA: 1043.2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

İtaliyada bir sıra dövlət qurumları və banklara kiberhücum olub

Ötən il Şri-Lankada 50 min nəfər denge qızdırmasına yoluxub

Ötən il Çin-Mərkəzi Asiya-Azərbaycan marşrutu ilə 350-dən çox konteyner blok-qatarı göndərilib

FHN: Masallıda fərdi yaşayış evi yanıb VİDEO

İtaliyada baş verən qar uçqunu nəticəsində üç nəfər həlak olub

Kreml: RF və ABŞ prezidentlərinin görüşü haqqında Trampın inaqurasiyasından sonra konkret danışmaq mümkün olacaq

Hesablama Palatası Dövlət İqtisad Universitetində keçirdiyi auditin nəticələrini açıqlayıb

Britaniya hökuməti atom enerjisindən istifadə edən suveren AI-nin inkişafına sərmayə qoyacaq

“BDU könüllüləri” təşkilatı tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib

Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Çinin xarici ticarət dövriyyəsində müsbət saldo bir trilyon dollara yaxınlaşır