İQTİSADİYYAT
Müstəqilliyimizin 20-ci ildönümünə həsr olunmuş şahmat turniri başa çatmışdır
Bakı, 29 oktyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin tabeliyində olan Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) təşkilatçılığı ilə keçirilən dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş şahmat turniri başa çatmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Respublika Şahmat Federasiyasında təşkil edilən oyunlarda nazirliyin aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 30-a yaxın əməkdaşı iştirak etmişdir.
Turnirə oktyabrın 28-də yekun vurulmuşdur.
Qaliblərə Fəxri Fərman və pul mükafatları təqdim olunmuşdur.