“MÜSYÖ JORDAN VƏ DƏRVİŞ MƏSTƏLİ ŞAH” TAMAŞASININ TƏQDİMATI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (ADAMT) mətbuat xidmətinə istinadla xəbər verir ki, mayın 26-da burada dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadugüni-məşhur” dram əsəri əsasında rejissor İlham Elxanoğlunun quruluşunda hazırlanmış tamaşanın təqdimatı keçiriləcəkdir.
Rollarda xalq artistləri Bəsti Cəfərova, Rafael Dadaşov, Telman Adıgözəlov, əməkdar artistlər Cəfər Namiq Kamal, Mehriban Xanlarova, Sabir Məmmədov, Hicran Nəsirova, aktyorlardan Elşən Cəbrayılov, Anar Heybətov, Ziba Ramazanova, Rəşad Bəxtiyarov və məktəbli Xədicə Novruzlu çıxış edəcəklər.
ADAMDT-nin 135 illik yubileyi ilə əlaqədar hazırlanmış səhnə əsərinin quruluşçu rəssamı xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Səbuhi Məmmədovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]