Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Mütəxəssis: Süni intellekt insandan asılıdır və ondan nə tələb edəcəyimizə biz qərar veririk MÜSAHİBƏ

Mütəxəssis: Süni intellekt insandan asılıdır və ondan nə tələb edəcəyimizə biz qərar veririk MÜSAHİBƏ

Bakı, 24 yanvar, Xatirə Cəfərova, AZƏRTAC

Avtomatlaşdırılmış jurnalistika son illərdə dünyada olduğu kimi, Azərbaycanda da diqqət mərkəzindədir. Bu sahə texnologiyanın və süni intellektin jurnalistika sahəsində tətbiqini ifadə edir. Avtomatlaşdırılmış jurnalistikada məlumatların toplanması, analiz edilməsi və xəbər mətnlərinin yaradılması prosesini avtomatlaşdıran proqram təminatları və alətlərdən istifadə edilir. Bu yanaşma xəbərlərin daha sürətli və səmərəli şəkildə təqdim olunmasına kömək edir. Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sünbül Zalova Azərbaycanda bu texnologiyanın tətbiqi ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Süni intellekt müasir jurnalistikanın bütün sahələrinə geniş tətbiq olunmaqdadır. Süni intellekt texnologiyalarının jurnalistikada rolu və əhəmiyyəti nədən ibarətdir?

-Süni intellekt jurnalistikası süni intellektin gücünü jurnalistikanın prinsip və dəyərləri ilə birləşdirən sahədir. Jurnalistika kontekstində süni intellekt ilk olaraq darıxdırıcı və təkrarlanan (hesabat və statistik məlumatlar kimi) tapşırıqları yerinə yetirirdi. Süni intellektli proqramlar təkmilləşdikcə bu texnologiyaların jurnalistikada rolu daha da artır. Süni intellekt insan intellektindən asılıdır və ondan nə tələb edəcəyimizə biz qərar veririk. Süni intellekt texnologiyalarından uğurlu istifadə etmək üçün onun necə işlədiyini birbaşa təcrübə vasitəsilə öyrənmək və tətbiq etmək lazımdır. Süni intellekt texnologiyaları müasir jurnalistikanın bütün sahələrinə geniş şəkildə tətbiq olunur. Mətn tipli məlumatların intellektual analizi, multimedia resurslarının avtomatik aşkarlanması, toplanması, müəyyən formata gətirilməsi və digər optimallaşma məsələlərində süni intellekt texnologiyaları böyük əhəmiyyətə malikdir. Süni intellekt texnologiyaları əsasında hazırlanan xəbərlərdə qərəzlilik, reklam və şəxsi rəğbət izlərinin olmaması bu jurnalistikanın əsas xarakterik cəhətidir. Süni intellekt texnologiyalarına əsaslanan jurnalistika ictimaiyyətin maraqlarına xidmət etmək potensialına malikdir, fərdi məlumatların təhlükəsizliyi, xəbərlərdə şəffaflıq və hesabatlılıq məsələləri daxil olmaqla informasiya təhlükəsizliyində böyük imkanlar yaradır. Xəbərlərin əldə olunmasında, redaktə olunmasında, yayımında, bir sözlə, xəbər istehsalında və məruzələrin oxunmasında robot proqramlardan (botlardan) geniş istifadə olunur. Məsələn, mətnlərdə avtomatik şəkildə ümumiləşdirmələrin aparılmasında, hava proqnozunun hazırlanmasında, reklam bazarında mətni toplayan və emal edən xüsusi analitik sistemlərdən istifadə edilir (əsasən hesabat tipli məlumatların toplanmasında). Müasir dövrdə proqram təminatının köməyi ilə hazırlanmış xəbərlər tədricən xəbər hazırlanma sisteminin ayrılmaz bir hissəsinə çevrilib və nəticədə jurnalistika, kompüter elmləri və statistika sahələrinin qarşılıqlı şəkildə işləməsinə səbəb olub.

-Jurnalistika sahəsində əsasən hansı süni intellekt çat-botları tətbiq olunur?

-Süni intellekt (Sİ) çat-botlarına tez-tez "virtual köməkçilər" və ya "virtual agentlər" deyilir. Sİ çat-botları təbii dil emalı (NLP) kimi tanınan bir prosesdən istifadə edərək insan söhbətlərini izləmək üçün öyrədilmiş proqramlardır. NLP metodundan istifadə etməklə mətnin təhlili vasitəsilə biliklərin mənimsənilməsi mövzusu inkişaf etdirilə və təkmilləşdirilə bilər. NLP-nin köməyi ilə süni intellektlə işləyən çat-bot insan dilini yazıldığı kimi sərbəst şəkildə şərh edə və cavab verə bilər. Botların sürətli böyüməsi sosial media şirkətləri, jurnalistlər və məzmun yaradıcıları üçün yeni mənəvi və hüquqi dilemmalar yarada bilər. ChatGPT kimi süni intellekt çat-botları jurnalistika sahəsində geniş yayılıb. Hazırda bir çox xəbər təşkilatları süni intellekt texnologiyalarından istifadə edir. Ən çox istifadə olunan süni intellektli bot hazırda ChatGPT-dir. Ümumiyyətlə, botlar jurnalistlərə müsahibələr üçün suallar hazırlamağa kömək edə bilər. Müsahibə mövzusu üçün düşündüyünüz sualları sadalaya bilərsiniz və proqram onlardan sonra modelləşdirilmiş daha çox sual yaradacaq. ChatGPT redaktor kimi istifadə edilə bilər. Jurnalistlər əlavə edilən məlumatların doğruluğundan əmin olmaq üçün ChatGPT-nin etdiyi dəyişiklikləri nəzərdən keçirməli və faktları yoxlamalıdırlar. Təqdim olunan ChatGPT-4o versiyası ilə kameranızı açaraq danışa bilirsiniz. Sizi anlayır və soruşduğunuz suala uyğun məlumat verir. İntonasiya ilə danışır və təbii reaksiyalar verir.

- Əsasən hansı xəbər agentlikləri süni intellekt texnologiyalarından istifadə edir?

- “Reuters” xəbər agentliyinin xəbər təşkilatlarının rəhbərləri arasında apardığı sorğuda xəbər ortaqlarının 56 faizinin ondan avtomatlaşdırılmış məzmun yaratmaq üçün istifadə etdiyini, 37 faizinin tövsiyə sistemləri ilə tanış olmaq üçün, 28 faizinin ondan məzmun yaratmaq və satmaq üçün istifadə etdiyini müəyyən edib. “Reuters” xəbər agentliyi xəbərləri və tendensiyaları müəyyən etmək, həmçinin hər bir xəbər üçün foto və video seçimində “Lynx Insight” adlı süni intellekt çat-botundan istifadə edir. “BBC News” xəbər məqalələrini mövzuya görə müəyyən etmək və qruplaşdırmaq üçün “Juicer” adlı süni intellekt çat-botundan istifadə edir ki, bu da müxbirlərə əlaqəli məqalələrə tez və asanlıqla daxil olmaq imkanı verir.“The Washington Post” yerli idman və seçki nəticələri kimi mövzularda qısa məqalələr yazmaq üçün “Helioqraf” adlı süni intellekt çat-botundan istifadə edir.

-Süni intellekt jurnalistikasının müsbət və mənfi cəhətləri, etibarlılığı və keyfiyyəti nədən ibarətdir?

-Süni intellekt texnologiyaları, adətən, jurnalistlərin gördükləri yorucu və vaxt aparan işlərin öhdəsindən gələ bilər, bu isə jurnalistlərə vaxtlarını daha mürəkkəb və yaradıcı işlərə ayırmağa kömək edə bilər. Məlumatlarda orfoqrafik səhvi və qərəzlilik potensialını aradan qaldıraraq daha dəqiq və etibarlı məlumat yaradır. Süni intellekt çat-botları dil problemini aradan qaldıraraq bütün məlumatları əlçatan edir.

Süni intellekt son illərdə əhəmiyyətli irəliləyiş əldə etsə də, onun məhdudiyyətləri var. Yadda saxlamaq lazımdır ki, texnologiya (informasiya texnologiyaları) həm imkanlar, həm də problemlər gətirə bilər. Texnologiyada irəliləyişlər bəzi işləri sıradan çıxarmaqla yanaşı, həm də yenilərini yarada və maraqlı karyera yolları aça bilər. Xəbərlərin dürüstlüyünü və etibarlılığını təmin etmək üçün süni intellekt jurnalistikasında etik mülahizələr ön planda olmalıdır. Jurnalistikada süni intellektdən istifadə xəbərlərin daha dəqiq və etibarlı işıqlandırılmasına gətirib çıxara bilər, lakin proses boyu etik standartları qorumaq vacibdir.

Müasir cəmiyyət inkişaf etdikcə, süni intellektin insan fəaliyyətində və davranışında rolu artır. Müasir 4-cü sənaye inqilabı, kiberfiziki sistemlər və sosial media çağımızda insanlar bütün informasiya ehtiyaclarını ödəyə bilən daha yeni, daha ağıllı sistem istəyirlər. ChatGPT və digər süni intellektlə işləyən çat-botlar tam olmasa da, insanların bu ehtiyacını ödəyə bilər. Süni intellekt çat-botları artan səmərəlilik, dəqiqlik və əlçatanlıq daxil olmaqla, jurnalistika sahəsinə bir çox üstünlüklər təklif edir. Bununla belə, çətinliklər və məhdudiyyətlər nəzərə alınmalıdır.

-Süni intellektə əsaslanan robotlar gələcəkdə insan faktorunu aradan qaldıracaqmı?

-Sİ jurnalistikası müasir dövrün tələblərinə cavab verərək jurnalistlərin təhlükəsizliyi, informasiyanın sürətli toplanması və yayılması məsələlərini müvəffəqiyyətlə həll etsə də, onun da çatışmayan cəhətləri vardır. Sİ jurnalistikası tərəfindən ötürülən xəbərin emosional tonlardan uzaq olması, həmçinin xəbərlərin dinamik dəyişməsi və həddən artıq böyük olması, gələcəkdə oxucuların bu xəbərlərə qarşı münasibətində dəyişikliklərin yaranacağından xəbər verir. Ənənəvi jurnalistikada jurnalistin şəxsi fikirləri, hiss və həyəcanları, yazı üsulu, hətta tez-tez işlətdiyi xarakterik ifadələr oxucularda maraq, emosional hiss və hadisəyə münasibət formalaşdırırdısa, Sİ jurnalistikası gələcəkdə insanların maşın tərəfindən hazırlanan məlumatlarla kifayətlənmə məcburiyyətində olacağından xəbər verir. Sİ jurnalistikası tərəfindən yaradılan xəbər və məlumatlar yüksək qiymətləndirilsələr də, insan zəkasının məhsulu ilə eyni tutula bilməz. Çünki faktlara tənqidi yanaşma robotlar tərəfindən aparıla bilməz. Robot jurnalistikası demokratiya və insan hüquqlarının bələdçisi deyil. Jurnalistlərin rolu həmişə faktları seçmək, sonra yoxlamaq, strukturlaşdırmaq və ötürmək olub. Robot jurnalistikası bu işlərin hamısını yerinə yetirir və jurnalistlərə yalnız məlumatı cəmiyyətdəki sosial-iqtisadi və siyasi vəziyyətə uyğunlaşdırmaq qalır. Yəni, məlumatın cəmiyyətə tam və ya qismən ötürülməsi və ya gizlədilməsi, həmçinin ötürülən məlumata cavabdehlik jurnalistin üzərinə düşür.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəmkir sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb

Barəsində hökm çıxarılan Türkiyənin Van bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Somali işğal dövründə də İƏT çərçivəsində Azərbaycanı hər zaman dəstəkləyib - ŞƏRH

Şahbuz rayonunda humanitar tibbi aksiya keçirilib

Akademiyanın bir qrup tələbəsi və əməkdaşı “Erasmus+” proqramında iştirak edəcək

Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

İqdır liseylərində Xocalı soyqırımı mövzusunda müsabiqə elan olunub

Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyi görüş keçirib

Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib

BMT: Hər il 400 minə yaxın uşaq və yeniyetmə xərçəng xəstəliyinə tutulur

“Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Yol polisi dağlıq rayonlarda yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət edib

9 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR

Sabah hava yağmursuz keçəcək - Proqnoz

Yevlaxda baş verən yol qəzasında dörd nəfər xəsarət alıb

“Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu” keçirilib

Müdafiə Nazirliyi: Gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə vətəndaşlardan andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Əliağa Vahid-130” adlı kitab sərgisi açılıb

Serbiyada milli bayram – Dövlətçilik Günü qeyd olunur

Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub

DİN: Ötən gün 78 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Bu gün Azərbaycanın ən güclü şahmatçıları bəlli olacaq

Azərbaycan nefti ucuzlaşıb

Misli Premyer Liqası: XXIII tura Sumqayıtda start veriləcək

SOCAR-la Asiya İnkişaf Bankı arasında mövcud və potensial əməkdaşlıq imkanları müzakirə olunub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Lerikdə qarın hündürlüyü 24 sm-ə çatıb – FAKTİKİ HAVA

Ədliyyə naziri Şirvan şəhərində vətəndaşların müraciətlərini dinləyib

İtaliyada “Amazon” şirkətinin fəaliyyəti yoxlanılır

Bəzi yanğından mühafizə müəssisələrinin lisenziyaları ləğv olunub

Yaşlılarda yıxılma riskinin proqnozlaşdırılması üçün sadə test tövsiyə olunur

Albaniyada Azərbaycanda yenidənqurma və bərpa işləri barədə kitab işıq üzü görüb

Kişi və qadınların stres reaksiyalarındakı fərqlərin səbəbi araşdırılıb - TƏDQİQAT

Fransada kursant avtomobillə 5 nəfərə xəsarət yetirib

Britaniya jurnalı Azərbaycan kəlağayısına həsr olunmuş məqalə dərc edib

Macarıstanın logistika mərkəzinə çevrilməsi planlaşdırılır

Üzeyir Hacıbəylinin 140 illik yubileyi Türkiyənin Dövlət Opera və Balet Teatrında qeyd ediləcək

Riçard Almeyda Braziliya klubuna keçib

Malidə nazirin kortejinə hücum zamanı 4 polis yaralanıb

Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir

“Beynəlxalq Kitab Bağışlama Günü”ndə məktəblərə kitab hədiyyə edilib

Hakan Fidan və Marko Rubio Cənubi Qafqazda davamlı sülh üçün birgə səyləri müzakirə ediblər

Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində tam tərkibdə formalaşmamış bələdiyyə ilə bağlı MƏLUMAT

29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində seçilmiş bələdiyyə üzvlərinin SİYAHISI

Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər etibarsız hesab edilmiş bələdiyyələrin SİYAHISI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI

29 yanvar 2025-ci il Səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının PROTOKOLU

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib

Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb

Azərbaycanla Qırğız Respublikası arasında statistika sahəsində əməkdaşlıq müzakirə olunub

Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib VİDEO

Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib

Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ümumi yekunlarını elan edib  YENİLƏNİB

Ərdoğan: “Mən etdim, belə də olacaq” prinsipi regionda işə yaramayacaq

Sabah Afrika İttifaqının dövlət və hökumət başçılarının sammiti işə başlayacaq

HHQ-nin “N” hərbi hissəsinin yaranma günü qeyd olunub

Yuxarı Mil kanalından 158 min kubmetrdən çox lil təmizlənib

61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb

Kayum Nasırinin 200 illiyinə həsr edilən beynəlxalq elmi-praktik seminar keçirilib

Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini təbrik edib

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 67 minə yaxın müraciət olub

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub VİDEO

Bakıda Azərbaycan Maliyyə Forumu keçirilib - YENİLƏNİB

Azərbaycan cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" turnirinə 2 medalla başlayıblar

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Zati-aliləri cənab Əhməd əl-Şaraaya

Qazaxıstan və Çin nəqliyyat-logistika sahəsində əməkdaşlığı genişləndirirlər

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Elm və Təhsil Nazirliyi ilə AİB arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Ukraynalı ekspert: Donald Trampın Ukrayna və Rusiya prezidentləri ilə danışması sülh üçün müsbət mesajdır

Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə universitetləri ilə ortaq dəyərlərimizin təbliği istiqamətində əməkdaşlığa başlayır

“Müasir cəmiyyətdə və elmdə qadının rolu” mövzusunda elmi konfrans keçirilib

“İşıq” Gənclərin Karyera Planlaması düşərgəsi başa çatır

AQTİ-nin İdarə Heyətinin sədri: Ölkəmizdə heyvan xəstəliklərinə qarşı aparılan irimiqyaslı tədbirlər öz bəhrəsini verir

Pedaqoji Universitetdə Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib

Daha 7 regionda ulduz kateqoriyalarını düzgün qeyd etməyən hotellərin reklamları söküləcək

Afaq Şıxlı: Süni intellekt köməkçi alət ola bilər, lakin yaradıcılıq və dərin məna həmişə insan qəlbindən süzülüb gələcək - MÜSAHİBƏ

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatı

Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində daha 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib

Beş gündə meşə fondu torpaqlarında 181 mindən çox ağac əkilib

Türk professor: Azərbaycan həm milli maraqlarını qoruyur, həm də dünyada sülhün bərqərar olmasına töhfə verir

“Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində qaliblər mükafatlandırılıb

Xaçmazda yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanları olan şadlıq sarayının fəaliyyəti dayandırılıb

Balkan çempionatından iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib

® “Expressbank”ın əməkdaşları Uşaq Onkologiya Mərkəzini ziyarət ediblər

Bakıda “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçirilib

Mina qurbanlarına həsr olunan elektron fotokitab hazırlanıb

Çin və Rusiyadan idxal edilmiş kürülərin “Azerbaijan Caviar” adı ilə satışa çıxarıldığı aşkarlandı

BDU-da Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə aksiya keçirilib

UNEC-də “Enerji üzrə Azərbaycan-Alman Elm, Təhsil və Tədqiqat Mərkəzi” yaradılacaq

“Bir elin manifesti” adlı birinci ümumrespublika hekayə müsabiqəsi ilə əlaqədar mətbuat konfransı keçirilib

Hazırda 329 ahıl cütlüyə evdə sosial-məişət xidməti göstərilir

Gürcüstanın xarici ticarət dövriyyəsi 39 faiz artıb