Muxtar respublikada ötən il 311 min ting əkilib

Naxçıvan, 17 mart, AZƏRTAC
Muxtar respublika ərazisində 826,9 hektar sahədə meşəsalma, meşəbərpa və toxumla əkin işləri görülüb, 311 min 90 ədəd ting əkin dövriyyəsinə daxil edilib. Nazirlik tərəfindən isə 432 hektar sahədə meşəsalma, meşəbərpa və toxumla əkin işləri həyata keçirilib, 94 590 ədəd ting əkilib. Meşə fondu ərazilərində 24,3 hektar sahədə damcılı suvarma sistemi qurulub, sıradan çıxmış su boruları yeniləri ilə əvəz olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Quşçuluq, Xətai və Qoşadizə tinglik sahələrində 11950 ədəd şam və müxtəlif növ meyvə, meşə dibçəkləri yaşıllıq sahələrində bərpa aparılması üçün təşkilatlara verilib. Batabat yaylasında “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib, 110 ədəd dibçəkdə palıd, akasiya və həmişəyaşıl tingləri əkilib. Batabat gölünün ətrafında 2,0 hektar sahədə 1800 ting əkilib, xaşa toxumu səpilib, 12 tonluq su çəni əraziyə yerləşdirilib və 1 hektar sahədə damcılı suvarma sistemi quraşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2025 [12:49]
Qaya parçaları Quba-Xınalıq yolunu bağlayıb
- 18.04.2025 [12:41]
FHN Şamaxıda yanğın təhlükəli şadlıq evinin fəaliyyətini dayandırıb
- 18.04.2025 [09:50]
Yardımlıda polis əməliyyat keçirib, saxlanılan şəxsdən tapança götürülüb
- 17.04.2025 [20:29]
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində müşavirə keçirilib
Tramp İtaliyaya səfər edəcək
- 17.04.2025 [23:46]
Ötən il bir dini icma qeydiyyata alınıb, altısının qeydiyyatı ləğv olunub
- 17.04.2025 [23:41]
ABŞ-da universitetdə atışma olub, ölən və yaralananlar var
- 17.04.2025 [22:52]
Yüksək Liqa: “Azərreyl” və “Abşeron” finala yüksəlib
- 17.04.2025 [22:12]
Milli Xalça Muzeyində “İkinci həyat” sərgisinin açılış mərasimi keçirilib
- 17.04.2025 [22:01]
Azərbaycan və Sloveniya Birgə İşçi Qrupunun ilk iclası olub
- 17.04.2025 [20:35]
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində müşavirə keçirilib
- 17.04.2025 [20:29]
Lənkəranda avtomobil kanala aşıb, xəsarət alan var
- 17.04.2025 [20:22]
Azərbaycan və Türkiyə HDQ arasında protokol imzalanıb
- 17.04.2025 [20:11]