Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

NADİR ŞƏXSİYYƏT

Aleksandr Adler, 

“Kuryer İnternasional” jurnalının (Fransa)

baş redaktoru

Prezident Heydər Əliyevə 80 illik yubileyi günündə bütün nemətləri arzu etmək istərdim. İndi o, yollar, zamanlar, məkanlar ayrıcında olaraq, bu narahat dünyada sabitliyi, müdrikliyi və öz şəxsi ömürnaməsinin hüdudlarından çox-çox uzaqlara gedən sabaha ümidi təcəssüm etdirir.

Heydər Əliyevdə insanı ən çox onun planet miqyasında siyasi uzunömürlülüyü heyran edir.

Heydər Əliyev fəaliyyətinə 40-44-cü illərin son dərəcə mürəkkəb bir şəraitində başlamışdır. Bu, elə bir dövr idi ki, 20 yaşlı gənclər indiki yaşıdlarına nisbətən cəmiyyətdə daha böyük rol oynayırdılar. O, Naxçıvanda idi, nasist Almaniyası ilə ölüm-dirim mübarizəsi aparan Sovet İttifaqının çox çətin sərhəd sahəsini qoruyurdu. O vaxtlar Türkiyənin öz alman müttəfiqi tərəfində müharibəyə qoşulması təhlükəsi vardı, səfir fon Papenlə hər gün danışıqlar aparılırdı. Türkiyə ordusunun baş komandanı almanpərəst əhval-ruhiyyədə idi, xoşbəxtlikdən, Prezident İnönü bu əqidələrə tərəfdar deyildi.

Gənc sərhədçilər Türkiyə ərazisində müntəzəm kəşfiyyat əməliyyatlarını cəsarətlə aparırdılar. Onların arasında Heydər Əliyev adlı gənc leytenant xeyli fərqlənirdi.

Sonra Heydər Əliyev Təbrizdə xidmət edir, faciəli hadisələrin şahidi olur. Bu hadisələrin mahiyyətini çox yaxşı başa düşürdü – şah hakimiyyəti olduqca mürəkkəb şəraitdə cənubi Azərbaycanı ələ keçirmək niyyətində idi. Bunlar ona dərin təsir bağışlayır və o, şah polisi tərəfindən Pişəvərinin qətlindən və Azərbaycanda kommunist ideyalarının – həmin dövrdə Azərbaycan xalqının öz ümidlərini bağladığı ideyaların puça çıxmasından sonra çox düşünüb-daşınır.

Heydər Əliyev muxtariyyət yaratmaq istəyən Cənubi Azərbaycan demokratlarının təlaş-təşvişlərinin, habelə Mustafa Bərzaninin kürd respublikasının darmadağın edilməsinin şahididir. Bunlar Sovet İttifaqının ilk məğlubiyyətləridir, onun ardınca digər məğlubiyyətlər gələcəkdir.

Azərbaycanın qeyrətli vətənpərvəri olan Heydər Əliyev Sovet İttifaqının köməyi ilə böyük Azərbaycanın inkişafını görmək istəyirdi. Lakin o, başa düşməyə başlayırdı ki, rusların qüdrəti intəhasız deyil və bəlkə də bu, Sovet İttifaqının hər şeyə qadir olduğu barədə xülyalara qapılanlardan fərqli olaraq, onun siyasi karyerasının uzun sürməsinin səbəblərindən biridir.

Heydər Əliyev başa düşür ki, həqiqət, əslində daha mürəkkəb və daha çətindir. O, gözəl bilir ki, xarici siyasət mürəkkəb bir fəaliyyətdir, burada bilik, ağıl-zəka, kəşfiyyat və danışıqlar da qüvvə kimi eyni əhəmiyyətə malikdir. Bütün bu keyfiyyətlərə malik olan Heydər Əliyev çox vaxt silahsız, ancaq öz zəkasının gücü ilə, köməyi ilə mübarizə aparmalı olmuşdur və bu günədək də belədir.

Heydər Əliyev Sovet İttifaqının kəşfiyyat xidmətlərində davam etmiş bütün bu uzun təcrübəni öz xalqına xidmətə yönəltmişdir. Ümidlər və xoş xəyallarla dolu olan Brejnev dövrünün əvvəllərində o, mürəkkəb vəziyyətə düşmüş Azərbaycan Respublikasının rəhbəri təyin edilir. Onun həmin vəzifədəki sələfi Vəli Axundovun da öz nöqsanları vardı, lakin bu vəziyyətin yaranmasının təqsiri onda deyildi. Azərbaycan üçün postneft erasının başlanğıcı, respublikanın sərvətlərinin tükənmək həddinə çatdığı və sənayeni daha yüksək texnoloji səviyyəyə keçirmək tələb edildiyi bir vaxt idi.

Heydər Əliyev bu məqsədin həyata keçirilməsi – emal olunmamış xammalın sadəcə hasilatından imtina edərək, işin yeni normalarının, yeni texnologiyaların yaradılması uğrunda mübarizə aparmağa başlayır. Bu səhvi ərəb dünyası 50-ci illərdə etmişdi. Respublika iqtisadiyyatını modernləşdirmək üçün Mərkəzi hakimiyyətdən kreditlər ayırmasına nail olmaq lazım idi. Bundan ötrü isə daimi və gərgin diplomatik səylər tələb olunurdu. Lakin bu səylərə Dövlət Plan Komitəsinin yeni rəhbəri Baybakovun əslən Azərbaycandan olması da kömək etmirdi.

Heydər Əliyev bu döyüşdən qalib çıxır, nəticədə 70-80-ci illərdə Azərbaycan, ilk növbədə, neft texnologiyaları və informatika sahəsində yüksək inkişaf etmiş sektorlara malik iri sənaye ölkəsinə çevrilir. Az-az adam bilıir ki, Bakı sovet informatikasının mühüm mərkəzlərindən biri idi.

Eyni zamanda, Heydər Əliyev mədəniyyət sahəsində misli görünməmiş siyasət yeridir: Qafqazın Böyük Teatrı adlandırılan Bakı Opera Teatrı çiçəklənir, əla simfonik orkestr, güclü şahmat məktəbi yaradılır, istedadlı kinorejissorlar yetişdirilir. Məlumdur ki, Azərbaycan kinosu uzun müddət durğunluq vəziyyətində olmuşdur, halbuki vaxtilə “Arşın mal alan” Stalinin sevimli filmi idi.

Heydər Əliyevin səadətli anları Y.Andropovun ölkəyə rəhbərliyi dövrünə təsadüf edir.

Heydər Əliyevin Azərbaycanın rəhbəri vəzifəsində uğurlu və çoxşaxəli fəaliyyətinin nəticəsi idi ki, Yuri Andropov öz islahatlarının ilk dövrünə başlayanda Heydər Əliyevi ən yaxşı baş nazir hesab edir və düşünürdü ki, o, ölkənin dövlət aparatına təkan verməyə qadirdir. Andropov hakim rus millətçiliyinin düşməni idi, hesab edirdi ki, “Leninin milli siyasətinə” qayıtmaq, yəni respublikaların rəhbərlərinə Mərkəzdə layiq olduqları yeri vermək lazımdır.

Y.Andropov Heydər Əliyevi bir də buna görə qiymətləndirirdi ki, İran inqilabı məsələsində onların arasında qarşılıqlı anlaşma vardı. Məlum olduğu kimi, Moskvadakı bir çox rəhbər şəxslər islam inqilabına olduqca sadəlövhlüklə sevinirdilər. Onlar Xomeyniyə oğlu Əhmədin köməyi ilə yol tapmış və belə güman edirdilər ki, Yaxın Şərqdə hökmranlıq uğrunda amerikalılarla mübarizədə Xomeyninin simasında potensial müttəfiq tapacaqlar. Bu şəxslər islam inqilabını “ram etməklə” (“pələngi ram etmək” – Mao Tze Dun belə deyirdi) öz məqsədlərinə çatmaq ümidində idilər.

Yüksək inkişaf etmiş sağlam düşüncə sahibi olan Heydər Əliyevin isə başqa niyyətləri vardı: ənənəvi dünyəvi Azərbaycanı İranın dini təsirindən qorumaq, böyük əksəriyyətinin Xomeynini o qədər də xoşlamayan İrandakı azərbaycanlılara dini təsirə müqavimət göstərməkdə kömək etmək.

Heydər Əliyev ürəyinin dərinliyində istər Sovet İttifaqı üçün, istərsə də İran üçün liberal inkişaf arzulayırdı.

Sovet diplomatiyasında islamizmə və inkişaf zəifliyinə qarşı yönəldilmiş böyük dəyişikliyin təşəbbüsçüsü məhz Heydər Əliyev olmuşdur. Sonralar bu xətt Qorbaçov və Şevardnadze tərəfindən davam etdirilmişdir. Türk və bolqar mafioz dairələrinin Roma papasına qarşı təşkil etdiyi sui-qəsd cəhdi Heydər Əliyevin apardığı siyasətin düzgünlüyünü təsdiqlədi.

Şübhə yoxdur ki, Heydər Əliyev sovet diplomatiyasının istiqamətinin dəyişdirilməsində ən başlıca rol oynamışdır. Lakin onun bu xidmətini nə Dobrınin, nə də Qorbaçov etiraf etmişlər. Üstəlik, Qorbaçov hakimiyyətə gəldikdən sonra sovet rəhbərliyi Heydər Əliyevin guya səhhətinin pisləşdiyini bəhanə gətirərək onu Siyasi Bürodan uzaqlaşdırdı.

Heydər Əliyevin əvvəlcə ancaq ədalətsiz siyasi sanksiya kimi qarşıladığı bu qərar, əslində, rusların öz cənublu müsəlman tərəfdaşlarını sıxışdırıb aradan çıxarmaq siyasətinin bir xüsusiyyəti idi. Bibliyada İosif barəsində deyildiyi kimi, İosif Firona daha əl vermədiyinə görə o, getməli idi.

Tanrının son dərəcə güclü ruh bəxş etdiyi Heydər Əliyev dərin daxili ləyaqətə, özünə hörmət qazandırmaq bacarığına, habelə sarsılmaz iradəyə malikdir və öz xalqına sıx bağlıdır.

Bu keyfiyyətlər respublikanın siyasətinə qarşı Moskvanın yeritdiyi təhrikçilik siyasətinin nəticəsi olan Qarabağ münaqişəsinin başlandığı vaxtdan özünü xüsusilə büruzə vermişdir. Böhran inkişaf edib dərinləşdikcə, Heydər Əliyev Azərbaycan haqqında böyük narahatlıqla düşünürdü. Axı, Azərbaycan parçalanmaq təhlükəsi ilə qarşılaşmışdı və onun zəhmətinin buradakı bəhrələrini həm Mərkəzi hökümətin əlaltıları, həm də Türkiyəyə meyl edənlər dağıdırdılar.

O, öz milli amalına sadiq qalaraq, Azərbaycan cəmiyyətinin bütün nümayəndələri ilə görüşür, onlara məsləhətlər verir, bəzilərini, məsələn, Elçibəyi dəstəkləyirdi. Heydər Əliyevin əsas qayğısı, Ermənistanla müharibə ilə yanaşı, ölkənin dağılmasına gətirib çıxara biləcək ən başlıca bəla olan vətəndaş müharibəsinin qarşısını almaq idi.

Ancaq Azərbaycanda həm Şimalın, həm də Cənubun dəstəklədiyi, qardaş qırğını müharibəsini qızışdırmaq istəyən məsullyətsiz adamlar var idi. Heydər Əliyev gözəl başa düşdüyü və qiymətləndirdiyi belə mürəkkəb vəziyyətdə yenə də yalnız öz zəkasının gücü ilə hərəkət edirdi.

Azərbaycanın Moskva ilə Tehran arasında məngənəyə alındığı ağır bir vaxtda Heydər Əliyev öz xalqının Xilaskarı kimi gəldi.

Heydər Əliyev tədricən, qətiyyətlə, amma təzyiqsiz məcbur edə bildi ki, onun özünə və respublikaya hörmət etsinlər. Bunu Moskva ilə münasibətlərdə etmək asan oldu, çünki orada hamı bilirdi ki, Heydər Əliyev ölkənin rəhbərlərindən biri olmuşdur. Bunu Türkiyə ilə də etmək asan oldu, sağ ekstremistlərin əbəs cəhdlərindən sonra Ankara başa düşdü ki, Heydər Əliyevi asılı vəziyyətə salmaq mümkün deyildir. Ankara onu da başa düşdü ki, Heydər Əliyev türkdilli Azərbaycanın müstəqilliyindən və özgürlüyündən heç vaxt imtina etməyəcəkdir.

İranla münasibətlərin yaxşılaşdırılması böyük zəhmət sayəsində, müəyyən dərəcədə Xatəminin qələbəsi və Azərbaycan xalqı üçün yeni perspektivlər açılan bu cənub qonşunun ardıcıl surətdə demokratikləşməsi sayəsində mümkün oldu.

Heydər Əliyevin siyasəti çoxlarını qane etmirdi: regionun üç iri dövləti tərəfindən onun həyatına bir sıra sui-qəsdlər törədilmişdir. Lakin Tanrı Heydər Əliyevi qorumuşdur.

Belə bir şəraitdə Heydər Əliyev dinclik bilmədən öz ölkəsini dirçəltməyə başlayır. Diqqətəlayiq faktdır ki, onun hakimiyyətə ikinci qayıdışı Azərbaycanın yeni neft erası dövrünə təsadüf etmişdir, halbuki o, ölkəyə rəhbərliyə ilk dəfə postneft dövründə gəlmişdi.

Yeni neft erası kökləri XIX əsrin sonları-XX əsrin əvvəllərinə təsadüf edən böyük ənənələrin davamıdır. O vaxtlar Bakı inkişaf sarıdan dünyanın bir çox paytaxtlarını geridə qoyurdu. Burada tramvay xətti Moskvadakından əvvəl çəkilmişdir, Bakı operası bütün Rusiya imperiyasında ən yaxşı opera sayılırdı. Bakıya İran və Türkiyədən axın-axın mühacir fəhlələr gəlir, onlar inqilabi mübarizə üsullarına yiyələnirdilər. İran və Türkiyədə 1906-1908-ci illər inqilabları Bakısız mümkün ola bilməzdi, ona görə ki, Bakı Şərqin əsl inqilab ürəyi idi.

Heydər Əliyevin himayəsi ilə Azərbaycan tədricən regionun strateji mərkəzinə və deməli, XXI əsrin mühüm dövlətlərindən birinə çevrilir.

Bəs bu transformasiyalar nəyin sayəsində baş verir? Burada üç amili qeyd etmək lazımdır:

1. Azərbaycan bu gün bütün müsəlman dünyasında ən qabaqcıl ölkə olsa da, ən zəngin ölkə deyildir. Bu, təəccüblü deyil, çünki sürətlə sənayeləşdirmə çox vaxt yoxsulluqla müşayiət olunur. Lakin bu vəziyyət neftdən götürülən gəlirlər sayəsində tezliklə düzəlməlidir.

Azərbaycanda müasir dəyişikliklər Türkiyədəkindən daha tez baş vermişdir. İndi adambaşına götürdükdə Azərbaycanda (bəlkə də, hazırlıqları çox yüksək deyil) Fransadakı qədər həkim var. Əhalinin tibbi xidmətlə bu cür başdanbaşa əhatə edilməsinin dünyada tayı-bərabəri yoxdur. Savadlılığın səviyyəsi 98 faizə çatır ki, bu da Fransadakından yüksəkdir. Neft sahəsindəki mühəndislərin sayı da Fransanın həmin göstəricisindən artıqdır. Azərbaycanda elə ali məktəblər var ki, onlar Sovet İttifaqının aparıcı elmi mərkəzləri olmuşdur.

Zənimizcə, Azərbaycan modernləşdirmənin ahəngini saxlamaq üçün Rusiya ilə daimi və güclü əlaqələrə, dostluğa və qarşılıqlı hörmətə əsaslanan güclü münasibətlərə malik olmalıdır. Üstəlik, Azərbaycan, heç şübhəsiz, çeçenistan probleminin həllində Rusiyaya kömək edə bilər.

2. Dünyadakı Azərbaycan icmaları ilə əlaqələr nəzərə alınmaqla, Azərbaycan, sözün həqiqi mənasında, öz ərazisi ilə müqayisədə daha mühüm rol oynayır.

Azərbaycan mədəniyyəti İranda Qəzvinədək geniş bir ərazini əhatə edir. İranda azərbaycanlılar Tehranın əslində bütün bazarının sahibidir, Şahbanu Fərəfin, habelə Şəriət Mədarinin adları məşhurdur. Əslində türk-fars mədəniyyəti olan İran mədəniyyətində Azərbaycan elementi dərin kök atmışdır. Türk mədəniyyəti yalnız müasir Türkiyə ilə məhdudlaşmır, bütün Şərq mədəniyyətinin tərkib hissələrindən biridir.

Üç böyük imperiyanın- türk, rus və fars imperiyalarının təşəkkülünün şahidi olan azərbaycanlıların misilsiz bir keyfiyyəti var: onlar bu üç xalqı başa düşərək, özünəməxsusluğunu qoruyub saxlamaq və assimilyasiyaya uğramamaq üçün kifayət qədər gücə malikdirlər. Harada yaşamalarından asılı olmayaraq, onlar tərəqqi və modernləşmə daşıyıcılarıdır. Azərbaycanlılar başqa mədəniyyətlərə açıqdırlar və müasirliyin ənənəvi cəmiyyətlərə tətbiqinin daşıyıcılarıdır.

Tezliklə, neft hasilatı artırılıb 60 milyon barrelə çatdırıldıqdan sonra Bakı - mədəniyyətlərin qovuşduğu bu şəhər indi unudulmuş bütün qədim yolların işləməsini təmin etmək üçün iqtisadi imkanlara malik olacaqdır.

3. Azərbaycan və azərbaycanlılar müasirlik və bilikləri yaymaq niyyətlərinin güclü olduğu ölkə və xalqdır. Bu, bir qədər sadəlövh, amma nəcib iddialar sovet dövrünə xas idi. O vaxtlar mərkəz Azərbaycan olmaqla, Sovet İttifaqına oxşar və Türkiyədən, İrandan, bəlkə də ərəb dünyasının bir hissəsindən - Suriya və İraqdan ibarət böyük bir mədəni-siyasi konqlomerat yaratmaq ideyası vardı.

Bu kommunist perspektivləri keçmişdə qaldı, amma həmin ideya çox da utopik deyildir. Əlbəttə, bu ölkələr heç zaman böyük Avrasiya xilafəti və ya xaqanlığı yaratmayacaqlar, lakin gələcəkdə həmin ölkələrdən hər birinin milli suverenliyinə hörmət göstərilməsi şərtilə ümumi bir bazar yaradılması və mübadilələrə yenidən başlanması mümkündür.

Bu birliyin ürəyi Ankara və Tehran deyil, məhz Azərbaycan və regionun elm mərkəzi hesab edilən Bakı olacaqdır.

Yeni neft erası, Qərb ölkələrinin Azərbaycana qayıtması bu perspektivi real edir. Qərbyönümlü olan və imperiyanın özünün eybəcər formalarında bərpa olunmasından imtina edən Vladimir Putinin başçılığı ilə Rusiya siyasətçiləri Azərbaycanın bütün əhəmiyyətini anlamağa başlayır və onunla daha da yaxınlaşmağa səy göstərirlər.

Yuxarıda söylənilənlərin hamısı Heydər Əliyevin şəxsiyyəti və dahiliyi ilə ayrılmaz surətdə bağlıdır. Dövlət Təhlükəsizliyi Komitəsinin generalı, xüsusi idarələrdə Türkiyə-İran şöbəsinin rəhbəri olmuş, Yaxın Şərqə dair ensiklopedik biliyə malik olan, istər Azərbaycan mədəniyyətini, istərsə də rus mədəniyyətini dərindən bilən Heydər Əliyev, özünün bütün yüksək vəzifələrinə baxmayaraq, gücün hər şeyə qadirliyinə heç zaman inanmayıbdır.

Nə sülh, nə də firavanlıq gətirən tufanların tüğyan etdiyi müasir dünyada Heydər Əliyev kimi dövlət xadimləri həmişəkindən daha çox gərəkdir. Tanrı bu şəxsiyyəti təkcə öz xalqına deyil, həm də başqa xalqlara son dərəcə mürəkkəb tarixi bir məqamda göndərmişdir. O, bir sıra ciddi böhranlar keçirmiş və onları dəf etmişdir. O, hamısına mətanətlə sinə gərmiş və onu mənən və cismən məhv etmək üçün göstərilmiş bütün cəhdlərə baxmayaraq, daha yüksəklərə qalxmışdır.

Belə hünərlər göstərən şəxsiyyət fövqəladə şəxsiyyətdir.

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tesla” bir neçə ölkədə elektromobillərinin qiymətlərini endirib

Paytaxt məktəbində ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib

Azərbaycan millisinin UEFA İnkişaf turniri üçün yekun heyəti açıqlanıb

Magistraturaya qəbul imtahanı verəcək bakalavrların nəzərinə

“Neftçi” klubu “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib

Anjey Duda: Polşa öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır

Yeniyetmə boksçular Şəkidə yarışırlar

Lənkəranda fəaliyyət göstərən marketdə nöqsanlar aşkarlanıb

“Yusup Abdrahmanov: dövlətçilik və qardaşlıq bağları” - tədbir

Azərbaycan cüdoçuları Avropa Kubokunda 6 medal qazanıblar

Deputat: Azərbaycanla Çin arasında iqtisadi və siyasi sahədə əlaqələr prioritet təşkil edir

Latviya Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək

® "Araz" supermarketlər şəbəkəsi ağacəkmə aksiyasında iştirak edib

DYP Xaçmaz və Beyləqanda ətraf mühitə zərər vuran avtomobil sürücülərinə qarşı tədbir görüb

BMT: Somalidə şiddətli yağışlar 770 min insana təsir edə bilər

“AzerGold”un hasilat həcmlərində artım qeydə alınıb

DSMF: Üç ayda 65,3 mindən çox təyinat proaktiv qaydada aparılıb

FHN: Ötən sutka ərzində 10-u azyaşlı olmaqla 16 nəfər xilas edilib

BMU komandaları “Robotex Türkiyə”də qalib olub

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 dekabr tarixli 1086-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü işə başlayıb

“E-sosial” portalının 1 milyon 520 minədək aktiv istifadəçisi var

DİN: 4,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Qətər Dövləti Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayır

Sun Cuanqcı: Çinlilərə görə Azərbaycan ən vacib ölkələrdən biridir

Bir oyunda 38 qol vuran futbolçu: Bütün ötürmələr mənə gəlirdi

Mərkəzi Afrika Respublikasında gəmi qəzası nəticəsində ölənlərin sayı 62-yə çatıb VİDEO

“Görüş” filminin unudulmaz Əbülfəzi

Dinq Tao: Çin-Azərbaycan praktiki əməkdaşlığı dərinləşməkdədir

KXDR Yapon dənizi istiqamətində ballistik raket buraxıb

Ermənistan-İran avtomobil yolu bağlanıb

Xankəndi şəhərində 13 avtomat, 23 qumbara digər sursatlar aşkarlanıb

Gürcüstan məktəblərində bomba həyəcanı yaşanıb

BMT Beynəlxalq Yer Günü münasibətilə üzv ölkələrə müraciət edib

Premyer Liqa: “Zirə” və “Səbail” yubiley qələbələrini qazanıb

XİN rəsmisi: Azərbaycan-Çin münasibətlərdə tarixi prioritetlər əsas götürülür

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Samuxda ağacəkmə və təmizlik aksiyası keçirilib

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının rekordu təkrarlanıb

“Qaraca qız” tamaşasının məşqləri davam edir

Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib VİDEO

Ötən gün aşkar edilən və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Fuad Nağıyev: 2022-2023-cü tədris ilində turizm təhsili üzrə məzun olanların sayı 1500-dən çox olub

Parisdə polis zorakılığına və irqçiliyə qarşı yürüş keçirilib

DİN: Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb

İƏT Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb

Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş konfrans işə başlayıb

Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu sırada başa vurub

FHN: Liftdə qalanlar xilas edilib VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycanın görkəmli qiraət ustası - Həsən Əbluc

Bu gün Xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 113-cü ildönümü tamam olur

Bakıda QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşü keçirilir

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır

Aprelin 21-də Bakıda və Abşeron yarımadasında 27-31 dərəcə isti olub

Ağdaşda internet xətlərini oğurlayanlar saxlanılıb

Azərbaycanın Zəfər salnaməsi davam edir

Fumio Kişida yapon militarizminin rəmzi sayılan Yasukuni məbədinə ianə göndərib

Çində şiddətli yağışlar səbəbindən 11 nəfər itkin düşüb VİDEO

Füzuliyə qayıdan sakin: Bu gün bizim üçün çox özəl gündür

Qazaxda narkokuryer saxlanılıb VİDEO

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

Serbiyadan partlamayan bombaya görə 1300 nəfər təxliyə edilib

Britaniya Erasmus tələbə mübadiləsi proqramında iştirakını dayandırıb

Britaniya tarixi artefaktları müvəqqəti olaraq Qanaya qaytarıb

2023-cü ildə qlobal hərbi xərclər rekord həddə artıb

Britaniyanın xarici işlər naziri Tacikistana səfər edib

Rusiyanın Kurqan vilayətində suların səviyyəsi azalıb

Bərpaolunan enerji sahəsində kadr qıtlığı müşahidə olunur

Rusiyada altıgünlük iş həftəsi tətbiq edilir

Meksikada zəlzələ baş verib

"El-Klassiko": "Real Madrid" "Barselona"nı məğlub edib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib üç xal qazanıb

Azərbaycan paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

Dubay aeroportu fəaliyyətini tam bərpa edib

Premyer Liqa: "Liverpul" London səfərində üç vacib xal qazanıb

Avropa çempionatı: Azərbaycanın üç boksçusu 1/4 finala vəsiqə qazanıb

Sabirabadda kişi meyiti aşkarlanıb

Norveç növbəti 12 il üçün müdafiəyə 52 milyard avro ayıracaq

Premyer Liqa: Turun son oyunlarında “Sabah” və “Səbail” qalib gəlib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti: Yaxın günlərdə Azərbaycana səfər edəcəyəm

BDU-nun 7 komandasının hamısı “Robotex Türkiyə”nin yarımfinal mərhələsində qalib olub

İtaliyalı gimnast: Əziyyətimin bəhrəsini gördüm

Xaçmazda iki obyektdə yanğın olub

Ukrayna ordusu Krımda Rusiyanın hərbi gəmisinə zərbələr endirib

Bakının dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb VİDEO

GİN-in şöbə müdiri: Bakının beynəlxalq yarışlara ev sahibliyi etməsi ölkədə idman dəyərlərinin formalaşmasına təsir göstərir

Qızıl medal qazanan gimnast: Azərbaycan xalqına təşəkkür edirəm

İsabel Bonnal: Sevindirici haldır ki, Azərbaycan idmanın inkişafına hər zaman öz töhfəsini verib VİDEO

Bədii gimnastika üzrə Dünya Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası üç bürünc medal qazanıb VİDEO

ACES-in prezidenti: Bakının 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcəyinə inanıram VİDEO

Fukuşima AES-in suyunun okeana axıdılmasının 5-ci mərhələsi başlayıb

Türkiyədə 2028-ci ildən bütün vaksinasiya proqramları yerli peyvəndlər hesabına həyata keçiriləcək

Norveç XİN Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən hissəsində delimitasiya razılaşmasını alqışlayıb

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazanıb

Lətif Qəndilov: Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər uğurla inkişaf edir

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı” keçirilib