Naftalanda Novruz bayramı coşqusu
Naftalan, 19 mart, Rauf Hacıyev, AZƏRTAC
Naftalanda Novruz bayramı ilə əlaqədar ümumşəhər şənliyi keçirilib.
Şəhərin Heydər Əliyev meydanında təşkil olunan el şənliyində Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə Novruz tonqalı alovlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov bayram münasibətilə şəhər sakinlərini təbrik edib, onlara bahar bayramında sevinc və xoşbəxtlik arzulayıb.
Şənlik konsert proqramı ilə davam etdirilib. Novruzun simvolları olan Bahar qız, Kosa və Keçəl insanlarda xoş ovqat yaradıb. Milli musiqinin sədaları altında uşaqlardan ibarət rəqs qruplarının çıxışı şənliyə əlavə rəng qatıb.