“NAR MOBİLE” ABUNƏÇİLƏRİNƏ YENİ XİDMƏT TƏQDİM ETMİŞDİR
“Azerfon” MMC (Nar Mobile ticarət nişanı) abunəçilərinə MMS-İNFO xidmətini təqdim etmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, yeni xidmətə əyləncə, yumor, ulduz falı, ən dadlı yeməklərin nüsxələri, faydalı məsləhətlər və planetin ekzotik güşələrinin təsviri daxil edilmişdir.
MMS-İNFO xidmətindən istifadə etmək üçün maraqlandığınız rubrikanın adını SMS sorğu vasitəsilə 3377 nömrəsinə göndərmək kifayətdir. Rubrikaların siyahısını HELP sözünü 3377 nömrəsinə SMS sorğu vasitəsilə göndərməklə əldə etmək olar.
Bu xidmətdən “Nar Mobile” şəbəkəsinin bütün əhatə dairəsində 24 saat ərzində istifadə etmək mümkündür. Sorğuya cavab operativ olaraq bir neçə saniyə müddətində göndərilir.