NARKOTİK VASİTƏLƏRİN ALIŞI VƏ SATIŞI İLƏ MƏŞĞUL OLAN VƏTƏNDAŞLAR TUTULMUŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini Rafiq Şahverdiyevdən 3,11 qram həşiş, Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinin əməkdaşları isə Bakı şəhər sakini Fərid Həsənovdan 0,221 qram heroin götürmüşlər.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini Seymur Məmmədovdan 0,212 qram, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Valeh Əliyevdən 0,418 qram heroin, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Salyan rayon sakini Mansur Babayevdən 2 qram tiryək və 1 qram heroin müsadirə etmişlər.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü bölməsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş İsməli Fərəcovdan 1,724 qram heroin, narkotik vasitəni ona satmış İmişli rayon sakini Rauf Rzayevdən 1,726 qram heroin və 30,81 qram marixuana götürmüşlər.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]