NARKOTİK VASİTƏLƏRİN ALVERÇİLƏRİ TUTULMUŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qaradağ Rayon Polis İdarəsinin 11-ci bölməsinin əməkdaşları Yeni Suraxanı qəsəbə sakini Rahim Məmmədovdan 1,46 qram heroin götürmüşlər.
Əzizbəyov Rayon Polis İdarəsinin əməkdaşları Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Firdovsi Məmmədovdan 0,046 qram, 1-ci bölmənin əməkdaşları Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Mirzəyevdən 0,746 qram, Nizami Rayon Polis İdarəsinin əməkdaşları Ağsu rayon sakini Gündüz Sakandelidən 0,235 qram, Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinin əməkdaşları Zabrat qəsəbə sakini Əziz Əzimovdan 0,525 qram, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Cəmil Ələsgərovdan 0,295 qram, İsmayıllı Rayon Polis Şöbəsinin əməkaşları Basqal kənd sakini Elnur Əhmədovdan 0,165 qram heroin, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində məskunlaşmış Cəbrayıl rayon sakini Anar Baxışovdan 0,07 qram həşiş götürmüşlər. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Ərkivan qəsəbə sakini Kamal Sarıxanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 6 kiloqram olan 125 ədəd xaşxaş kolu aşkar edilərək götürülmüşdür.
Tovuz rayon sakini Elçin Rzayev 162,39 qram marixuananı Şəmkir rayon sakini Azad Məmmədova satarkən Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur.
Bütün faktlarla bağlı araşdırmalar aparılır.